Bakı-Tibilisi magistral yolunun Qazax rayonundan keçən hissəsi tam bərbad vəziyyətdədir.
Beynəlxalq magistral yolunun təmir-tikinti işlərinin həyata keçirilməməsinin səbəbi və səbəbkarı rayonun icra başçısı Rəcəb Babaşovdur desək yanılmarıq. Çünki, bu icra başçısının başı rayondakı uşaq bağçlarına və sahibkarlara o qədər qarışıb ki, heç gedib-gəldiyi yollara baxmağa belə vaxt tapa bilmir.
Hətta arxa şüşələri zil qara olan rahat xidməti avtomobilində gedərkən, başını telefon yazışmasından qaldırıb yollara da baxa bilmir. Ona görə də vaxtında təmir olunmayan yollar bərbad vəziyyətə düşür.
Mövzunu uzatmadan GundemXeber.Az-ın əməkdaşının ərazidə apardığı video çəkilişi təqdim edirik:
Sorğu
Yeni dizaynımız necədir?