GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » MÜSLÜMOVUN ƏDALƏTSİZ VƏ ANTİ-MİLLİ “ƏBƏDİ İRSİ"... - Pensiya, sosial müavinət, əlillik təyinatındakı müşküllər nə zaman çözüləcək?

MÜSLÜMOVUN ƏDALƏTSİZ VƏ ANTİ-MİLLİ “ƏBƏDİ İRSİ"... - Pensiya, sosial müavinət, əlillik təyinatındakı müşküllər nə zaman çözüləcək?

Tarix: 21-04-2021, 11:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 278
MÜSLÜMOVUN ƏDALƏTSİZ VƏ ANTİ-MİLLİ “ƏBƏDİ İRSİ"... - Pensiya, sosial müavinət, əlillik təyinatındakı müşküllər nə zaman çözüləcək?


Azərbaycanın pensiya qanunvericiliyi ona edilən dəyişikliklərin, xüsusilə də mürəkkəb və anlaşılmaz dəyişikliklərin sayına görə Ginnesin rekordlar kitabına düşəcək qədər zəngindir. Ancaq nə yazıq ki, bu dəyişikliklər nəticə etibarilə rahat, əhali üçün əlçatan, anlaşılan, yaşlı, əlil, imkansız insanların rifahının yaxşılaşdırılmasına xidmət edən bir sistemin formalaşması ilə nəticələnməyib, əksinə, əhalinin ən çox şikayətçi olduğu bir sitemə çevrilib.

Bunu isbat etmək üçün uzağa getmədən, sadəcə küçəyə çıxıb 10-15 pensiyaçı arasında sorğu aparmaq kifayətdir.

Eynilə də əlillik dərəcəsinin təyinatı, əlillik müavinətlərinin, həmçinin ünvanlı sosial yardımların verilməsi, bölüşdürülməsi qaydaları və onların məbləği barədə də sorğu aparsanız eyni mənzərə ilə rastlaşarsınız- narazılıq, şikayət, etiraz.

Səlim Müslümovun dövründə, şəxsən özünün iştirakı ilə hazırlanan və keçilməz labirinti xatırladan pensiya qanununun o qədər əyər-əskiyi var ki, sadalamaqla bitməz.

Onun tətbiqi isə misal üçün şərəfli peşə sahibi adlandırdığımız müəllimi, eynilə də dövlət müəssisələrində işləmiş, aşağı əməkhaqqı almış həkimdən tutmuş fəhləyə qədər hamını “pensiya yaşına çatmış dilənçi” kökünə salıb. Çünki bu adamların aldıqları 200 manat civarındakı pensiya onların ayın bu başından o başına normal qidalanıb sağ-salamat çıxmasına imkan vermir, hələ bunun par-paltarı, dava-dərmanı, kommunal xərclərini və s. demirik.

Ancaq əvəzində polis, prokurorluq, vergi işçiləri, hakimlər, icra orqanlarında yüksək vəzifə tutmuş şəxslər, deputatlar və digər bu qəbildən olan şəxslər həddən artıq yüksək pensiya alırlar. Soruşan lazımdır ki, niyə, hansı xidmətlərinə görə?

Təbii ki, texniki baxımdan pensiya məbləğləri arasındakı fərq belə izah oluna bilər ki, sadaladığımız şəxslər əmək haqları yüksək olduğu üçün daha böyük pensiya kapitalı toplayıblar və buna görə də daha yüksək pensiya alırlar. Bəs o zaman hanı sosial ədalət prinsipi?

Məgər müəllimin, yaxud həkimin zəhməti, xalq qarşısındakı xidməti yuxarıda sadaladığımız peşə sahiblərindən azmı olub? Onların günahıdırmı ki, uzun illər boyu dövlətin onlara verdiyi rəsmi əmək haqqı qəpik-quruş olduğu üçün hesablarına yığılan pensiya kapitalı azdır?

Yaxud təkcə hansısa sahibkarın yanında çalışan və hər an işini itirmək qorxusundan aldığı əmək haqqının rəsmiləşdirilməsini tələb edə bilməyən, bununla da pensiya kapitalı yığılmayan vətəndaşmı günahkardır ki, ölkədə hələ də əmək qanunvericiliyi tam gücü ilə işləmir?

Ümumiyyətlə, əvvəlcə sərvətlərin ədalətli bölgüsü aparılmadan, insanlara normal iş, rəqabət mühiti, qazanc əldə etmək imkanları, eləcə də özəl sektora effektiv nəzarət-uçot sistemi yaradılmadan belə bir pensiya qanununun hazırlanması və tətbiqi müsbət nəticə verə bilməzdi və vermir də.

Söhbət pensiya kapitalından düşmüşkən, bir statistikaya xüsusi diqqət yetirməkdə fayda var. Azərbaycanda bütün ölümlərin 41 faizi 65 yaşa qədər insanların payına düşür. Həmçinin, vəfat edən hər 2 kişidən biri 65 yaşına çatmamış həyatını itirir. Bu, ölkəmizdə erkən ölümün yüksək, hətta kritik həddə olmasıyla yanaşı, həmin şəxslərin illər boyu topladığı pensiya kapitalının sonrakı taleyi barədə də düşünməyə əsas verir.

Faktiki olaraq, insan pensiya yaşına çatmamış vəfat edibsə, onun yığdığı pensiya kapitalının yalnız yığım hissəsi varislərinə ödənilir, sığorta hissəsi isə verilmir. 65 yaşa kimi, hətta kapital tam ödənilibsə belə, pensiyaçıya həmin vəsaitlər qaytarılmır. O, Sosial Müdafiə Fondunun gəlirləri hesab olunur və fondda qalır. Deməli, sığorta olunub, pensiya yaşına çatmadan rəhmətə gedən vətəndaşın pulu tam qaytarılmır. Bunu ədalətli saymaq olarmı?

Mövcud sistemin naqisliyi özünü həm də onda göstərir ki, işsizlər, iş axtara-axtara qocalanlar, günəmuzd işləyənlər, rəsmi maaşı, əmək müqaviləsiz olmayanlarla yanaşı işləyənlərin də əhəmiyyətli hissəsi 65 yaşına çatsa da belə pensiya deyil, 130 manat qocalıq müavinəti almalı olacaq.

Belə ki, ekspertlərin hesablamalarına görə, Azərbaycanda hazırda işləyən 1 milyon 691 min 800 nəfərin yarısının – 845 min 900 nəfərinin maaşının 343 manat və ondan aşağı olması onların gələcəkdə pensiya almasında böyük çətinliklər yaradacaq.

Məsələ ondadır ki, mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün kişilərin 65, qadınların isə 62 yaşında ya 25 il sığorta stajı, ya da 28.800 manat minimum pensiya kapitalı olmalıdır. Bunladan heç birini ödəyə bilməyənlərə pensiya yaşı çatanda 130 manat qocalıq müavinəti verilir.

Qanuna görə, 25 il iş stajı olub, tələb olunan 28.800 manat pensiya kapitalını yığa bilməyənlər minimum məbləğdə pensiya alacaqlar. Odur ki, hər kəsin aşağı maaşla ən azı 25 il işləməsi gərəkdir.

Əgər kimsə işləyirsə ayda, 250 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 38,4 il, ayda 300 manat maaş alırsa onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 32 il, ayda 350 manat maaş alırsa onun mimum pensiya kapitalını yığması üçün fasiləsiz olaraq 27,4 il çalışması gərəkdir.

Bu hesablamalar, minimum pensiya məbləği 200 manat olduğu halda keçərlidir. Əgər minimum pensiya məbləği 250 manat olarsa, onda minimum pensiya kapitalı 36 000 manata, əgər mimimum pensiya məbləği 300 manata qədər artırlarsa onda minimum pensiya kapitalı 43200 manata qalxacaq.

Yəni, bir şəxs uzun müddət işləyib hazırda tələb olunan 28800 manat minimum pensiya kapitalını yığsa da, sabah (məsələn, təqaüdə çıxmasına bir-iki il qalmış) minimum pensiya məbləği 50 manat artılarsa, dərhal pensiyaya almaq hüququndan məhrum olur. Belə pensiya sistemi anti-milli deyil, nədir?

Yaxud, olsun əlillik dərəcəsinin təyinatı və əlilliyə görə müavinətlərin məbləği. Müavinət məbləğlərinin çox aşağı olması və əlillərin normal yaşayışını təmin etməməsi birmənalıdır. Ancaq bəla bununla bitmir.

Son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saxta əlillik təyinatlarının ləğvi istiqamətində ciddi iş aparıb, minlərlə saxta əlillik dərəcəsi alanlar müəyyənləşdirilib və nəticədə büdcənin on milyonlarla manat vəsaitinə qənaət edilib. Bu, çox yaxşı və təqdirəlayiq haldır. Nazirlər Kabinetinin ötən ilə dair hesabatında bildirilir ki, 2020-ci ildə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında 13,2 min nəfər üzrə ilkin əlillik təyinatı aparılıb. Bu da 2019-cu illə müqayisədə 53 faiz azdır və saxtakarlıqla mübarizənin effektivliyini göstərir.

Lakin bu xeyirxah işi görənlər əlilliyə görə müavinətləri dayandırılan və bu səbəbdən Travmatologiya və Ortopediya İnstitutundan tutmuş Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə qədər bütün Həkim Ekspertiza Komissiyalarının qarşısındakı növbələrdə dayanan əlil, xəstə vətəndaşlarımızın durumuna da diqqət yetirsələr pis olmaz. Bu adamlardan müavinətlərinin bərpası üçün yenidən komissiyadan keçmələri tələb olunur. Olsun. Lakin eyni zamanda da onlara bildirilir ki, növbə böyük olduğundan komissiyanın qəbuluna ən yaxşı halda 4-5, pis halda 8-9 aya düşə biləcəksiniz. Nəticədə çoxları özlərinin yeganə gəlir mənbəyi olan əlillik müavinətindən aylarla məhrum edilirlər. Bu adamların həmin müddətdə nəylə dolanacağı, dava-dərman alacağı və s. isə görünür, heç kimi maraqlandırmır.

Olmazmı ki, müavinətlər yalnız müvafiq komissiyaların vətəndaşın özünün iştirakı ilə yoxlama keçirməsindən və əlilliyin saxta olduğu təsdiqlənəndən sonra dayandırılsın? Necə deyərlər, “qulağı kəsib saymaqdansa, sayıb sonra kəsmək” doğru olmazdımı?

Axı, hazırda ortada gerçəkdən əlil olduqları halda, aylarla növbə gözləməli olan və müavinətdən məhrum edilən minlərlə vətəndaşımız var. Bu, o deməkdir ki, qurunun oduna yaş da yanır. Deməli, belə çıxır ki, əlilliyə görə verilən müavinəti bir andaca ləğv etmək olar. Onun bərpası isə nəinki bir anda, bir gündə, heç bir ayda da yox, bir neçə ayda və bu templərlə bəlkə də bir il ərzində mümkün olacaq.

Ümumiyyətlə, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daxil müvafiq qurumlar tərəfindən sistematik hazırlıq işləri görülmədən, müraciətləri vaxtında və operativ şəkildə araşdıracaq, qiymətləndirəcək yetərli sayda komissiyalar yaradılmadan əlil müavinətlərini ucdantutma “baltalamaq” nə dərəcədə düzgün addımdır? Belə təəssürat yaranır ki, əsas məqsəd dövlətin sosial xərclərini ədalətli bölüşdürməkdən daha çox həmin vəsaitlərə mümkün qədər qənaət etmək, verilənləri də geri qaytarmaqdır.

Axı, Müslümovun, Ələkbərovun, yaxud Nağıyevin vaxtında kimlərəsə saxta əlillik dərəcəsi verilməsinin, müvafiq nəzarət qurumlarınınsa səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından buna göz yumulmasının cəzasını sıravi əlil vətəndaş niyə çəkməlidir?

Nədənsə, Əli Nağıyevdən tutmuş üzü bu tərəfə əhalidə əmək nazirlərinə qarşı heç vaxt simpatiya olmayıb. Yəqin ki, bunu həmin nazirlərin şəxsi keyfiyyətlərindən daha çox ümumilikdə sosial siyasət, pensiya, müavinət, sosial yardım sistemi şərtləndirir. Vəziyyəti müəyyən dərəcədə düzəltməli olan və ilk olaraq, müəyyən ümidlər doğuran elektron müraciət sistemi isə mükəmməllikdən xeyli uzaq olduğunu göstərdi...

Bəli, təəssüf ki, hazırda Səlim Müslümovdan qalma, şəxsən onun iştirakı və təşəbbüsü ilə hazırlanan pensiya qanunu qüvvədədir və işləyir. Görünən də odur ki, bundan imtina etmək fikirləri yoxdur.

Eynilə də əlilliyin, sosial müavinətlərin təyinatı qaydaları və məbləğlərində prinsip etibarilə ciddi dəyişiklik yoxdur. Yenə əvvəlki qədər olmasa da, bir çox hallarda süründürməçilik, haqsızlıq, biganəliklə qarşılaşmalı oluruq. Deməli, Səlim Müslümov getsə, hətta həbs olunsa da belə, onun ədalətsiz və müəyyən mənada anti-milli “irsi” qalır və yaşayır.../“AzPolitika.info”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Saxta əlillik dərəcəsi alanlara pensiya verilməsi dayandırıldı

    Saxta əlillik dərəcəsi alanlara pensiya verilməsi ...

    13-07-2018, 11:19

  • 
  • Sosial yardımların verilməsi ilə bağlı vəzifədən çıxarıldılar

    Sosial yardımların verilməsi ilə bağlı vəzifədən ...

    30-12-2013, 02:14

  • 
  • "Meymun-adam" Ginnesin rekordlar kitabına düşdü (FOTO)

    "Meymun-adam" Ginnesin rekordlar ...

    19-11-2013, 04:59

  • 
  • Səlim Müslümovun sükutu

    Səlim Müslümovun sükutu ...

    22-05-2018, 10:55

  • 
  • Tibbi-Sosial Ekspertiza Mərkəzi ləğv oluna bilər

    Tibbi-Sosial Ekspertiza Mərkəzi ləğv oluna bilər ...

    20-12-2013, 16:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu