GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Mövlam Şıxəliyevin "qurbanlar ordusu" üzləşdikləri dəhşətləri cəmiyyətlə bölüşəcəkmi? - GƏLİŞMƏ

Mövlam Şıxəliyevin "qurbanlar ordusu" üzləşdikləri dəhşətləri cəmiyyətlə bölüşəcəkmi? - GƏLİŞMƏ

Tarix: 28-04-2021, 11:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 409
Mövlam Şıxəliyevin "qurbanlar ordusu" üzləşdikləri dəhşətləri cəmiyyətlə bölüşəcəkmi? - GƏLİŞMƏ


Üç gün əvvəl Şəmkir rayonu icra hakimiyyəti başçısı Alimpaşa Məmmədovun DTX tərəfindən korrupsiya cinayətlərinə görə saxlanılması cəmiyyətdə belə bir qənaəti möhkəmləndirdi ki, harınlamış məmurlar nəinki "gözü çıxmış qardaşlar"ının acınacaqlı aqibətindən nəticə çıxarmaq niyyətində deyillər, əksinə, var-dövlət, sərvət hərisliyi onların gözlərini elə kor edib ki, nə dövlət rəhbərliyinin davamlı xəbərdarlığı, nə məzlumun ahı, nə də Allah xofu onları bu miskin vərdişlərindən çəkindirməyə yetmir.

Amma bəzi məmurlar var ki, onlar nəinki korrupsiya çamuruna bulaşmaqla dövlət əmlakını amansızcasına talayıblar, eyni zamanda ayrı-ayrı vətəndaşlara qarşı aşkar quldurluqla məşğul olublar və onların törətdikləri silsilə cinayətlər gerçəkdən də dövlətin təhlükəsizliyini aşkar şəkildə təhdid edib. Bu baxımdan həmin mütəşəkkil cinayətkar dəstəyə qarşı məhz Dövlət Təhlükəsizliyi Xidmətinin ifşa edici əməliyyatlar keçirməsi təkcə anlaşılan deyil, həm də alqışlanası bir fəliyyətidir.

Fəaliyyəti dayandırılmış MTN-nin istintaq idarəsinin 2008-2016-ci illərdə rəisi olmuş general Mövlam Şıxəliyevin aprelin ilk günlərində qandallanaraq həbsxanaya atılması heç şübhəsiz haqqı pozulmuş yüzlərlə insanın sevincinə səbəb oldu. Çünki M. Şıxəliyev Eldar Mahmudovun cinayətkar şəbəkəsinin əsas fiqurantlarından biri kimi 2008-ci ildən 2015-ci ilədək 7 il ərzində bəlkə də 7 min cinayətin sifarişçisi və ya icraçısı olub. Məhz onun cinayətkar əməlləri nəticəsində minlərlə ailəyə bədbəxtlik gətirilib, insanları şantaj etməklə onların var-dövləti talanıb, fiziki və mənəvi-psixoloji işgəncələrlə müşayət olunan total cinayətlər seriyası eyni zamanda dövlətin iqtisadi dayaqlarını sarsıdıb. Məhz bu üzdən yüzlərlə nüfuzlu iş adamı və sahibkar təkcə müflis edilməyib, onlar bərpaolunmayan ağır xəstəliklərə düçar ediliblər, bir çox adam aldığı mənəvi=psixoloji travmalara tab gətirə bilməyərək dünyasını dəyişib.

Bəlli olub ki M. Şıxəliyev əsas işi milli təhlükəsizliyimizin qayğısına qalmaq əvəzinə ölkədə az-çox uğurlu sahibkarlıq fəaliyyəti qura bilmiş iş adamlarının müəyyənləşdirilərək min bir hiylə ilə soğan kimi soyulmasını, buna müqavimət göstərildiyi halda ən ağılasığmaz cinayətlərlə ittiham edilərək həbs edilməsini təşkil etmək və həyata keçirmək olub. İstədiyini əldə etdikdən sonta sanki heç nə baş verməyibmiş kimi cəmisi 1 ay əvvəl çoxsaylı cinayət əməlləri ilə ittiham olunaraq məhkəmələrdən həbs "xeyir-dua"sı alan MTN-şiklərinin həmin təqsirləndirilən şəxsi açıb buraxmaları adi hala çevrilib. Əlindəki intəhasız vəzifə səlahiyyətlərindən və hər yerə burun soxmaq üçün imkanı olmasından suai istifadə edən M. Şıxəliyevin əlində ölkədə kimlərin hansı daşınar daşınmaz əmlaklara sahib olmaları, eyni zamanda kimlərin bank hesablarında nə qədər əmanətlərinin olması haqqında hazır siyahılar olub. Həmin siyahılar bir-bir incələnərək insanlara sözün həqiqi mənasında divan tutulub. Nəticədə bank sektoruna vurulmuş sarsıdıcı zərbədən sonra xeyli bank fəaliyyətini dayandırmaq zorunda qalıb və xeyli sayda bank mütəxxəsisi bu "Səlib yürüşü"ndən nəsibini alıb.

Qeyd edək ki, Eldar Mahmudov və Mövlam Şıxəliyevin cinayətkar şəbəkəsindən zərərçəkmişlərinin bir qismi tərəfindən Moderator.az-a artıq müraciətlər daxil olmağa başlayıb. Həmin insanların başına gətirilənləri dinlədikcə və yazılanları oxuyanda adamı dəhşət bürüyür. Appaçıq görsənir ki, bu adamların əsas niyyəti dövlətin iqtisadi dayanıqlığnı sarsıtmaqla zəif salmaq və bundan sonra onu ilk fürsətdəcə asanlıqla ələ keçirmək olub. Yeri gəlmişkən, qanqster filmləri çəkmək istəyən yerli və xarici rejissorlar üçün M. Şıxəliyevin təşkilatçısı və ya icraçısı olduğu onlarla dəhşətli cinayət dosyesi vazkeçilməz ssenarilər ola bilər.

Qeyd edək ki, Eldar Mahmudovun hələ də azadlıqda olması çoxsaylı suallar yaratsa da onun əsas adamlarından birinin həbsxanaya atılması belə bir əminlik yaradıb ki, keçmiş MTN şefi üçün də bütün yollar geci-tezi Kürdəxanıya aparır. Əminliklə bildirmək olar ki, hüquq mühafizə orqanlarında E. Mahmudovun cinayətkar əməlləri haqqında qoltuğa sığmayan qalın qovluqlar artıq ali rəhbərdən siqnal gözləyir. Əslində bu şəbəkənin ifşa olunması üçün 6 il əvvəl, Eldar Mahmudov işdən qovulduğu zaman düyməyə basılmışdı. Ləğv edilmiş MilliTehlükesizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qulluq səlahiyyətlərinden sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, əməliyyat axtarış fəaliyyəti haqqinda qanunvericiliyini pozma, külli miqdarda rüşvət alma, quldurluq, hədə-qorxu ilə tələb etmə və sair cinayətlərin törədilmasi faktlarına görə 07 oktyabr 2015-ci ildə sabiq baş prokuror Zakir Qaralov trəfindən Azarbaycan Respublikası CM-in 302.2 ve 309.1-ci maddalari ilə cinayət işi başlanılmışdı. İndi isə - yəni aprelin 3-də Mövlam Şıxəliyevin həbsxanaya göndərilməsindən sonra həmin cinayat işi üzrə ibtidai istintaq müddəti baş prokuror Kamran Əliyev terafindan 17 noyabr 2021-ci il tarixedek uzadılıb. Gözləmək olar ki, M. Şıxəliyevin əməllərindən zərərçəkmişlər ordusu təkcə istintaqla deyil, media cameəsi ilə də əməkdaşlıq edərək başlarına gətirilənlərin ictimaiyyətə açıqlanmasına yardımçı olacaqlar. Bu, həmin cinayətkər şəbəkənin tamamilə ifşa edilməsi və başqalarına da görək olması üçün bir fürsət ola bilər.../moderator.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəmkir icra başçısının həbsi gözlənilir - İDDİA

    Şəmkir icra başçısının həbsi gözlənilir - İDDİA ...

    9-06-2020, 20:35

  • 
  • Hakimyyətdə olan bəzi məmurların pul hərisliyi

    Hakimyyətdə olan bəzi məmurların pul hərisliyi ...

    21-06-2017, 19:59

  • 
  • Dövlət Gömrük Komitəsi nə zaman YOXLANILACAQ?

    Dövlət Gömrük Komitəsi nə zaman YOXLANILACAQ? ...

    23-05-2020, 14:38

  • 
  • Şəmkirin icra başçısının həbsi gözlənilir - ŞOK İDDİA

    Şəmkirin icra başçısının həbsi gözlənilir - ŞOK ...

    26-12-2019, 14:20

  • 
  • Alimpaşa Məmmədov cəzalandırılacaqmı? - İTTİHAM

    Alimpaşa Məmmədov cəzalandırılacaqmı? - İTTİHAM ...

    10-01-2018, 14:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu