...korrupsiya halları o qədər məmurları rahat edir ki, bir çox hallarda həmin nazirlərin və ya deputatların övladları özlərini xüsusi səlahiyyətə malik adamlar kimi aparırlar.
“Korrupsiyaya Qarşı Mübarizədə Vətəndaş Təşəbbüsləri” İctimai Birliyinin sədri Fərid Heydarov ictimai təşəbbüslərin əhəmiyyətindən danışdı.
Fərid müəllim, ictimai təşkilat olaraq korrupsiyanı necə xarakterizə edərdiniz? – İlk növbədə qeyd edim ki, korrupsiya ölkənin iqtisadi inkişafını çökdürən, imtiyaz və səlahiyyətlərin qeyri-qanuni yolla əldə olunmasına şərait yaradan neqativ bir tendensiyadır. Korrupsiya ölkənin maddi həyat nemətlərinin kiçik oliqarxik qrupun xeyrinə ədalətsiz şəkildə bölünməsinə, cəmiyyətin böyük hissəsinin yoxsullaşmasına və ölkədə sosial gərginliyin artmasına səbəb olur. Korrupsiya cəmiyyətin ayrı-ayrı strukturlarının həyatını nizamlayan əsas vasitəyə çevrilməklə qanunu, hüququ nüfuzdan salır. Siyasi sahədə isə korrupsiya siyasətin məqsədinin ümummillilikdən oliqarxik klan və qruplaşmaların hakimiyyətinin təmin olunmasına, kapitalı xaricdə gizlədən korrupsionerlərin ölkənin milli təhlükəsizlik maraqlarına xəyanət etmələrinə, beynəlxalq arenada ölkənin nüfuzdan düşməsinə, onun siyasi və iqtisadi cəhətdən təcrid olunmasına, cəmiyyətin hakimiyyətə inamının azalmasına, insanlarda demokratik dəyərlərə dair ümidsizliyin yaranmasına və başqa, totalitar dövlət forması olan diktaturaya yol açır. Dünyanın demək olar ki, bütün ölkələrində korrupsiya halları mövcuddur. Ona görə də beynəlxalq səviyyədə korrupsiya ilə mübarizənin gücləndirilməsi məsələlərinə BMT, Avropa Şurası kimi təşkilatlar da xüsusi diqqət yetirir. Bu gün Azərbaycanda hər kəs korrupsiyaının olmasını bildirir. Sizcə Azərbaycanda korrpusiyanın əsas səbəbləri nədir? - Azərbaycanda korrupsiyanı yaradan səbəblər hakimyyətdə olan məmurların pul qazanmaq hərisliyidir . Yəni yuxarıdakı təsnifatda deyildiyi kimi yüksək çinli məmurlar vətəndaşlara verilən hüquq və imtiyazları onlara satırlar. Sadəcə təqribən bir il bundan əvvəl baş vermiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslərin cinayətkar əməllərini yadınıza salsanız yetərlidir. Həmin cinayətkar dəstə kimlərdən qeyri-qanuni yolla pul alırdılar? O şəxslərdən ki, onların da vəzifələri vardı və korrupsiyaya bulaşmış adamar idi. Bu gün də bu cür məmurların korrupsiya naminə islahatlara mane olmağının, iqtisadi inkişafı saxlamağa çalışmasının şahidi oluruq. Bu korrupsiya halları o qədər məmurları rahat edir ki, bir çox hallarda həmin nazirlərin və ya deputatların övladları özlərini xüsusi səlahiyyətə malik adamlar kimi aparırlar. Qanunun hamı üçün eyni olmasını qəbul etmək istəmirlər. Bütün bu deyilənlərə görə hökumət korrupsiyanı yaradan səbəbləri aradan qaldırmaq üçün tədbirlər həyata keçirməlidir, lakin həmin bu məmurlar bu islahatların həyata keçirilməsini istəmirlər. Təhsil Nazirliyinin 2015-ci il üzrə rəsmi hesabatında korrupsiyada adı hallandığına görə 21 nəfər vəzifəli şəxsin işdən qovulması, 2016-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində 9 nəfərin işdən çıxarılması halları ictimaiyyətə məlumdur. Bu yalnız təhsil dahəsində olan rəsmi məlumatlardır. Digər strukturlarda və ictimaiyyətə açıqlanmayan, eyni zamanda cəzalandırılmayan nə qədər halların olmasını təsəvvür etdikdə vəziyyətin kritik olması artıq şübhə doğurmur. Buna görə də korrupsiya ilə tam əhatələnmiş məmur ordusu heç vaxt maraqlı olmayacaq ki, korrupsiya halları aradan qalxsın. Cəmiyyət korrupsiyadan yaxa qutarmaq üçün nə etməldir? - Cəmiyyətin korrupsiyadan azad olması üçün ilk növbədə hökumət ciddi islahatlar aparmalı və şəffaf idarəetmə, o cümlədən açıq hökumətin formalaşması üçün müasir təşəbbüsləri dəstəkləməlidir. Paralel olaraq normal vətəndaş cəmiyyəti formalaşmalıdır. Azərbaycanda isə vətəndaş cəmiyyətini sıradan çıxarmaq üçün həmin məmurlar bütün üsullardan istifadə edir. Bu sırada isə xüsusi olaraq Ədliyyə Nazirliyinin adını çəkmək olar. Təbii ki, dövlət səviyyəsində korrupsiya əleyhinə islahatlar aparəlmalı və müvafiq mexanizmlər hazırlamalıdır ki, məmurların korrupsiyaya meylliliyi aradan qalxsın. Hələki yaxın gələcəkdə bu perspektivə inanmaq cətin gürünür.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?