GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Emin Əmrullayevin nəzərinə: 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində dövlətin pulu belə hesablanır-NONSES

Emin Əmrullayevin nəzərinə: 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində dövlətin pulu belə hesablanır-NONSES

Tarix: 29-04-2021, 11:07 Bölmə :GündəmXəbər / Manşet Baxış: 614
Emin Əmrullayevin nəzərinə: 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində dövlətin pulu belə hesablanır-NONSES


Redaksiyamıza Təhsil Nazirliyinin 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumatlarda Mərkəzin maliyyə hesablaşmalarından, dövlət satınalmalarından, Mərkəzin fəaliyyət dairəsində olan təhsil müəssisələrində dərs bölgüsündə müəllimlərin (Xüsusi ilə yaşı 65-dən yuxarı olan) diaqnostik qiymətləndirmə ballarının nə dərəcədə nəzərə alınmasından və s. bəhs olunur...

ZƏRURİ QEYD: 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Mərkəzləşdirilmiş maliyyələşdirilməyə mərhələlərlə keçirilməni təmin etmək məqsədilə 2016-cı ilin yanvarın 1-dən Sumqayıt şəhərində Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonları əhatə olunmaqla yaradılıb. Məqsəd isə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli Fərmanının 12-ci və 13-cü bəndlərinə əsasən təhsil sahəsində maliyyə və inzibati resursların idarə edilməsini təkmilləşdirmək və mərkəzləşdirilmiş maliyyələşdirilməyə mərhələlərlə keçmək olub...

***

Beş ildən artıqdır ki, fəaliyyətdə olan 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin maliyyə hesablaşması ilə bağlı həm ictimai arenanın, həm də aidiyyatı dövlət orqanlarının diqqətini çəkəcək maraqlı bir fakt: Bu Mərkəz təhsil müəssisələrində deratizasiya, dezinseksiya və dezinfeksiya işlərinin görülməsi ilə bağlı 14.04.2021-ci il tarixdə tender elan edir. Amma nədənsə bitmə tarixi 31.12.2021-ci il olan müsabiqə baş tutmur... Cəmi beş gün sonra-19.04.2021-ci ildə 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi "AVRO DEZİNFEKSİYA" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə dəyəri nə az, nə çox-140000 manat olan müqavilə bağlayır(?)

Bu işlərin alınması barədə məlumat dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi həm də görüləcək işlərin həcmini açıqlamır(?) Qısası, Mərkəz bu müqavilə və görüləcək işlərlə bağlı məlumatları gizlin saxlayıb... Baxmayaraq ki, dövlət qurumu olaraq büdcə vəsaitinin xərclənməsində şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu dövlət strukturunun da vəzifə borclarından biridir...

***

Ekspertlərin, millət vəkillərinin və müxtəlif iş adamlarının bu mövzudakı tənqidi yanaşmalarına mediada tez-tez rast gəlinir. Büdcə vəsaitinin xərclənməsi ilə bağlı cənab prezidentin də, baş nazirin də iradları və tövsiyələri də unudulası deyil... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...



Elə isə sual olunur, 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi nədən bu qanunu “unudub”? 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əhatə dairəsində olan təhsil müəssisələri üçün bu işlərin alınması nə dərəcədə təcili və əhəmiyyətlidir ki, açıq tender olmadan hansısa şirkətlə birbaşa müqavilə bağlansın? Burada hansı bir istisna mümkündür ki?

Bildiyimiz qədəri ilə bütün dövlət strukturlarında olduğu kimi 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi də hər il növbəti ilin proqnozunu hazırlamalıdır və güman ki, belə də, var. Yəni bu təhsil müəssisələrində vaxtaşırı dezinfeksiya işlərinin görüləcəyi gözləniləndir. Və bir il əvvəldən proqnozlaşdırılmalıdır. Nəzərə alsaq ki, bir ildən artıqdır ki, ölkədə COVİD 19-la bağlı pandemiya hökm sürür, onda 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi qabaqcadan-aylar, hətta bir il öncə-dezinfeksiya işlərini proqnozlaşdırmalı və gərəkən ehtiyatını əldə etməli idi. Başqa sözlə 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin "AVRO DEZİNFEKSİYA" MMC ilə dezinfeksiya işləri ilə bağlı “qaçaraq” müqavilə bağlaması yumşaq desək anlaşılan deyil...

Biz belə bir anlaşılmazlığın hansı səbəbdən doğması və digər faktorlara aydınlıq gətirilməsi məqsədi ilə 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi hörmətli Elxan Süleymanova sorğu ünvanladıq. Elxan müəllim ilk gün sorğumuzu cavablandıracaqlarını desə də, sonrakı günlərdə məktubumuzu Təhsil Nazirliyinə göndərdiklərini və özlərinin cavab verməyəcəklərini bildirdi(?)

Təhsil Nazirliyi demişkən, yenixeber.org-a daxil olan məlumata görə 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində maliyyə əməliyyatları Elxan müəllimin nazirlikdə şöbə müdiri işləyən yaxın qohumunun birbaşa rəhbərliyi ilə gerçəkləşir. Hətta cənab Süleymanovun bu vəzifəyə təyinatının da həmin qohumunun sayəsində baş tutduğu deyilir... (Hələlik bu şəxsin adını açıqlamağı uyğun bilmirik. Red.)

***

Emin Əmrullayevin təhsil naziri təyinatından doqquz ay ötür. Bu bir o qədər böyük zaman olmasa da, hansısa problemlərin həlli istiqamətində real addımların atılması üçün az müddət də deyil. Ölkə təhsilinin bu sferasında (Büdcə vəsaitinin xərclənməsi və dərs bölgüsündə diaqnostik qiymətləndirmə ballarının nəzərə alınması) köhnə, həm də kifayət qədər ciddi problemlər olduğu kimi qalmaqdadır. Təəssüf ki,...

***

Hələlik geniş yaza bilmədiyimiz məlumatlarla bağlı digər tərəf-"AVRO DEZİNFEKSİYA" MMC ilə də əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz oldu. Səbəb isə bu qədər dövlət vəsaitinə iddialı bir şirkətin inernet üzərindən heç bir əlaqə kordinatının olmamasıdır(?) Ümüd edək ki, qarşıdakı günlərdə hər iki tərəf 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin fəaliyyət dairəsində olan təhsil müəssisələrində dezinfeksiya işlərinin detallarına aydınlıq gətirəcəklər./yenixeber.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncə təhsilində aftafa korrupsiyası

    Gəncə təhsilində aftafa korrupsiyası ...

    5-12-2016, 23:45

  • 
  • Nazirin sinif yoldaşı Gəncəbasarda “at oynadır”

    Nazirin sinif yoldaşı Gəncəbasarda “at oynadır” ...

    4-11-2016, 13:42

  • 
  • GƏNCƏ ŞƏHƏR TƏHSİL İDARƏSİNDƏ MALİYYƏ MAXİNASİYASI – Doğranmış odun və ya istifadəyə yararsız taxta parçalarına 299 min manat pul ayırılıb…

    GƏNCƏ ŞƏHƏR TƏHSİL İDARƏSİNDƏ MALİYYƏ ...

    18-06-2020, 15:36

  • 
  • Təhsil Nazirliyinin “Azəriqaz”a 28 min borcu var

    Təhsil Nazirliyinin “Azəriqaz”a 28 min borcu var ...

    19-02-2020, 13:27

  • 
  • Müəllimlərin imtahanı başladı

    Müəllimlərin imtahanı başladı ...

    16-12-2015, 18:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu