GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gəncə təhsilində aftafa korrupsiyası

Gəncə təhsilində aftafa korrupsiyası

Tarix: 5-12-2016, 23:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 377
Gəncə təhsilində aftafa korrupsiyası

Təhsil naziri Mikayıl Cabbarovun sinif yoldaşı olduğu deyilən Vüsal Məmmədov dəyəri 2 manat olan aftafaları 47 manatdan sənədləşdirib?

8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 11 saylı məktəbdə apardığı “əsaslı təmir”lə bağlı şok faktlar
“Gündəm Xəbər” vaxtaşırı sosial, xüsusən də təhsil və səhiyyə sahəsində hökm sürən problemlərdən bəhs edən yazılar dərc edir. Son vaxtlar sözügedən sahələrdə baş verən qanunsuzluqlarla bağlı demək olar ki, hər gün redaksiyamıza müxtəlif şikayətlər daxil olur.

Gəncə təhsilində aftafa korrupsiyası

Təhsil sahəsindəki korrupsiya və rüşvətxorluqla bağlı növbəti yazımız isə Gəncə şəhəri təhsil sistemindəki özbaşınalıq və kobud qanun pozuntuları barədədir. Mətləbə keçməzdən öncə qeyd edək ki, bu ilin yanvarından etibarən Azərbaycanda şəhər və rayon təhsil şöbələrinin mühasibatlıqları və təsərrüfat qrupları Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma mərkəzlərinin tabeliyinə verilib. Bununla da artıq şəhər və rayonlar üzrə nəzərdə tutulmuş təhsil xərcləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq Ərazi Maliyyə Hesablaşma mərkəzləri vasitəsilə həyata keçirilir.

Gəncə təhsilində aftafa korrupsiyası

Burada da məqsəd Azərbaycan Prezidentinin 2015-ci il 7 dekabr tarixli Fərmanının 12-ci və 13-cü bəndlərinə əsasən təhsil sahəsində maliyyə və inzibati resursların idarə edilməsini təkmilləşdirmək və mərkəzləşdirilmiş maliyyələşdirilməyə mərhələlərlə keçməkdir. Bu il ərzində şəhər və rayonlar üzrə təhsil şöbələrinin mərkəzləşdirilmiş mühasibatlıqları və təsərrüfat qruplarının Təhsil Nazirliyinin müvafiq Ərazi Maliyyə Hesablaşma mərkəzlərinin tabeliyinə verilməsi, xərclərin mərkəzləşdirilmiş maliyyələşmə mexanizminin tətbiqinə başlanılması ilə bağlı verilmiş tapşırıqların icrası istiqamətində tədbirlər həyata keçirilib. Mərkəzləşdirilmiş maliyyələşdirilməyə mərhələlərlə keçirilməni təmin etmək məqsədilə ilkin olaraq Sumqayıt şəhərində Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonları əhatə olunmaqla 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi, İsmayıllı şəhərində İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonları əhatə olunmaqla 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi, Ucar rayonunda Ucar, Zərdab, Kürdəmir və Göyçay rayonları əhatə olunmaqla 11 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi və Sabirabad rayonunda Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonları əhatə olunmaqla 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi fəaliyyətə başlayıb. Gəncədə isə ətraf rayonları əhatə edən 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi fəaliyyət göstərir.

Gəncə təhsilində aftafa korrupsiyası

Onu da qeyd edək ki, yeni mexanizmin tətbiqi ümumilikdə regionlarda yerləşən 4134 təhsil müəssisəsini, o cümlədən 3875 ümumi təhsil, 259 məktəbdənkənar təhsil müəssisəsini və həmin təhsil müəssisələrində çalışan 175 minə yaxın təhsil işçisini əhatə edir. Beləliklə, məlum olduğu kimi Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən Maliyyə Hesablaşma Mərkəzlərindən biri - 8 saylı Maliyyə Hesablaşma Mərkəzi 2016-cı ildən Gəncəbasarda zonasında fəaliyyətə başlayıb.

Gəncə təhsilində aftafa korrupsiyası

Artıq adı gedən Hesablaşma Mərkəzinin "əsaslı təmir" adı altında bu il yay tətili zamanı təmir elədiyi 11 saylı tam orta məktəbin görüntülərindən məlum olur ki, burada təmirdən söz belə gedə bilməz. "Gündəm xəbər"in əməkdaşı "əsaslı təmir"dən çıxan məktəbdə olub. Məktəblə tanışlıqdan sonra elə həmin məktəbin tədris işləri üzrə direktor müavini Nailə Bədirxanavanın" Bizim məktəb artıq 30 ildir ki, təmir üzü görmür" fikrinə haqq qazandırdıq. Məsələ burasındadır ki, sənəd üzərində aparılan "əsaslı təmir"dən çıxan məktəbin sinif otaqları bərbad vəziyyətdədir.

Gəncə təhsilində aftafa korrupsiyası

Dəhlizlərdə uzun illərdən bəri döşəməyə vurulan parketin üzərində yalnız "asta yeri kəmər düşər belindən" havası altında yerimək mümkündür. Yalnız kirəmidi təmir olunan binanın xaricində uşaq və müəllimlərin ümumi istifadəsində olan tualetlərin qapısında əl tutacağı deyil, hec cəftə belə yoxdur. Əl-üz yuyan isə su xəttinə qoşulmayıb. Dəhşətdir! Görəsən, susuz olan bu tualetlərə 8 saylı Maliyyə Hesablaşma Mərkəzinin yay fəslində təchizat işlərinə baxan rəisi Vüsal Məmmədov təhsil idarələrinə dəyəri 2 manat olan, amma sənəddə dəyəri 47 manat göstərilən aftafalardan niyə verməyib? Yeri gəlmişkən, deyəsən Təhsil Nazirliyi son zamanlar məktəbləri invertarlarla təchiz edərkən, dəyəri həddi aşan əşyalarla təchiz edir. Türklər demiş, burada sual ortaya çıxar ki, "Nə gibi inventarlarla?" Məsələn, lüləyi xüsusi qiymətli metaldan olan 47 manatlıq aftafa kimi. Məktəbin direktoru deyir ki, məktəbin dam örtüyünü bizə Təhsil şöbəsinin müdiri Zakir müəllim verib. Onda sual ortaya çıxır bəs təmir adı altında 8 saylı Maliyyə Hesablaşma Mərkəzi nə iş görüb???

Gəncə təhsilində aftafa korrupsiyası

Əgər Mərkəz yayda burada həqiqətən də təmir işləri aparıbsa, onda nədən 11 saylı məktəbdə su sistemi yoxdur?


Gəncə təhsilində aftafa korrupsiyası

Niyə bu məktəbdə işləyən müəllimlər, burada təhsil alan uşaqlar su üzünə həsrət qalıblar?

Gəncə təhsilində aftafa korrupsiyası

Budurmu Vüsal Məmmədovun “əsaslı təmiri”???

Gəncə təhsilində aftafa korrupsiyası

Qeyd edək ki, Vüsal Məmmədovun hazırkı Təhsil Naziri Mikayıl Cabbarovun sinif yoldaşı olduğu bildirlir. Hətta onun ali təhsilinin olmadığı da bildirlir. Bəli, belə “əsaslı təmiri” məhz bu cür kəmsavad adamlardan gözləmək olar. Görəsən, hörmətli Təhsil nazirmiz Mikayıl Cabbarov bu barədə nə düşünür?

Gəncə təhsilində aftafa korrupsiyası

Mövzumuz bununla bitmir. 8 saylı Maliyyə Hesablaşma Mərkəzinin 2016-cı ildə əldə etdiyi digər mühüm "nailiyyətləri" haqqında növbəti sayımızda geniş bəhs edəcəyik. Eyni zamanda məcburi köçkün rayonlarının təchizatına ayrılan maliyyənin necə xərcləndiyinə də konkret faktlarla aydınlıq gətirəcəyik.

Gəncə təhsilində aftafa korrupsiyası
Gəncə təhsilində aftafa korrupsiyası
Gəncə təhsilində aftafa korrupsiyası
Gəncə təhsilində aftafa korrupsiyası
Gəncə təhsilində aftafa korrupsiyası

Mehriban Əzizqızı

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirin sinif yoldaşı Gəncəbasarda “at oynadır”

    Nazirin sinif yoldaşı Gəncəbasarda “at oynadır” ...

    4-11-2016, 13:42

  • 
  • Təhsil Nazirliyi işçilərini məktəblərə yerləşdirdi

    Təhsil Nazirliyi işçilərini məktəblərə yerləşdirdi ...

    17-01-2014, 11:12

  • 
  • Mikayıl Cabbarovun islahat layihəsi yarımçıq qaldı

    Mikayıl Cabbarovun islahat layihəsi yarımçıq qaldı ...

    16-10-2014, 14:43

  • 
  • Mikayıl Cabbarovun sinif yoldaşı, 1saylı peşə liseyində hansı sexləri açıb?

    Mikayıl Cabbarovun sinif yoldaşı, 1saylı peşə ...

    11-11-2016, 16:29

  • 
  • Mikayıl Cabbarovdan direktorlara növbəti xəbərdarlıq

    Mikayıl Cabbarovdan direktorlara növbəti ...

    16-09-2013, 13:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu