GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Baktelekom” indi də əhalini “simsiz rabitə” variantı ilə “fırladır”… - Əhalini soymağın texnologiyası

“Baktelekom” indi də əhalini “simsiz rabitə” variantı ilə “fırladır”… - Əhalini soymağın texnologiyası

Tarix: 29-04-2021, 21:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 619
“Baktelekom” indi də əhalini “simsiz rabitə” variantı ilə “fırladır”… - Əhalini soymağın texnologiyası


Son bir neçə ildə dövlət resurslarından yetərincə bəhrələnən, özəllərə yetərincə mane olan və özəllərin on minlərlə müştərisini ələ keçirərək inhisarçı mövqe qazanan Aztelekom və Baktelecom dövlət operatorlarından xüsusi rejim şəraitində dəstək və güzəştlər gözləyirdik.

Lakin onlar interneti elə günə qoyublar ki, güzəştləri özlərinə qalsın, interneti istifadə üçün tam yararsız hala gətiriblər. İndiki şəraitdə evdə qalan, evdən işləmək və xidmət almaq məcburiyyətində olan dövlət məmurları, tələbələr və şagirdlər üçün, ümumiyyətlə hamı üçün internet çox vacib bir vasitəyə çevrilib. Daha böyük həcmdə və daha sürətli internetə ehtiyac var .

“AzTelekom” və “BakTelekom”dan tez-tez şikayətlər yazılır. Bu şikayətlər sadəcə istifadəçilərin deyil, həm də sektorda fəaliyyət göstərən özəl şirkətlərdəndir.

Belə ki, özəl provayderlər ADSL xidmətini göstərmək üçün məcburdurlar ki, Telekommunikasiya Qovşaqlarının binasından və onlara məxsus telefon xətlərindən istifadə etsinlər. “AzTelekom” isə kommersiya səlahiyyətləri olduğdu üçün özəllərin müştərilərini onların razılığı olmadan “AzTelekom” şəbəkəsinə keçirir. Məsələn, bir Biləcəri sakini bizə müraciət edib ki, “Azincom” adlı provayder ötən yay onların ərazisinə fiberoptik xətt çəkib, amma 2-3 gün sonra gəlib sakinlərə deyiblər ki, “Bakinternet” qoşmağa imkan vermədi, bura onların ərazisidir, ADSL-lə işlətməyə davam edəcəklər. İqtisadiyyat Nazirliyi isə bu inhisarçının bütün şıltaqlıqlarına göz yumur.

Müştəri oğurluğu və inhisarçılıq bir baş materialın mövzusudur. Bu gün dilə gətirmək istədiyimiz “simsiz rabitə” oyunbazlığıdır. İnternetin sürətinin yüksək olması üçün kabel kanalizasiya sistemindən istifadə olunmalıdır. Kabel kanalizasiya sistemi də dövlətin nəzarəti altındadır, yeraltı kabel kanalizasiya sistemindən özəl və dövlət provayderlərinin bərabər əsaslarla istifadəsi üçün şərait yoxdur. Şəraiti “Baktelekom” yaratmalıdır, o da yaratmır. Provayderlər öz müştərilərinin sayına uyğun olan sürəti vermirlər – az sürəti çox adama satırlar. Təəssüf ki, bu məsələlərə nəzarət yetərli səviyyədə deyil.

Ötən il Baktelekom köhnə xətləri yeni fiberoptik xətlərlə əvəzləməklə abonentlərə internetdən pulsuz yararlanmaq üçün modem də bağışlayırdı. Amma bu kampaniya yəqin ki, göz boyamaq üçün idi. İlk baxışdan bu yeni xidmətin telefon abonentlərinin xeyrinə olduğunu düşünmək olardı. Amma “Baktelekom”un təklif etdiyi internet xidməti, ümumiyyətlə, yerli-dibli işləmir. Nə evlərdə doğru-düzgün xidmət var, nə də şəhərin mərkəzindəki parklarda, dəmiryol vağzalında və digər yerlərdə quraşdırılan “free vayfay” zonalarında.

“Binə Sovxoz” ərazisindən şikayət yazan Sərxanov Natiq Sərxan oğlu bildirib ki, Baktelekom (Bakinternet) “simsiz rabitə” adı altında evinə intenet çəkib. 280 manat xərci çıxıb. İndi də ayda 15 manat verir. Amma hətta məsələn, ən yüngül saytları da aça bilmir, çünki 3 Mbit sürət əvəzinə 0,12 Mbit verilir. Yəni 25 qat zəif. Dəfələrlə şikayət edib 155-ə. Hər dəfə deyirlər ki, qeydə aldıq, gəlib baxacağıq, heç kim də gəlmir.

Bu sətirlərin müəllifi olaraq mən də eyni əziyyəti çəkirəm. Bir jurnalist üçün internet hava su qədər vacibdir. Lakin adi bir mətni belə sosial şəbəkə yazışması vasitəsilə ötürməyə gücü çatmayan internetlə hansı keyfiyyətli işdən danışmaq olar. Xətai rayon ərazisində fəaliyyət göstərən “Ultel” bildirir ki, evimizə 3 Mbit internet göndərilir. Bəs bu interneti yoldamı oğurlayırlar? Pulumuz da gedir, əsəbiləşməkdən canımız da.

Müqayisə üçün qeyd edə ki, Rusiyada, Belarusda hətta meşələrdə pulsuz və yetərincə sürətli internet xidməti göstərilir, stasionar ev telefonlarından mobil operatorlara zənglər ödənişsizdir. Bizdə isə ev nömrəsindən mobil nömrəsinə zəngin dəqiqəsi 30 qəpik olaraq dəyişməz qalıb. Bu yaxınlarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin keçmiş müavini Elmir Vəlizadə açıqlamasında ölkəmizdə internetin keyfiyyətsizliyinin, sürətinin aşağı olmasının və internetdə virusların yayılmasının modemlərin düzgün işləməməsi ilə əlaqəli olduğunu deyib. Bəs onda yeni modemlərə nə deyək, nə bəhanə tapaq?

Qarabağda “Ağıllı kəndlər”, şəhərlər salacağıq. Onlara da interneti bu gündə verəcəksiniz?

Cavabınız “hə”dirsə, düşməni bizə güldürməyin, “yox”dursa, o internetdən bizə də verin. Zatən sizə internet üçün dünyada ən yüksək qiyməti ödəyirik.

Bu arada yeni rabitə naziri Rəşad Nəbiyev Nail Mərdanovu “Baktelekom”a rəhbər təyin edib. N.Mərdanovun əvvəllər Rabitə Nazirliyində işlədiyini və sabiq nazir tərəfindən işdən çıxarıldığını nəzərə alsaq, yeni nazir sadəcə, Əlinin papağını Vəlinin başına qoyub. Görünür, N.Mərdanov köhnədən “kisə doldurmağı” yaxşı bacardığına görə bu etimada layiq görülüb.

P.S. Bir neçə gündür “Baktelekom”la əlaqə saxlamaq istəsək də, cəhdlərimiz boşa çıxdı. Bu qurum özünü o qədər arxalı hiss edir ki, sorğu-şikayəti də istehza ilə qarşılayırlar. /Bizimyol/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda internet Gürcüstan və Rusiyadan dəfələrlə bahadır

    Azərbaycanda internet Gürcüstan və Rusiyadan ...

    31-01-2014, 17:27

  • 
  • Nazirdən son xəbərdarlıq (VİDEO)

    Nazirdən son xəbərdarlıq (VİDEO) ...

    19-01-2015, 15:59

  • 
  • İnternetin keyfiyyəti artacaq

    İnternetin keyfiyyəti artacaq ...

    29-12-2014, 13:00

  • 
  • “Aztelekom”un baş direktoru da saxlanıldı

    “Aztelekom”un baş direktoru da saxlanıldı ...

    17-11-2015, 13:11

  • 
  • "Aztelekom" şirkəti məhkəməyə verdi

    "Aztelekom" şirkəti məhkəməyə verdi ...

    28-09-2015, 10:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu