GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rüstəm Kərimli məhkəmə hakimdir , yoxsa inzibati orqanların vəkili? - İTTİHAM

Rüstəm Kərimli məhkəmə hakimdir , yoxsa inzibati orqanların vəkili? - İTTİHAM

Tarix: 3-05-2021, 15:31 Bölmə :GündəmXəbər / Manşet Baxış: 923
Rüstəm Kərimli məhkəmə hakimdir , yoxsa inzibati orqanların vəkili? - İTTİHAM


"İki il üç aydır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı pensiyamın düzgün hesablanması və xaricdə müalicəmin təşkilindən 25 ildir qərəzlə imtina edilməsinə hüquq qiymət verilməsi ilə bağlı Şəki İnzibati Məhkəməsində iddia qaldırmışam. Məhkəmənin 09.04.2019 tarixli qərardadı ilə iş 1 saylı Bakı İnzibati Məhkəməsinə göndərilib. Şikayətlərim də təmin olunmayıb və Ali Məhkəmə 12.02.2020 tarixli qərardadla işin hazırkı Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qərara alıb".

Gundemxeber.Az bildirir ki, bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "14 aylıq süründürməçilikdən sonra 02.04.2021-ci ildə ilk iclas keçirilib və cavabdehin nümayəndəsi heç bir rəsmi etiraz bildirmədən iddianın onlara aid olmadığını bildirib . Məhkəmə (hakim Rüstəm Kərimli) iddianı dəqiqləşdirməyə 19.04.2021-ci il tarixinə kimi vaxt verib. Bu müddətdə 3-cü şəxs qismində Maliyyə Nazirliyini göstərməklə dəqiqləşdirilmiş iddiamı və əlavə etdiyim sənədləri məhkəmənin elektron poçt ünvanına göndərmişəm və qəbul olunub. İclas günü -19 aprel 2021-ci ildə 2 vəsatət verib, ilkin pensiyamı təyin edən DİN-in 2-ci cavabdeh və cavabdehin bəhanəsini kəsmək üçün ƏƏSMN-in tabeliyində olan DSMF-in və yanındakı Xüsusi Şərtlərlə Təyinat İdarəsinin, ƏƏSMN-in Sosial Xidmətlər Agentliyinin və ƏƏSMN-in əlillik siyasəti şöbəsinin işə cəlb edilməsini xahiş etdim. Hakimin köməkçisi vəsatətimin dəftərxanadan hakim Rüstəm Kərimliyə verildiyini doğruladı. Saat 14-15-də iclasa başlayan məhkəmə dəqiqləşdirilmiş iddiam üzrə çıxışıma imkan vermədi və cavabdehin cavabdehlik daşımaması haqqında və bu səbəbdən iddianın mümkün sayılmaması haqqında çıxışını dinləyib , saat 18-də qərarın telefonumuza zənglə bildiriləcəyini dedi. Düzü, qərarın telefon zəngi ilə veriləcəyini ilk dəfə eşidirdim və ağlıma gəlməzdi ki, məhkəmə hakimi də, cavabdeh kimi, ƏƏSMN-in tabeliyində olan qurumların “müstəqillik” əldə etməsini qərara alıb , haqqı tapdalanın yox, tapdalayanın müdafiəsinə qalxacaq. Axşam 6-ya kimi və sonra da nə zəng edən oldu, nə məhkəmənin qərarı verildi .

27.04.2021-ci ildə mətbuatda hakim Rüstəm Kərimlinin Nərimanov bələdiyyəsinə qarşı iddia üzrə cavabdehlə qeyri-prosessual münasibət sonucunda icraata xitam verməsindən, bu qərardadı Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim Vidadi Məmmədov) ləğv etməsindən və yenidən qərardadı ləğv edilən hakimin bir ildən çoxdur işə baxmamasından çıxış etdim. Elə yazı işıq üzü görən kimi, telefonuma Rüstəm Kərimlinin köməkçisindən 9 gündür gözlədiyim zəng gəldi ki, ƏƏSMN-ə qarşı iddiam mümkün sayılmayıb. Şübhəsiz, apellyasiya şikayəti veriləcək. Özbaşınalığa baxın, məhkəmə 2 il 3 aylıq süründürməçilikdən sonra qərara alıb ki, DSMF, TSEK (bu qurumun adı , ümumiyyətlə cavabdehlər sırasında yoxdur ) ƏƏSMN tabeliyində deyillər və cavabdehliyi ƏƏSMN yox, sözügedən qurumlar daşıyır. Naxçıvanlılar demiş, sözügedən publik hüquqi şəxs cavabdeh kimi göstərilib da, bə! Hələ üstəlik Sosial Xidmətlər Agentliyi, ƏƏSMN -in əlillik siyasəti şöbəsi də əlavə olunub . Cavabdeh ƏƏSMN tabeliyindəki qurumlara göstəriş verə bilmir ki, vətəndaşın tələbinə cavab versinlər? !

ƏƏSMN-in tabeliyində hazırda 5 qurumun olmasını nazirliyin saytı doğrulayır . Məhkəmə isə qərara alıb ki, ƏƏSMN heç bir cavabdehlik daşımır. Onda, bu yekəlikdə nazirliyi büdcə hesabına saxlamağın nə anlamı var? 3-cü şəxs Maliyyə Nazirliyi buna cavab verə bilərdi. Di gəl, hakim Rüstəm Kərimli bu nazirliyi də distant “məhkəmə şousu”ndan qıraqda saxlayıb. Hakim inzibati orqanların vəkildir, bəyəm? Qarabağ qazisi tənqidə görə , hətta 20 ildən çoxdur müalicə hüququndan məhrum edilib, məhkəmə hakimi də tənqidə görə, iddianı mümkün saymır".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhkəmə-hüquq sistemində dəhşət: hakimlər qərarla, qətnamə ilə qərardadın fərqini bilmir! (?)

    Məhkəmə-hüquq sistemində dəhşət: hakimlər ...

    15-04-2021, 13:53

  • 
  • Qarabağ Qazisi məhkəmələrdə süründürülür - 2 aydan sonra ayrılan vəkil də şikayəti yazmır

    Qarabağ Qazisi məhkəmələrdə süründürülür - 2 ...

    15-01-2021, 12:54

  • 
  • Bakı İnzibati Məhkəməsindən ağlasığmaz qərar - FOTO/FAKT

    Bakı İnzibati Məhkəməsindən ağlasığmaz qərar - ...

    12-08-2020, 15:04

  • 
  • Azərbaycanda məşhur hakim nazirliyi məhkəməyə verdi

    Azərbaycanda məşhur hakim nazirliyi məhkəməyə ...

    9-09-2019, 11:15

  • 
  • Bu gün ANS-in məhkəməsi oldu

    Bu gün ANS-in məhkəməsi oldu ...

    27-07-2016, 00:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (274)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu