Redaksiyamıza daxil olan ilginc məlumata görə, bir müddətdir ki, Türkiyədən və İraqdan gətirilmiş şəxslər tərəfindən Qazax və Ağstafa rayonlarının əraziləri zəbt olunur. Yerli sakinlər iddia edirlər ki, bu rayonların ərazisində olan Kür çayı boyunca bütün əkin sahələrini və otlaqları həmin şəxslər uzunmüddətli icarə adı altında zəbt ediblər. Yaxın vaxtlarda əkinçi, çoban, aqronom və s.aqrar mütəxəssis olan şəxslərin məlum ərazilərə gətiriləcəkləri qeyd olunur. Qazax rayonunun Aşağı Salahlı kəndi ərazisindən Tovuz rayonunun Ceyrançöl ərazisinə qədər böyük bir zolaq, həmin şəxslərə verilib. Sağlam qaynaqlardan alınan məlumatlara görə, belə bir “genplan” 2011-ci ildə həyata keçirilməli imiş. Belə ki, Qazax şəhər "Kolxoz bazarı" başqa yerə köçürüləcəkmiş, bazarın ərazisində iki çoxmərtəbəli bina tikiləcəkmiş. Həmin binalara da İraqdan və Türkiyədən köçürülmüş 200 ailənin yerləşdiriləcəyi və həmin binaların tikintisini "Akkord" şirkətlər qrupunun inşaat ofisi həyata keçirəcəkmiş. Sonradan naməlum səbəblərdən belə bir plan təxirə salınır. Artıq üç ildir ki, başqa bir ssenari, yaxud da taktiki dəyişikliklər edilməklə işin icrasına start verilib. Ən dəhşətlisi budur ki, əhalisinin 99%-i türk əsilli olan Qazax, Ağstafa, Tovuz rayonlarının yerli əhalisinin artımını azaldıb, ölüm sayını artırmaq məqsədi ilə mənşəyi məlum olmayan qidalar gətirilir. Belə ki, onların ərazilərindəki məhsullar başqa yerlərə göndərilir, yerli məhsul adı altında mənşəyi məlum olmayan tərəvəzlər bu rayonların əhalisinə baha qiymətə satılır. Qeyd olunan ərazilərdə süni məhsullar becərilərək, hansı ki, sonsuzluq, xərçəng, şəkərli diabet və bir çox xəstəliklər yaymaq məqsədilə, həmin məhsulları insanlara satıb köçürülən şəxslərin xeyrinə demoqrafik vəziyyəti dəyişdirmək istəyirlər. Əslində Qazax rayonunun su təchizatını yaxşılaşdırmaq adı altında görülən həmin şəxslərə məxsus əkin sahələrinin su təchizatını artırmağa xidmət edir. Ötən illərdə Qazax rayonunun bəzi kəndlərinə verilən suyu məhdudlaşdıraraq məlum sahələrə yönəldirlər. İndi isə əhalini duyuq salmamaq üçün həmin kəndlərin su təchizatını birqədər normallaşdırıblar. Yerli sakinlərin iddia etdikləri məlumatlar öz təstiqini taparsa, bu ölkəmizin qərb bölgəsi üzrə böyük təhlükə yarada bilər. Biz də GundemXeber.Az olaraq məlumatı ictimailəşdirməyi özümüzə borc bildik ki, müvafiq qurumlar ərazi üzrə araşdırma aparıb təhlükə yaradacaq halların qarşısını alsınlar. Onu da qeyd edək ki, adıçəkilən ərazilərə köçürülən millətin nə Anadolu Türkü, nə də ki, Oğuz Türkü olmadıqları bildirilir. Yerli sakinlərin iddialarına görə köçürülənlər PKK terror təşkilatına bu və ya digər yollarla bağlı olan şəxslərdirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?