Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
gundemxeber.az-ın APA-ya istinadən məlumatına görə, yolun 330-cu kilometrliyində VAZ-2107 ilə "Mercedes" markalı avtomobillər toqquşub.
Nəticədə VAZ-da olan sərnişinlər - 1962-ci il təvəllüdlü Mərziyyə Məmmədova, onun gəlini 1984-cü il təvəllüdlü Təranə Məmmədova və T. Məmmədovanın övladları - 10 yaşlı Raul, 9 yaşlı Nadil və 40 günlük Rəsul müxtəlif bədən xəsarətləri alıblar. Uşaqlar Gəncə 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına, M.Məmmədova və T. Məmmədova isə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?