GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Gilan Orchard” şirkəti məzuniyyət pulumuzu ödəmir” - GİLEY

“Gilan Orchard” şirkəti məzuniyyət pulumuzu ödəmir” - GİLEY

Tarix: 22-05-2021, 12:08 Bölmə :GündəmXəbər / Manşet Baxış: 541
“Gilan Orchard” şirkəti məzuniyyət pulumuzu ödəmir” - GİLEY


İki Göyçay sakini “Gilan Holding”in “Gilan Orchard” şirkətindən məzuniyyət pulunu ala bilmədiklərindən şikayətçidir.

Rayonun Qarabaqqal kənd sakini Namiq Eyvazov deyir ki, onu həm işdən çıxarıblar, həm də son aylarının əmək haqqını və təzminatını ödəməyiblər. Üstəlik, şirkətlə bağladıqları sonuncu müqavilənin sürətini də ala bilməyib:

“Mən tək atayam, yoldaşım rəhmətə gedib, körpə, 5 yaşlı övladım mənim öhdəmdədir. İndi bir tərəfdən də işsiz qalmışam və təzminatımı ala bilmirəm. Mənim ildə 42 gün məzuniyyətim var idi. Toplanmış məzuniyyətlərimin pulunu ödəsəydilər, azı 2500 manat olacaqdı. Bununla xeyli problemimi həll edə bilərdim, ancaq vermirlər”.

Namiq Eyvazov 2012-ci ildən şirkətdə aqronom olaraq çalışıb. Deyir, daha çox meyvəçiliklə məşğul olub, nar yetişdirib:

“Az idi, çox idi, bir əmək haqqı alır, dolanırdıq. 2017-ci ildə yığdılar bizi ofisə və boş kağıza qol çəkdirdilər. Bununla bir şirkətdən işdən çıxdıq, ancaq işimizi görməyə, əmək haqqı almağa davam etdik. Bir neçə ildən sonra başqa bir şirkətə işə qəbul etdilər. Bundan da 3 il sonra ixtisara düşdük. Yenə eyni üsulla. Boş kağıza qol çəkdik, amma bu dəfə birdəfəlik işimizə son verildi. Ancaq bu zaman da yığılıb qalan əmək haqqımızı, məzuniyyət pulumuzu vermədilər. Keçmiş illərin hesabatını 2-3 nəfər tələb etdi, qalanları susdu”.

Namiq Eyvazov deyir ki, pandemiya dövrü işdən çıxarılmağı da qanunsuzdur:

“Halbuki prezidentin bu dövrdə kimsəni işdən çıxarmamaqla bağlı tapşırığı var idi, heç nəyə baxmadılar. Sonradan da hara müraciət etdik, cavab ala bilmədik”.

Fuad Seyidov isə “Gilan Holding”də təchizatçı işləyib. O da işdən çıxarılıb və toplanan məzuniyyətlərinin haqqını ala bilməyib. Deyir, şirkətin ona 3200 manata yaxın verəcəyi var. Fuad Seyidov lap başdan, şirkətin necə yaranmasından və işlədikləri müddətdə qarşılaşdıqları çətinliklərdən danışıb:

“2007-ci ildə Şirvan Meyvəçilik Mərkəzi yarandı. Mayın 1-dən orda işə qəbul oldum. O vaxt heç kimlə müqavilə bağlanmırdı. 2012-ci ilə qədər qeyri-rəsmi işlədik. Ondan sonra şirkətin adını dəyişib MNK etdilər. 23-24 nəfərlə müqavilə bağladılar. Bizimlə yenə müqavilə bağlamadılar. Buna da heç nə deyə bilmədik. Çünki işsiz qalmaq təhlükəsi var idi və indiki dövrdə bilirsiz, iş tapmaq asan deyil”.

Şikayətçi deyir ki, düz 2017-ci ilədək qeyri-rəsmi şəkildə işləyiblər. Sonra bütün işçilərlə müqavilə bağlanıb:

“Sonrakı 3 ili müqavilə ilə işlədim. Ancaq pandemiya yeni yayılanda, 2020-ci il aprelin 30-da bizi işdən azad etdilər. Bizə 2017-ci ildən bu yana olan 3 ilin konpensasiyasını verdilər, qalanını hesablamadılar. Bir sözlə, 10 ilimiz batdı. 13 il mən müqaviləsiz də olsa, işləmişəm və heç vaxt məzuniyyətə çıxmamışam. Məzuniyyətə çıxmamaq da öz seçimim olmayıb, işdən izin verməyiblər. Kənd təsərrüfatı sahəsində daim işdə olmaq lazım olur və “məzuniyyətə çıxma, pulunu alarsan”, - deyirlər. Sənin də başqa çarən qalmır”.

Şikayətçilər məzuniyyətə çıxmadıqları müddətin haqq-hesabını istəyirlər, şirkət rəhbərliyinin isə onların bu istəyinə əməl etmədiyini söyləyirlər. Zənglərini açmır, onlarla görüşmürlər:

“Nə zaman müqavilə tələb etdik “işdən çıxararıq” – hədəsi ilə üzləşdik. Məcbur qalıb səsimizi çıxarmadıq. Elə buna görə də 10 ilimizin məzuniyyət haqqımızı kəsdilər. Azmış kimi ən pis zamanda bizi işsiz qoydular, haqqımızı yedilər, pulumuzu tam vermədilər. Mən orda işləyəndə günün altında qalmaqdan 2 dəfə insult keçirmişəm, bir də gözümün görməsinin 60 faizini itirmişəm. Bunları da nəzərə almırlar. Adamı sonda boş kağız kimi çölə atmazlar ki...”, - Fuad Seyidov əlavə edir.

Şikayətçilər Ombudsman Aparatına, Prezident Administrasiyasına, Vitse Prezident Mehriban Əliyevaya məktublar göndəriblər. Hələlik, bir cavab almayıblar.

Bir neçə ildir ki, Göyçayda “Gilan Holding”in “Gilan Orchard” şirkətindən işdən çıxarılanlar narazılıq edir. Onlar işdən çıxarılarkən məzuniyyət pullarının verilmədiyini söyləyirlər.

Daha öncə də Meydan TV-yə bu şirkətdə çalışmış, işdən çıxarılmış, maaşını ala bilməyən şəxslər müraciət etmişdi. Onlardan kimi pandemiya dövrü işdən çıxarılmadan (https://www.meydan.tv/az/article/goycay-sakini-gilan-orchards-pandemiya-dovrunde-meni-isden-cixardi/?ref=search), kimi də yığılıb qalmış maaşını ala bilməməkdən gileylənib (https://www.meydan.tv/az/article/9-aydir-gilan-orchard-sirketinden-maasimi-ala-bilmirem/?ref=search).

“Gilan Orchards” MMC-dən Meydan TV-yə daha öncə də kimsəni işdən azad etmədiklərini, işçilərin öz ərizələri ilə işdən ayrıldıqlarını bildirmişdilər. Maaşların gecikməsinə gəlincə, belə bir problemin olmadığını, hamının vaxtlı-vaxtında pulunu aldığını bildirmişdilər. Bu dəfə də şirkətin hüquq şöbəsindən oxşar açıqlama verilib:

“Kimsəni işdən çıxarmamışıq, ancaq öz ərizəsi ilə işdən ayrılanlar olub. Hamısının da son maaşları ödənib, problem yoxdur”.

Şikayətçilər isə bildirir ki, onlar öz xoşları ilə ərizə yazmayıblar. İşçilərin hamısının işdən ayrılma ilə bağlı ərizəsinin eyni cümlələrlə başlayıb-bitməsindən də görünür ki, bütün ərizələr bir nəfər tərəfindən hazırlanıb və işçilərdən qol çəkmələri istənilib:

“Biz hardan bilək? Düşündük ki, yəqin həmişəki kimi yenidən işə bərpa edilərik. Nə dedilər etdik. Amma bu dəfə belə olmadı. İşimizi birdəfəlik itirdik və haqqımızı ala bilmədik”.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Ailəmi dolandıra bilmirəm, maaş almamaq mənə çox çətin başa gəlir” - NARAZILIQ...

    “Ailəmi dolandıra bilmirəm, maaş almamaq mənə çox ...

    23-11-2020, 11:17

  • 
  • “Gilan Seramic” MMC övladı xəstə olduğu üçün işə gəlməyən Şirvan sakinini işdən kənarlaşdırıb - GİLEY

    “Gilan Seramic” MMC övladı xəstə olduğu üçün işə ...

    9-02-2021, 20:28

  • 
  • "Sonradan aydın oldu ki, məni aldadıblar..." - GİLEY

    "Sonradan aydın oldu ki, məni ...

    12-07-2019, 13:10

  • 
  •  “Gilan" Holdinqdə işçi haqqı yeyilir... - GİLEY

     “Gilan" Holdinqdə işçi haqqı yeyilir... - ...

    5-03-2021, 14:46

  • 
  • “Üstay” şirkəti mənim haqqımı indiyəcən də verməyib-VİDEOMÜRACİƏT

    “Üstay” şirkəti mənim haqqımı indiyəcən də ...

    14-08-2019, 16:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (278)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu