GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO

Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO

Tarix: 9-06-2021, 17:58 Bölmə :GündəmXəbər / Manşet Baxış: 421
Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO


44 günlük müharibə, ardından isə tutduğu vəzifədə şəxsi maraqlarına xidmət edən, başı özünə sərvət toplamağa qarışan bəzi, daha doğrusu bir çox məmurların fəsadları təəssüflər olsun ki, bitmək bilmir.

Demək ki, bu qədər islahatlar, bu qədər tapşırıqlar, bu qədər içtimai qınaqlar onlar üçün dinləməyə belə dəyməyən əhəmiyyətsiz mövzulardır.

Biz "DogruXeber.az" informasiya agentliyi olaraq bu mövzulara çox toxunmuşuq və nə yazıq ki, bu kimi narazılıqlar hələ də bitmədiyi üçün, biz haqq mübarizəmizi davam etdirmək məcburiyyətində qalırıq.



44 günlük ikinci Vətən müharibəsindən sonra şəhid ailələrinə, qazilərimizə, ümumiyyətlə müharibə iştirakçılarına qarşı istər yerli icra orqanları olsun, istər digər dövlət qurumları olsun kobud davranışlar sərgiləyir, bəzən ümumiyyətlə qəbul edib, dərdini dinləmir, bəzən də isə kobud desək "yola vermək" üçün dinləyir, ordan da "qulaqardına" vururlar.

"DogruXeber.az" izləyiciləri artıq bu cür fəaliyyət göstərən məmurların bir neçəsini tanıyır. Çünki, biz daim bu cür cəmiyyətə, sahib olduğu vəzifəyə yararsız məmurların fəaliyyətsizliyini (onların sərt təpgisinə rəğmən) işıqlandırırıq.



Yuxarıda da qeyd etdiyimiz kimi vətəndaşları dinləməyən, dinləsə belə onların problemlərini görməzdən, duymazdan gələn məmurlardan biri də Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir.

Belə ki, redaksiyamıza müraciət edən Bərdə rayon sakini, könüllü döyüşçü anası Rəhimova Kəmalə Məhbub qızı deyir ki, "artıq dərdimi deməyə yer tapmıram".



Onu da qeyd edək ki, Kəmalə xanımın övladı Nəbizadə Namiq Mehman oğlunun bədənində çoxsaylı qəlpələr hələ də var.

QEYD: Bu vətəni, bu torpağı qorumaq üçün öz canını sipər edən çox igidlərimiz var ki, Namiq kimi hələ də bədənlərində "müharibə yadigarı" qəlpələr daşıyırlar. Bu da Azərbaycan Dövlət Müdafiə Nazirliyinin tabeliyində olan "Papanin Hospitalı" adı ilə tanıdığımız Hərbi hospitalın məsuliyyətsizliyidir.

Kəmalə xanım deyir ki:
- "Övladım Nəbizadə Namiq Suqovuşan istiqamətində gedən döyüşlərdə ağır yaralandıqdan sonra Papanin Hərbi Hospitalına yerləşdirildi. Orada bədənindəki bəzi qəlpələr çıxarıldı. Lakin, dedilər ki, "başındakı qəlpəyə toxuna bilmərik, beyni pozula bilər."



Oğlum təxris olunduqdan sonra evdə ağrıları günü-gündən artmağa başladı. Şiddətli baş ağrıları, özünə qapanmalar, yuxusuzluq problemləri hər gün biraz irəliləyirdi. Övladımın gözlərim önündə əzablar içində hər gün biraz əriməsinə dözə bilmirəm. Buna görə də oğlumu da götürüb başqa dövlət xəstəxanasında “KATE” müayinə etdirdim. Bu müayinədən sonra məlum oldu ki, oğlumun başında 5, kürəyində 11 qəlpə hələ də var. Bununla bağlı mən yenidən "Papanin Hospitalı"na yaxınlaşdım ki, mənim oğlumun bədənindəki qəlpələr çıxarılsın. Mənə Hospitalda cavab verdilər ki, oğlun artıq təxris olunub, biz heç nə edə bilmərik. Apar başqa yerdə müalicə etdir."

Məsuliyyətsizliyə baxın !

Hələ sağalmamış, bədənində qəlpələr olan könüllümüzü o vəziyyətində təxris edirlər, sonra da deyirlər "artıq bizlik deyil."

İgidimiz, qeyrətli vətən oğlu Namiq Nəbizadə anası Kəmalə xanımın da dediyi kimi bu yaraları qonşu ilə dalaşanda, yaxud yolda yıxılıb almayıb. Vətən uğrunda canını sipər edərkən bizə, həmçinin indi onları saymayan nankor məmurların özlərinə, övladlarına tuşlanmış güllələrin önündə dayanaraq alıb.

Bu gün bizim hər birimizin onlara bir deyil, bir neçə can borcumuz var.

Ailəmizin, övladlarımızın, valideynlərimizin, evində onların sayəsində rahat uyuyan hər kəsimizin can borcu.



Nəbizadə Namiq Mehman oğlu Bakı şəhərində, Bakıxanov qəsəbəsində kirayə yaşasa da, Bərdə rayon qeydiyyatındadır. Buna görə də Namiqin atası Nəbizadə Mehman Bərdə rayon komissarlığına da, Bərdə rayon İcra Hakimiyyətinə də, həmçinin hər ay maaş alan hər kəsin boğazına şərik olub", maaşından kəsən "YAŞAT" fonduna da dəfələrlə müraciət edib ki, övladının müalicəsi üçün köməklik göstərsinlər.

Ailə maddi durumunun çox zəif olmasına, evsiz, işsiz olmasına baxmayaraq, yenə haqqı olsa da heç nə istəmir, yalnız "balama kömək edin" deyərək, döyüb bütün qapıları.

Amma, nə yazıq ki, bu gün onu qarşılayıb, heç olmasa dinləyərək dərdinə şərik olmağı belə ona çox görən İcra başçısı Vidadi İsayev, Hər dəfə bir yanlış istiqamətdə yönəldərək öz "rahatlığını təmin edən" Bərdə rayon Hərbi Komissarlığı, zamanında tələm-tələsik təxris edib, sonra məsuliyyətdən boyun qaçıran Hərbi hospitalın məsul işçiləri bizim gördüklərimizi görmək, düşündüklərimizi düşünmək iqtidarında deyillər.



Çünki, onların gözü kabinetindəki seyfə, beyinləri isə seyfin içindəkiləri düşünməyə məşğuldur yəqin.

Allah rəhmət eləsin hər dövrün şairi Mirzə Ələkbər Sabir elə məhz hər dövrü əhatə edən acgöz məmurlar adından deyib:

"Millət necə tarac olur olsun.
Nə işim var?!
Düşmənlərə möhtac olur, olsun.
Nə işim var?!"

Bəli. Onlar vəzifə borcları olan xidmət etməli olduqları xalqı qətiyyən düşünmürlər.

"YAŞAT" fondu deyir ki, "yalnız əli-ayağı olmayan, əmək qabiliyyətini itirmiş əlillərə kömək edirik".

Fondu yaradarkən bu qədər məntiqsiz qaydalar görəsən kimin beyninin məhsuludur.

O bu qaydaların təklifini verərkən o qədər zülümlərə, əziyyətlərə rəğmən sağ qayıda bilənləri nədən düşünməyib görəsən?

QEYD: Yeri gəlmişkən əməkdaşımız İmişli rayonunda artıq yataq xəstəsi olan bir qazimiz üçün də"YAŞAT" Fonduna müraciət etmişdi. "Qeydiyyata aldıq" cavabını versələr də, müraciətdən təqribən 4-5 ay keçməsinə baxmayaraq, hələ də onunla maraqlanmayıb.

Burdan da belə məlum olur ki, hərdən bir iki nəfəri Türkiyəyə müalicəyə göndərib, bütün televiziyalarda bizə göstərməklə xalqı, Prezidenti nələrəsə inandırmağa çalışırlar. Reallıq isə bunun piyardan başqa bir şey olmadığını deyir.

Yaralı döyüşçümüzün anası Kəmalə xanım onu da deyir ki:

- "Dəfələrlə müraciət etdiyimiz İcra Hakimiyyətinin bir nəfər işçisi belə maraqlanmayıb ki, axı sənin balan o vəziyyətdə idi, öldümü, qaldımı? Bir qutu ərzaqla mənim balamın ağrıları azalmır. İstəmirəm ərzaq filan. Ac da qalaram. Təki övladım sağalsın. Ən azından ağrıları azalsın. 3 oğlum var. Namiqdən başqa bir oğlum da hərbi xidmətini keçib, kiçik oğlum da artıq çağırış gəlib, yaxın günlərdə vətən borcu ödəməyə, hərbi xidmətə yola düşür. Namiqin bu vəziyyətini və onun vəziyyətinə məsul qurumların biganəliyini görüb, obiri övladlarım üçün də çox narahat oluram artıq. Halbuki, mən Namiqi səfərbərlik çağırışı gələn kimi böyük ürəklə, gecəylə götürüb rayona apardım ki, rayon hərbi komissarlığından çağırılmışdı. Amma, bu gün mənim oğluma çağırış göndərən Səfərbərlik və Hərbi Xidmətə Çağırış, Müdafiə Nazirliyi, Rayon İcra Hakimiyyəti bu gün nə mənim övladımı, nə də övladım kimi digər döyüşçülərimizi, qazilərimizi, şəhid ailələrimizi saymır.



Mən əminəm ki, Dövlət Başçımızın bundan xəbəri yoxdur. O hər zaman öz çıxışlarında tapşırıqlar verir ki, müharibə iştirakçılarına qarşı diqqətinizi əsirgəməyin. Ona görə də son ümidim olaraq "DogruXeber.az" redaksiyası vasitəsilə üzümü Cənab Prezidentimiz İlham Əliyevə, onun xanımı, birinci vitse prezident Mehriban xanım Əliyevaya tutub, artıq dərəcədə xahiş edirəm ki, mənim balama kömək etsinlər. Onun müalicəsi üçün əlimdən heç nə gəlmir. Anayam. Dözə bilmirəm."

Döyüşçü anasının "acizanə yalvarışı" Vidadi İsayev başda olmaqla, bütün biganə məmurlar adına utanc verici reallıqdır. Namiq kimi igidlər yetişdirən qürurlu analar yalvarmalı deyil. Onlar aciz deyil. Aciz olan bu gün əllərində səlahiyyətləri olduğu halda o anaları bu duruma düşürən məmurlardır.

P.S: “K.İ.V” haqqında qanunun tələbinə müvafiq olaraq qarşı tərəfin də mövqeyini öyrənmək məqsədilə Bərdə rayon İcra Hakimiyyəti Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şadlinskaya Fəqət Nəcəb qızı ilə telefon əlaqəsi saxladıq.
Fəqət xanım bizə bildirdi ki, Bərdə rayon Mərkəzi Xəstəxanasına müraciət etsinlər. Biz ailədən xəstəxanalarda maddi qarşılıq tələb edildiyini Fəqət xanımın diqqətinə çatdırdıq. Daha sonra Fəqət xanım dediki: - “Mərkəzi RayonXəstəxanası sığorta sistemi ilə olduğu üçün heç bir ödəniş tələb olunmur. Onlar yenidən xəstəxanaya müraciət etsinlər. Lap yönəldin mənə. mən özüm onları yönləndirim müalicə olunsun. Burda gözəl cərrahlarımız da var.”

(Təəsüflər olsun ki, müəyyən səbəblərdən digər adı çəkilən qurumlar ilə əlaqə saxlamağımız mümkün olmadı.)
Məsələ diqqətimizdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO

    "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da ...

    27-04-2021, 12:14

  • 
  • Binəqədi İcra Hakimiyyətinin məsul işçisinin yalanları ifşa olundu - VİDEO

    Binəqədi İcra Hakimiyyətinin məsul işçisinin ...

    15-03-2021, 19:44

  • 
  • HAKİM GÜLSARƏ İMANOVA ŞƏHİD ANASINI NİYƏ İNCİDİR?

    HAKİM GÜLSARƏ İMANOVA ŞƏHİD ANASINI NİYƏ İNCİDİR? ...

    30-03-2021, 17:08

  • 
  • "Kənd soveti deyir 200 manat, ya da bir quzu gətir, sənədlərini düzəldim" - ŞOK İDDİA // VİDEO

    "Kənd soveti deyir 200 manat, ya da bir quzu ...

    13-04-2021, 20:56

  • 
  • Sahil Babayevin nazirliyində şəhid ailələrinin mənzil problemi ilə kim məşğul olur? - İTTİHAM

    Sahil Babayevin nazirliyində şəhid ailələrinin ...

    1-12-2020, 09:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu