"Şikayətim "Kontakt Home"la bağlıdır. Deməli, bir neçə il öncə Sumqayıtda yerləşən mağazalarından kreditlə 2 ədəd telefon aldım. Qızıl zəmanətlə... 10 gün keçmədən telefonlardan biri xarab oldu. Apardım servislərinə. Mənə bildirildi ki, telefon 15 gün ərzində təmir olunub sizə veriləcək". Gundemexeber.Az DİA.AZ-a istinadla bildirir ki, bu barədə Qadir Ağakişiyev adlı narazı vətəndaş "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşım edib.
Daha sonra narazı vətəndaş yazır: "Əvəzində mənə müvəqqəti işlətmək üçün telefon verməli olduqları halda bunu etmədilər . Bu məsələnin üstünə varmadım və dedim 15 gün gözləyərəm eybi yoxdur... təki telefon düzəlsin. Həmin 15 gün 2 ya çəkdi. Dəfələrlə müraciət etsəm də, nə həmin telefonu, nə də yeni telefon mənə vermədilər. Əvəzində mənə bildirdilər ki, işləmədiyini telefona görə ödəmə etməlisiniz və bu aylar ərzində üstünə gələn faizlərlə birge)) onlara bildiyim 3 müxtəlif dildə filial müdirlərinin tutmuş sıravi işçilərinə qədər izah etsəm də ki, ay qardaş, ay xanım, mən işlətmədiyim telefona görə niyə kredit ödəməliyəm... xeyri olmadı!
Bu yaxınlarda məni məhkəməyə veriblər və müzəffər Sumqayıt şəhər məhkəməsi də onların xeyrinə qətnamə çıxardıb. Düzdür, Apellyasiya şikayəti verecəm, amma "Kontakt Home" rəhbərliyi və hüquqşünaslarının vicdanı sızlayırmı heç? Mən niyə görə vaxt itirməliyəm?
Qələt edib sizdən kredit götürmüşəm? Ümumiyyətlə, bu mağazalar şəbəkəsinin yiyəsi varmı və ipi kimin əlindədir? Bilən varsa, desin... gedim qapısına ki, olmaz belə..."
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?