GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qovlar Şəhər Xəstəxanasındakı dözülməz vəziyyət ağxalatlıları da “ayağa qaldırdı”- ŞOK FAKTLAR/VİDEO

Qovlar Şəhər Xəstəxanasındakı dözülməz vəziyyət ağxalatlıları da “ayağa qaldırdı”- ŞOK FAKTLAR/VİDEO

Tarix: 18-06-2021, 14:01 Bölmə :GündəmXəbər / Manşet Baxış: 439


Yəqin ki, bu gün Azərbaycan səhiyyəsinin müəyyən qədər “bataqlıqda boğulması” və belə bir vəziyyətin əmələ gəlməsində Tovuz səhiyyəsinə rəhbərlik edən Paşa Muradovun oynadığı rol haqda tam əksəriyyət məlumatlıdır. Bu da bir faktdır ki, hazırda Tovuz rayonunun səhiyyə müəssisələrində yaşanan problemlərin, analoqu olmayan həngamələrin, baş alıb gedən biabırçılıqların nə həddi, nə də ki, hüdudu bilinir. Yəni, rayon sakinlərinin tam əksəriyyəti o məqamı ittiham edirlər ki, nədən qəbul olunmuş qanunlar Tovuz səhiyyəsində kağız üzərində qalır, vətəndaşlara verilmiş imtiyazlar, əksər ixtiyarlar, bir çox təminolunmalar boş-boş vədlərdən başqa bir şey olmur.  Düşündürücü hal odur ki, bu rayonun səhiyyəsinə rəhbərlik edən Paşa Muradov yaşanan hər cür hoqqalar, çatışmazlıqlar, baş verən iyrəncliklər və s. haqda dəqiq məlumata malik olsa da, sanki o, özünü məlumatsız şəxs qismində aparır və bununla da, rayonun səhiyyə müəssisələrində hər cür xoşagəlməz amillərin baş qaldırmasına bilərəkdən şərait yaradır. Məsələn, 1971-ci ildə istifadəyə verildiyi bildirilən vəQovlar şəhəri, Şəhriyar küçəsi-13 ünvanında fəaliyyət göstərən Cəlal Əhmədov adına Qovlar Şəhər Xəstəxanası, hazırda ölkəmizin ən bərbad, ən biabırçı səhiyyə müəssisələrindən biri hesab olunur. 



Yəni əldə etdiyimiz şifahi  məlumatlara görə, bu gün təqribən30000 nəfər şəxsin yaşadığı Qovlar şəhəri ərazisində fəaliyyət göstərən bu xəstəxanada nə rentgen aparatı, nə də ki, təcili tibbi yardım var. Yəni, neçə illərdir ki, rentgen aparatı və təcili tibbi yardım rayonun Mərkəzi Xəstəxanasına köçürülüb.Əgər hansısa şəxsin səhhətində müəyyən problem əmələ gələrsə və təcili tibbi yardımın gəlməsinə ehtiyac duyularsa, o halda həmin xəstə ən azından saatyarım müddət ərzində gözləməli olur. Bəzi iddialara görə, Tovuzdakı təcili tibbi yardım maşınlarından şəxsi işlərin yerinə yetirilməsində istifadə olunduğu üçün, bu sahədə belə bir biabırçılığın baş verməsi adi hala çevrilib.



   Gundemxeber.Az araz.az-a istinadla bildirir ki, Qovlar şəhəri ərazisindəki şəkər xəstəsi olan şəxslərə verilən dərman pereparatları Tovuz MRX-da verildiyindən, xəstələr məcbur olub rayon mərkəzinə getməli olurlar. Bu da əlavə vaxt itgisinə, əlavə pul vəsaitlərinin xərclənməsinə və xəstələrin saatlarla növbə gözləmələrinə səbəb olur. O halda sual oluna bilər ki, görəsən rayonun səhiyyəsinə rəhbərlik edən Paşa Muradovun şəkərli xəstələrə bu cür zülm etməsinin kökündə nələr durur? Unutmaq olmaz ki, koronovirus (COVİD-19) infeksiyasının yayıldığı vaxtlarda hər kəsin ara məsafəsi saxlaması, müəyyən təlimatlara əməl etməsi tövsiyyə olunsa da, Tovuz səhiyyəsinə rəhbərlik edən Paşa Muradov ötən aylar ərzində elə bir idarəçilik həyata keçirir ki, şəkər xəstəsi olanlar nə ara msafəsi saxlaya, nə də ki, təlimata əməl edə bilirlər.




Çünki, rayonun yaxın-uzaq məsafəsində minbir əzab-əziyyətlə dərman almağa gələn şəkərli xəstələr gün ərzində növbə gözləməli və bir yerə toplaşmalı olurlar. Belə bir halın varlığı da, məhz koronovirus infeksiyasına qarşı aparılan mübarizə tədbirlərinin əhəmiyyətini heçə endirir. Digər tərəfdən, hazırda Cəlal Əhmədov adına Qovlar Şəhər Xəstəxanası elə bir bərbad haldadır ki, bu səhiyyə müəssisəsində hansısa xəstənin müayinə, yaxud da müalicə olunmasının özü müşkül məsələyə çevrilir. Çünki, bu xəstəxanada hər cür antisanitariya, hər cür natəmizlik halları hökm sürməkdədir. O halda ortaya belə bir sual çıxır ki, görəsən ötən yarım əsr ərzində bu xəstəxananın təmirinə pul vəsaiti ayrılmayıbmı? Ayrılıbsa, niyə təmir olunmayıb? Yaxud da, ayrılmış vəsaitlər hara “qeybə çəkilib?”. Deməli, bunların hər birinin araşdırılmasına ciddi ehtiyac var.



     Diqqəti cəlb edən hallardan biri də, Cəlal Əhmədov adına Qovlar Şəhər Xəstəxanasının doğum şöbəsində yaşanan biabırçılığın varlığıdır. Yəni, bu şöbədə bir nəfər olsun belə ginekoloq həkim çalışmadığından, bərbad vəziyyətdə olan şöbənin bütün otaqlarında xəstə tapmaq mümkün deyil. Bu cür halların varlığı, hələ ki, Paşa Muradovu heç də narahat etmir. Xəstəxanaya məxsus binaların, iş otaqlarının bərbad halda olması, divarların uçub-dağılması, qapı-pəncərələrin sınıq-salxaq vəziyyətə düşməsi, həyət-bacanın təmizlənməməsi səbəbindən zibillə dolu olması və s. onu söyləməyə əsas verir ki, uzun illərdən bəri Tovuz səhiyyəsinə rəhbərlik edən Paşa Muradovu, hələ də təqribən30000 nəfərdən çox Qovlar şəhər sakinlərinin taleyi maraqlandırmır.

 


Düşünürük ki, əgər bu şəxsişəhər sakinlərinin taleyi maraqlandırsaydı, o halda o, indiyə kimi rayonun səhiyyə müəssisəsinin rəhbəri olaraq mövcud problemlərin varlığını aidiyyatı dövlət qurumlarının qarşısında qaldırardı. Söylənilənlərə görə, hazırda Paşa Muradovu daha çox rayonun Qaraxanlı kəndində ərsəyə gətirdiyi və sahəsi bir neçə hektardan ibarət olan “parnik”i düşündürür. İddialara görə o, ötən illər ərzində daşıdığı vəzifəsinin imkanlarından sui-istifadə edir ki, əldə etdiyi gəlirlər hesabına dəyəri bir neçə yüzminlik “parnik” ərsəyə gətirə bilir. Bu gün də onu daha çox “parnik”indən əldə edəcəyi gəlirlər düşündürməkdədir.

Belə bir səbəblər üzündəndir ki, son vaxtlar dözülməz vəziyyətlə barışmayanlar həm Qovlar şəhər sakinləridirlər, həm də Qovlar Şəhər Xəstəxanasında çalışanlardırlar. Çünki, hər kəs vəziyyətin “pik nöqtə”yə çatdığını görür və Paşa Muradovun yarıtmaz idarəçiliyinə etiraz edib haqq səslərini qaldırmağa məcbur olurlar. Usandırıcı haldır ki, 07 mart 2012-ci il tarixdə Qovlara şəhər statusu verilsə də, bu gün şəhərin mərkəzi ərazisində fəaliyyyət göstərən Cəlal Əhmədov adına Qovlar Şəhər Xəstəxanasındakı vəziyyət dözülməz həddədir. Bu belə olsa da, əmələ gələn kritik vəziyyət nə rayon rəhbərliyini, nə də ki, Tovuz səhiyyəsinə rəhbərlik edən Paşa Muradovu düşündürmür. Əslində belə bir durumun yaşanması biabırçılıqdır, analoqu olmayan dözülməz vəziyyətin varlığıdır. Maraqlıdır ki, hazırda şəhər və rayonların ən ucqar ərazilərindəki səhiyyə ocaqları ya təmir olunur, ya da ki, yenidən qurulur. Qovlar şəhərinin mərkəzi ərazisində fəaliyyət göstərən xəstəxanada isə, ümumi durum sanki ötən əsrin əvvəllərindəki acınacaqlı halı xatırladır. O halda ortaya belə bir sual çıxır ki, görəsən 30000 nəfərdən çox Qovlar şəhər sakininin yaşadığı ərazidə fəaliyyət göstərən səhiyyə müəssisəsindəki durum Paşa Muradovu və digər vəzifə sahiblərini niyə maraqlandırmır? Deməli, belə bir ögey münasibətin kökündə hansısa “əmma” durur ki, hələ də bu yöndə heç bir addım atılmır.



   Media üzərindən apardığımız müəyyən araşdırmalara görə, Tovuzun səhiyyə şöbəsinə rəhbərlik edən Paşa Muradov koronovirus infeksiyasına qarşı mübarizə tədbirlərinin aparıldığı dönəmlərdə, rayonun Təcili Yardım Stansiyasının bir çox əməkdaşlarını ciddi problemlərləüz-üzə qoyur. Yəni, tibb işçilərinin çoxunu koronavirusla mübarizə tədbirləri zamanı “əliyalın” - maskasız, əlcəksiz qoyur, hətta cənab Prezidentin qərarı ilə koronavirusla mübarizədə iştirak edən tibbi heyyətin əmək haqqlarına nəzərdə tutulan artırımları onlara vermir. Bütün bunlar da onu söyləməyə əsas verir ki, Tovuzun səhiyyə şöbəsinə rəhbərlik edən Paşa Muradovun istər bugünkü, istərsə də ötən illərdəki əməllərinə hüquqi qiymət verilməsinin zamanı çoxdan çatıb. Yəni, hal-hazırda bu şəxsin qol qoyduğu əməllərin araşdırılmasına ciddi ehtiyac duyulur. Düşünürük ki, əgər bu yöndə lazımi araşdırmalar aparılarsa və müəyyən həqiqətlər ortaya çıxarılarsa, o halda hər kəs, o cümlədən Səhiyyə Nazirliyinin yetgililəri də baş verənlər haqda məlumatlı olacaqlar ki, Paşa Muradov ötən illər ərzində Tövuz səhiyyəsinin “bel sütununa” hansı zərbələrini endirib?

Bu yöndə araşdırmalarımız davam edəcək. Bizi izləyin.

P.S. Hörmətli oxucular! Yaxın vaxtlarda Paşa Muradova məsus olduğu bildirilən və rayonun Yanıxlı kəndində fəaliyyət göstərən “Su səsi” istirahət mərkəzində baş verən hoqqalardan da bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bərdə səhiyyəsində “bataqlıq”

    Bərdə səhiyyəsində “bataqlıq” ...

    3-05-2016, 18:58

  • 
  • Baş həkim icra başçısının aylıq haqqını çatdırmadığı üçün işdən çıxarılıb -VİDEO FAKT

    Baş həkim icra başçısının aylıq haqqını ...

    17-10-2019, 14:31

  • 
  • İCRA BAŞÇISININ 2000 MANAT AYLIQ HAQQI ÇATMADIĞINDAN, BAŞ HƏKIMI IŞDƏN ÇIXARTDIRDI - VİDEO FAKT

    İCRA BAŞÇISININ 2000 MANAT AYLIQ HAQQI ...

    15-10-2019, 11:22

  • 
  • Tovuzun Qovlar şəhərindəki əxlaqsızlıq ünvanlarının himayədarı kimdir?-  ŞOK İTTİHAM

    Tovuzun Qovlar şəhərindəki əxlaqsızlıq ...

    26-08-2019, 13:01

  • 
  • Tovuz Xəstəxanasında vətən fədayisinə niyə biganə yanaşılıb? - VİDEO FAKT

    Tovuz Xəstəxanasında vətən fədayisinə niyə biganə ...

    27-05-2021, 16:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu