GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İCRA BAŞÇISININ 2000 MANAT AYLIQ HAQQI ÇATMADIĞINDAN, BAŞ HƏKIMI IŞDƏN ÇIXARTDIRDI - VİDEO FAKT

İCRA BAŞÇISININ 2000 MANAT AYLIQ HAQQI ÇATMADIĞINDAN, BAŞ HƏKIMI IŞDƏN ÇIXARTDIRDI - VİDEO FAKT

Tarix: 15-10-2019, 11:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 670
İCRA BAŞÇISININ 2000 MANAT AYLIQ HAQQI ÇATMADIĞINDAN, BAŞ HƏKIMI IŞDƏN ÇIXARTDIRDI - VİDEO FAKT[/center]

Fizulidə baş həkimin işdən çıxarılması işçiləri “ayağa qaldırdı», polis xəstəxananı mühasirəyə aldı.


İCRA BAŞÇISININ 2000 MANAT AYLIQ HAQQI ÇATMADIĞINDAN, BAŞ HƏKIMI IŞDƏN ÇIXARTDIRDI - VİDEO FAKT
İCRA BAŞÇISININ 2000 MANAT AYLIQ HAQQI ÇATMADIĞINDAN, BAŞ HƏKIMI IŞDƏN ÇIXARTDIRDI - VİDEO FAKT
İCRA BAŞÇISININ 2000 MANAT AYLIQ HAQQI ÇATMADIĞINDAN, BAŞ HƏKIMI IŞDƏN ÇIXARTDIRDI - VİDEO FAKT
[center]İCRA BAŞÇISININ 2000 MANAT AYLIQ HAQQI ÇATMADIĞINDAN, BAŞ HƏKIMI IŞDƏN ÇIXARTDIRDI - VİDEO FAKT


Yəqin ki, məqaləni oxuyan hər kəs mövzunun hansı səbəbdən belə bir başlıq adı altında yazıldığı anlamına xüsusi diqqət yetirəcək və gündəlik gözü önündə baş verənləri bir daha yada salacaq. Diqqət ayrılası məqam o olacaq ki, bu gün də yaşadığımız ictimai həyatın ayrı-ayrı sahələrində saysız-hesabsız problemlər, bənzəri olmayan olaylar yaşanmaqdadır. Bilib eşitdiyimiz həqiqət isə ondan ibarətdir ki, hələ bir neçə il bundan əvvəl də, səhiyyəmizdə yaşananlar daha çox ictimai müzakirələrə səbəb olurdu. Tam əksəriyyət o halın varlığını ittiham edirdi ki, nədən qəbul olunmuş qanunlar kağız üzərində qalır, vətəndaşlara verilmiş imtiyazlar, bir çox təminolunmalar boş-boş vədlərdən başqa bir şey olmur.

İCRA BAŞÇISININ 2000 MANAT AYLIQ HAQQI ÇATMADIĞINDAN, BAŞ HƏKIMI IŞDƏN ÇIXARTDIRDI - VİDEO FAKT

Bütün bunlar qalsın bir yana, bir neçə gün bundan əvvəl Dəryaz qəzetinin redaksiyasına Fizuli səhiyyəsində baş verən növbəti olay haqda məlumatlar daxil olmuşdur.Daxil olan məlumatları əldə etdikcə, sanki şoka deyil, birbaşa “şökə” düşməli olduq. Buna səbəb olan amillərdən biri də, Fizuli Rayon Diaqnostika Mərkəzinin fəaliyyətə başladığı ilk gündən, adı çəkilən səhiyyə müəssisəsində baş həkim vəzifəsini daşıyan Məmmədov Cümşüd Məmməd oğlunun, təqribən üç-dörd gün bundan əvvəl heç bir əsas olmadan daşıdığı vəzifəsindən uzaqlaşdırılması oldu.

İCRA BAŞÇISININ 2000 MANAT AYLIQ HAQQI ÇATMADIĞINDAN, BAŞ HƏKIMI IŞDƏN ÇIXARTDIRDI - VİDEO FAKT

Məsələnin düşündürücü və müzakirələrə səbəb olan tərəfi odur ki, müəssisədə çalışan 215 nəfər əməkdaşın tam əksəriyyəti, bu şəxsin işdən çıxarılmasına kəskin etirazlarını ifadə etsələr də, nədənsə həmin şəxslərin etirazlarına bir kimsə məhəl qoymur. Onu da bildirək ki, 63 yaşlı Cümşüd Məmmədov Fizuli rayonunun Yuxarı Əbdürrəhmanlı kənd sakinidir və bu kənd erməni quldurları tərəfindən işğal olunarkən, bu şəxsin atası, qardaşı döyüş əməliyyatlarının gedişi zamanı şəhid olurlar. Yəni, sabiq baş həkim şəhid ailəsinin üzvüdür.

Bir faktı da qeyd edək ki, hal-hazırda Fizuli Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsini Natiq Şükürov adlı şəxs daşıyır və işdən çıxarılmış Diaqnostika Mərkəzinin baş həkimi vəzifəsinə, bu şəxsin qardaşı oğlu Şaiq Şükürov təyin olunub. Belə bir təyinatın verilməsinə qəti etirazlarını ifadə edən əməkdaşlar bildirirlər ki, “Cümşüd Məmmədov baş həkim olarkən neçə-neçə imkansız şəxsləri öz vəsaiti hesabına əməliyyat etdirib, müəssisədə çalışan şəxslərin hər birinə dayaq olub, son vaxtlar isə, “Fizuli Futbol Komandası”nı maliyyələşdirirdi. Bu şəxs iki ay idi ki, Fizuli RİH-nin başçısı Alı Alıyevə “haqq-hesab” çatdıra bilmədiyindən, o, Cümşüd Məmmədovun daşıdığı vəzifəsindən uzaqlaşdırılmasına nail ola bildi”. İddialara görə sabiq baş həkim hər ay icra başçısına 2 (iki) min manat “haqq-hesab” verirmiş.

Deryaz.az-a daxil olan məlumatlarda o, da bildirilir ki, Diaqnostika Mərkəzinə yeni baş həkim təyin olunan Şaiq Şükürov, hər ay icra başçısına 5 (beş) min manat “haqq-hesab” verəcəyi haqda üzərinə öhdəlik götürdüyündən, RİH-nin başçısı bu yöndə addımını atır. Elə ki, 11 oktyabr 2019-cu il tarixdə, saat təqribən 10:30-da adı çəkilən səhiyyə müəssisəsində çalışan kollektiv üzvlərindən çoxu, verilmiş təyinata etiraz əlaməti olaraq Diaqnostika Mərkəzinin önünə çıxıb öz iradələrini ortaya qoydular, o halda ərazini polis əməkdaşları sanki “üzük qaşıtək” mühasirəyə aldılar.

İCRA BAŞÇISININ 2000 MANAT AYLIQ HAQQI ÇATMADIĞINDAN, BAŞ HƏKIMI IŞDƏN ÇIXARTDIRDI - VİDEO FAKT

Əldə etdiyimiz bəzi məlumatlara görə, Diaqnostika Mərkəzinə yeni təyin olunan baş həkimi kollektiv üzvlərinə Səhiyyə Nazirliyinin Anar adlı əməkdaşı və Fizuli Rayon Polis Şöbəsinin rəis müavini İsa müəllim təqdim edirlər. İddialara görə Şaiq Şükürovla bağlı təyinatın verilməsi məsələsini, adı çəkilən şəxsin əmisi, hansı ki, hal-hazırda Fizuli MRX-da baş həkim vəzifəsini daşıyan Natiq Şükürov, Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə adlı şəxslə həll edir. Belə bir olayların varlığı onu göstərir ki, MRX-nın baş həkimi RİH-nin başçısı ilə əlbir olub müəyyən addımlarını atdığından, hər iki şəxsin işbirliyi rayonda korrupsiya hallarının “çiçəklənməsinə” yollar açır.

İCRA BAŞÇISININ 2000 MANAT AYLIQ HAQQI ÇATMADIĞINDAN, BAŞ HƏKIMI IŞDƏN ÇIXARTDIRDI - VİDEO FAKT

Söylənilənlərə görə, bu gün Natiq Şükürov Fizuli səhiyyəsini tam şəkildə özünün təsir dairəsində saxlayır. Məsələn, hal-hazırda bu şəxsin həyat yoldaşı Rəbiyyə xanımın MRX-nın kadrlar şöbəsində məsul vəzifədə çalışdığı bildirilir. Natiq Şükürovun qardaşı oğlu Şəfa Şükürov, rayonun Zoobcuq qəsəbəsindəki MRX-nın poliklinika şöbəsinə rəhbərlik edir. Başqa bir qardaşının oğlu Şaiq Şükürov isə, Fizuli Rayon Diaqnostika Mərkəzinə verilmiş təyinatına qədər, Horadiz Şəhər Xəstəxanasında baş həkim vəzifəsini daşıyırdı. Redaksiyamıza daxil olan ilginc məlumatlara görə, Natiq Şükürovun baş həkim olduğu MRX-nın qarşısındakı torpaq sahəsi, hələ bir müddət bundan öncə hansısa şəxsə satılır və həmin yerdə kommersiya məqsədilə obyekt inşa olunmaqdadır.



Səslənən iddialarda o da bildirilir ki, uzun illər ərzində baş həkim vəzifəsini daşıyan bu şəxsin Böyük Bəhmənli kəndində eni-uzunu bilinməyən ölçüdə “parnik”i var və onun həmin “parnik”ə külli miqdarda vəsait qoyduğu da söylənilir. O halda sual oluna bilər ki, görəsən icra başçısı vəzifəsini daşıyan bu şəxsin aylıq maaşı nə qədərdir ki, o, belə bir əmlaka malik olur. Hətta bəzi iddialarda o da vurğulanır ki, Alı Alıyev külli miqdarda daşınan və daşınmaz əmlaklara da sahibdir. Yəqin ki, bu yöndə aparacağımız araşdırmalar, icra başçısı ilə bağlı bir çox mətləbləri aşkara çıxarmağa imkan verəcək.

Redaksiyamıza bu yöndə baş verən olaylardan başqa, hər kəsin daha çox müzakirə etdiyi və ciddi söz-söhbətə səbəb olan olaylar haqda da məlumatlar daxil olub. Məsələn, əldə etdiyimiz məlumatlarda bildirilir ki, hər həftənin ikinci günü Fizuli RİH-i başçısının qəbul günüdür. Elə ki, hansısa şəxs üz-üzə qaldığı problemin həlli məqsədilə Alı Alıyevin qəbulunda olur, o halda icra başçısı həmin şəxsin probleminin həll olunması yöndə söz verir. Verilmiş vəddən sonra həftələr keçsə də, həmin şəxsin problemi həll olunmur ki, olunmur. Belə olan halda həmin şəxs təkrar icra başçısının qəbul günü qəbulunda olmaq istəsə də, icra başçısı heç bir halda həmin şəxsi qəbul etmir. Belə bir səbəb üzündəndir ki, Fizuli rayonunda həftənin ikinci günü hər kəsin yaddaşına “Aldatma günü” kimi həkk olunub. Müəyyən iddialara görə, bu gün Alı Alıyev Fizuli rayonunda ən imkanlı şəxs hesab olunur. Məsələn, adicə bu şəxsin rayon ərazisində 15 min hektar torpaq sahəsinə sahib olduğu da bildirlir.



Bütün bunlar onu göstərir ki, hal-hazırda rayon rəhbərliyinin öz maraqlarının həlli məqsədilə atdığı addımlar, sakinlər arasında kütləvi narazılıq hissinin baş qaldırmasına səbəb olan halların varlığıdır. Etimal etmək olar ki, şəhid ailəsinin üzvü olan və bir neçə gün bundan əvvələ qədər Fizuli Rayon Diaqnostika Mərkəzində baş həkim vəzifəsini daşıyan 63 yaşlı Cümşüd Məmmədovun heç bir əsas olmadan daşıdığı vəzifəsindən uzaqlaşdırılması, adı çəkilən səhiyyə müəssisəsində çalışan 215 nəfər şəxsin tam əksəriyyətinin, dövlət-hakimiyyət orqanlarından narazı salınmaları yöndə atılmış məqsədli addımdır. Hətta, o haqda da düşünmək olar ki, ölkəmizin indiki həssas anlarında belə bir addımların atılması müxalif düşərgədə duranlara verilmiş “pərdəarxası” dəstəyin müəyyən formasıdır. Ona görə də düşünürük ki, məqalənin dərcindən sonra aidiyyəti qurumlar yaşanan olayların araşdırılması yöndə müəyyən addımlarını atıb, bəzi gizlinlərin ortaya çıxarılmasına nail ola biləcəklər. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzu diqqətimizdədir.

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bərdə səhiyyəsində “bataqlıq”

    Bərdə səhiyyəsində “bataqlıq” ...

    3-05-2016, 18:58

  • 
  • Bərdə səhiyyəsində “bataqlıq”

    Bərdə səhiyyəsində “bataqlıq” ...

    29-04-2016, 17:16

  • 
  • Dilənçiliklə məşğul olmaq, nə kimı problemlər yaradır?

    Dilənçiliklə məşğul olmaq, nə kimı problemlər ...

    20-02-2015, 00:59

  • 
  • Əliyev Ziya Məmmədova olan etimadını itirib

    Əliyev Ziya Məmmədova olan etimadını itirib ...

    6-11-2015, 14:30

  • 
  • Gədəbəy səhiyyəsi “ölüm ayağında”

    Gədəbəy səhiyyəsi “ölüm ayağında” ...

    4-04-2017, 23:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu