GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Göyçaylı Qazi icra başçısından narazıdır - GİLEY

Göyçaylı Qazi icra başçısından narazıdır - GİLEY

Tarix: 19-06-2021, 15:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 596
Göyçaylı Qazi icra başçısından narazıdır - GİLEY


"Müharibədə can qoydum, yaralandım. Hospitallarda çox yaxşı qayğı gördüm, amma yaşadığım rayon üçün eynisini deyə bilmərəm. Aldığım travmalara görə işləyə bilmirəm və müalicə üçün pulum olmur. Bir neçə dəfə rayon icra hakimiyyətinə müraciət etdim, bir-iki dərman alıb, yola saldılar. Ondan sonra bir də mənimlə maraqlanmadılar. Problemim isə 1-2 dərmanlar düzələn şey deyil”.

İkinci Qarabağ Müharibəsi iştirakçısı, Göyçay rayon Səyyaf Xəlilov küçəsinin sakini 26 yaşlı Mehman Əsgərov belə deyir.

O, müharibəyə könüllü qatılanlardandır. Deyir, yaşadığı Göyçay rayonunda buna qiymət verən yoxdur. Belə ki, icra başçısı Mehdi Səlimzadə bir dəfə də onunla maraqlanmayıb, qəbul etməyib: "Məni sayıb ziyarətə gəlməyəcəklərini anladım və özüm xəstə halda birtəhər yatağımdan qalxıb şəhər icra nümayəndəsi Rəşad Şükürovun qəbuluna getdim. Mənimlə maraqlanıb icra başçısına məlumat vermək əvəzinə, müalicəmin bir qismini təşkil edən xırda-para dərman preparatları aldı. Sonradan anladım ki, Rəşad Şükürov icra başçısından daha insaflı imiş. Ən azından nəsə etmişdi”.

Şikayətçi deyir ki, bundan sonra bir neçə dəfə Mehdi Səlimzadənin də qəbuluna gedib. Hər dəfəsində icra hakimiyyətinin başqa əməkdaşı ilə görüşdürülüb: "Qəbullarda ailəmin maddi durumunun ağır olduğunu, əmək qabiliyyətimin olmadığını söylədim, yardım istədim. Dedim, heç bir sosial müavinət və ya pensiya almırıq. Şəhərin mərkəzində təxminən 15 kv metr boş yer var. Yalvardım ki, orada qeyri-yaşayış obyektinin tikintisinə başlamağım üçün mənə icazə sənədi verilməsinə kömək etsinlər. Aldığım cavab müxtəlif bəhanələrdən ibarət oldu. Gah dedilər, həmin ərazi Məşğulluq Mərkəzinin fövqəladə vəziyyət üçün yoludur, gah da memarlığın üzərinə atdılar və məni başlarından etdilər”.

"Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün canımı verməyə hazır idim. Döyüşə gedəndə düşünmürdüm ki, bir gün möhtac olacam və gəlib Mehdi Səlimzadəyə ağız açacam. Döyüşdən gəlmişəm deyə heç kimə minnət etmirəm. Çünki vətən anadır və biz millət olaraq onu təmənnasız müdafiə etməyə borcluyuq. Yenə lazım olsa, bu halımla belə olsa, gedərəm. Sadəcə demək istəyirəm ki, sağlamlıq əldən gedib, əvvəlki kimi hər işi görmək mümkün deyil. Bir balaca duyarlı olsunlar, sonrakı həyatımızı qura bilməyimizdə yardım etsinlər”, - Mehman Əsgərov deyir.

O, döyüşə həyəcanla, ürəklə, könüllü getdiyini söyləyir: "Öncə Goranboyda hərbi hissənin, daha sonra isə Ağdam rayonunda yerləşən hərbi hissənin tərkibində döyüşlərə qatıldım. Vətən mənim canımdır və hətta canımdan da artıqdır. İşğal edilmiş əraziləri azad etdikcə, daha da yüksək əhval-ruhiyyədə olurduq. Mən Azərbaycanın, xüsusən də Qarabağın gözü olan əziz Şuşanın tezliklə azad olunmasını həsrətlə gözləyirdim. Bu səbəbdən də dəfələrlə komandirlərimizə "məni də Şuşamın azadlığı uğrunda gedən döyüşlərə göndərin", - deyə müraciət etmişdim. Lakin komandirlərim mənə olduğum yerdə döyüşləri davam etdirməyimi əmr etdikləri üçün arzumu həyata keçirə bilmədim. Buna baxmayaraq, ruhdan düşmədim. Əksinə, böyük həvəslə döyüşürdüm”.

Mehman Əsgərov daha sonra yaralandığını xatırlayır. Deyir, yaxınlığına top mərmisi düşüb və o xəsarət alıb. İlkin tibbi yardımdan sonra Ağdamın Sarıcalı hospitalına göndərilib. Vəziyyəti ağır olduğundan buradan Ağcabədidəki Diaqnostika Mərkəzinə köçürülüb: "Səhhətimin ağırlaşması səbəbindən məni təcili Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirdilər. Orada müayinə, müalicə və əməliyyat olunduqdan 30 gün sonra məzuniyyətə göndərildim”.

Mehman Əsgərova qoyulan diaqnoz sənədində bildirilir ki, o, hərbidə müxtəlif travmalar alıb: "Açıq-aşkar qeyd edilir ki, bu, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış travmalardır. Diaqnozum müştərək, açıq kəllə-beyin travması, sağtərəfli alın sümüyünün içəriyə basılmış qəlpəli sınığı, baş-beyin əzilməsi, subaraxnoidal qansızma, sağtərəfli alın nahiyəsinin epidural hematoması, sağ ağciyərin əzilməsi və intraparenxematoz yad cismi (qəlpə), sağtərəfli hemotaraksdır. Bu, sağtərəfli hematomanın və sümük qəlpələrinin xaric edilməsi cərrahi əməliyyatından sonrakı vəziyyətdir”.

Bütün bu travmalarla Mehman Əsgərov hərbidən dekabrda tərxis olunub.

Qazi Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Milli Məclisin sədri Sahibə Qafarovaya, Baş prokuror Kamran Əliyevə, dövlət təhlükəsizliyi xidmətinin rəisi Əli Nağıyevə, müdafiə naziri Zakir Həsənova, ədliyyə naziri Fikrət Məmmədova, Ombudsman Səbinə Əliyevaya, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, ictimai nəzarət koalisiyasının sədri Rasim Məmmədova, Göyçay rayon icra hakimiyyəti başçısı Mehdi Səlimzadəyə vəziyyətini izah edən məktublar göndərib.

Həmin məktublarda bildirib ki, yaşadığı Göyçay rayonunun rəhbərliyi ona etinasız yanaşır: "Nəinki mənə, tanıdığım bir çox şəhid ailəsi, qazi və veteran var. Mehdi Səlimzadə onlardan da xəbərsizdir. Məktublarda real durumdan danışmışam”.

Göyçay Rayon İcra Hakimiyyətindən Meydan TV-yə problemi araşdırıb, məlumat verəcəklərini bildirsələr də, sonradan zənglərə cavab verməyiblər.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağ Qazisi Mehdi Səlimzadədən Prezidentə şikayət etdi

    Qarabağ Qazisi Mehdi Səlimzadədən Prezidentə ...

    15-02-2021, 09:49

  • 
  • Mehti Səlimzadə Qarabağ qazisini aşağıladı - ŞOK İDDİA

    Mehti Səlimzadə Qarabağ qazisini aşağıladı - ŞOK ...

    22-12-2020, 17:05

  • 
  • Yeni icra başçısı məmurları “sıxmağa” başladı

    Yeni icra başçısı məmurları “sıxmağa” başladı ...

    20-02-2015, 12:23

  • 
  • Göyçayda içra başçısı dəyişdi?-İcra başçısı kreslosu zəbt edildi-FOTO

    Göyçayda içra başçısı dəyişdi?-İcra başçısı ...

    27-02-2019, 15:42

  • 
  • "Dəfələrlə Kəlbəcər Rayon İcra Hakimiyyətinə müraciətlər etmişəm..." - GİLEY

    "Dəfələrlə Kəlbəcər Rayon İcra Hakimiyyətinə ...

    6-05-2019, 14:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (263)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu