"Cəmi 3 ilə Paşinyan və komandası Ermənistan cəmiyyətini, toplumun baxışlarını xeyli dəyişdi, 20 il Ermənistan xalqına zülm edən “Qarabağ” klanına, müharibəyə, revanşa “yox” dedi. Bu münasibətlə Ermənistan xalqını təbrik edirəm, onların seçimi Qafqazın sülh şəraitində yaşamasına doğru ciddi bir addım oldu”.
Gundemxeber.az məlumat verir ki, bunu REAL Partiyasının funskioneri Natiq Cəfərli bildirib. Onun fikrincə, seçki institutu Rusiyanın ambisiyalarına belə qalib gəldi - seçkinin nə qədər önəmli, nə qədər vacib proses olduğunu, kiçik xalqların böyük imperiyalara üstünlük qazandıra biləcək alət olduğunu da sübut etdi: “Bizim üçün ən önəmli hədəf məhz seçki institutuna xalqın inamını bərpa etmək, insanları seçkilərə səfərbər etməkdir. Ermənistan sülhü, inkişafı, ölkədə hakimiyyətin legitim və praqmatik institutlaşmasını seçdi, növbə bizimdir. Müharibədə qalib gəlmiş xalqa xas olan böyüklük və ağılla sülh quruculuğunu dəstəkləməli, məmləkətdə legitim institutların formalaşmasını tezləşdirməli, Qafqazı sülh, əməkdaşlıq, iqtisadi rifah bölgəsinə çevirməliyik!”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?