“Hökumət bu "ağılla" investor cəlb etmək istəyir?! 1000 dəfə demişik ki, xarici investor "lox" deyil, onlar üçün əsas məsələlərdən biri müstəqil, adil məhkəmə sistemidir - normal məhkəmə yoxdursa, investor da olmayacaq”.
Gundemxeber.az yazır ki, bu sözləri REAL Partiyasının funksioneri, iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, ədalətli məhkəmə çəkişməsi, sistemi yaratmaqdansa vəkillik institutunu məhv edirlər: “Vəkilin işi həm də vəsatət verməkdir - buna görə cərimə olar?! Əsassız vəsatət nə deməkdir?! Hakim hansı kriterlərə görə vəsatətin əsaslı olub-olmamağına qərar verəcək?! Zatən hakimlər kefi istədikdə vəsatəti rədd edir də, bu bəs eləmir?! Mənim həbsimlə bağlı apellyasiya şikayətinə baxılanda vəkil dostum Cavad bəy vəsatət qaldırdı ki, vergi borcum yoxdu, Vergilər Nazirliyinin rəsmi yoxlama aktı var, sizdə müvəkkilimə "qanunsuz sahibkarlıq, vergidən yayınma" kimi maddələrlə iş tikirsiz, bu aktı qəbul edin - hakim vəsatəti rədd elədi, yəni, işə birbaşa aidiyyatı olan rəsmi dövlət orqanı tərəfindən təqdim olunan sənədi qəbul etmədi. Yəni, zatən məhkəməni oyuncağa döndərmisiz, indi nə istəyirsiz?! Bəlkə elə vəkilliyi ləğv edəsiz?! Yaxşı, ittihamçının vəsatəti əsassız olsa, ona nə düşür?!”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?