Göyçay rayonu Bığır kənd sakini Yeni Azərbaycan Partiyasının üzvü Mayılov Çingiz Sabir oğlu GundemXeber.Az-a təqdim etdiyi müraciətində yazır: “Bildirirəm ki, Yevlax Rayon Polis Şöbəsinin rəis müavini Əfqan Qurbanov vəzifə səlahiyyətlərindən sui-istifadə edib qurama qurub 1000 manat pulumuzu almışdır. Belə ki, mənim qohumum Yevlax rayonu Hüseynbala Əliyev küçəsi mənzil 7 sakini İsgəndərov Emil Tahir oğlu rayonda maqazin işlədir qanunu qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Maqazindən nisiyə satdığı velisopedin və digər əşyaların pulunu istədikdə ona qarşı xuliqanlıq edilməsinə baxmayaraq rəis müavini Əfqan Qurbanovun göstərişi ilə 12 iyun 2021-ci il tarixdə Emili polis şöbəsinə aparıb 1 gün qanunsuz olaraq orada saxlayırlar. Mən qohum kimi Emilin həbsdən çıxarılmasına çalışdıqda bildirdilər ki, 2500 manat pul verməlisən əks halda cinayət işi açılacaq. Mən əlacsız qalıb 1000 manat pul düzəldib Yevlax Rayon Polis Şöbəsinin rəis müavini Əfqan Qurbanovun qudası Asif adlı şəxsə vermişəm. Hətta pul vermə anlarını video lentə almışam.
Bu şikayəti etməkdə məqsədim Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun nəzərinə özbaşınalığı çatdırmaqdır. Əfqan Qurbanov belə özbaşınalığı ilə polis adına ləkə gətirir. Mənim qohumum İsgəndərov Emil xırda sahibkarlıqla məşğul olub ailəsini dolandırır, dövlətə vergi verir. Ancaq polis rəisinin müavini Əfqan Qurbanov isə qanunsuz əməlləri ilə dövlətə ziyanlar vurur, polis adına ləkə gətirir.
Cənab Nazir Vilayət Eyvazovdan xahiş edirəm məni qəbul edib rüşvət alma videosuna baxıb polis adına ləkə gətirən Yevlax Rayon Polis Şöbəsinin rəis müavini Əfqan Qurbanovun barəsində qanunu tədbir görəsiniz.”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?