GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Toxun acdan xəbəri yoxdur…

Toxun acdan xəbəri yoxdur…

Tarix: 2-07-2021, 13:53 Bölmə :GündəmXəbər / Manşet Baxış: 577
Toxun acdan xəbəri yoxdur…


Azərbaycanda kəskin sosial bərabərsizlik, yoxsulluq, işsizlik, fasiləsiz bahalaşma, məmur özbaşınalığı xalqı taqətdən salıb, yuxarıların isə öz ayrı dünyası var...


Son bir ildə pandemiyaya baxmayaraq, Azərbaycan iqtisadiyyatına nəzarət edən holdinqlər, banklar, sığorta şirkətləri, dərman firmaları, idxal, ixrac, xidmət sektorunda hegemon olan biznes qurumları gəlirlərini dəfələrlə artırıb. Rəsmi statistikaya görə, özəl sektorda (daha çox elə bu qurumlarda) çalışan təxminən 6,2 min nəfərin illik gəliri 727 milyon manatdan çox olub. Bu, təkcə işçilərin qazandığı puldur və aylıq ortalama 13 min manatdan çox maaş deməkdir. Bu rəqəm ölkədə bütün maaş alanların qazandığı pulun 13,8 faizidir. Xatırladaq ki, Azərbaycanda 1,7 milyondan çox muzdlu işçi var, onların 940 min nəfəri dövlət sektorundadır. İldə onlara ödənilən maaş fondunun həcmi 6,3 milyard manat civarındadır. 

Ötən il 26 bankın fəaliyyət göstərdiyi bank sektorunda bütün aktivlərin 77 fazini əlində cəmləşdirən 3 aparıcı bank 550 milyon manat, sığorta sektorunun 2-3 monopolist şirkəti isə 400 milyon manat civarında qazanc əldə edib. Onların toplam aktivləri 10 milyard dollardan artıqdır.

Ölkədə il ərzində ərzaq və gündəlik tələbat mallarının 38-40 milyard manata yaxın dövriyyəsi var. Bu vəsaitin 95 faizinə yenə də 2-3 inhisarçı holdinq nəzarət edir. Ölkədə iri, orta və kiçik sahibkarlıq subyektlərinin 90 fazi bu holdinqlərin tərkibindədir. Qalan biznes subyektləri (mikro sahibkarlıq) sadə vətəndaşlara məxsusdur və onlar davamlı olaraq Qida Təhlükəsizliyi Agentliyi, vergi, polis və sair qurumlara cərimə, rüsum və “haqq” ödəməyə məhkum edilib. 

İnhisarçı şirkətlər durmadan qiymətləri bahalaşdırır, təkcə yanvardan bəri 40 fazidən artıq qiymət artımı qeydə alınıb. Ekspertlər bunun səbəbini Tarif Şurasının yanvarın 4-də verdiyi bahalaşma qərarları ilə əsaslandırırlar. Belə ki, həmin tarixdə hökumət kommunal xidmətlərin, benzin və dizelin qiymətini yüksəldib. 

Beləliklə, ilin birinci yarısında ölkədə benzin, su, dərman, qaz və əmlak bahalaşıb, bunun arxasınca ictimai nəqliyyatda qiymət artımı barədə qərar veriləcəyi gözlənilir. 

Pandemiya ilində Azərbaycan sahibkarlara və işini itirən vətəndaşlara ən az dəstək göstərən ölkələr sırasında olub. Bunun əksinə, əsassız cərimələr bir neçə dəfə artırılıb, vətəndaşlar sərt polis nəzarəti ilə üz-üzə qalıb. İl ərzində cərimələrdən yığılan vəsaitin həcmi 400 milyon manat civarındadır.

Pandemiyanın tüğyan etdiyi aylarda inhisarçı dərman firmaları koronavirus əleyhinə dərmanları 100 dəfəyədək bahalaşdırdılar. Azərbaycanda 5-6 şirkət yüz milyonlarla dövriyyəsi olan bu sektoru nəzarətdə saxlayır. Dövlətin tikdiyi modul xəstəxanalarda bir xəstə qəbulu üçün 4-10 min manat rüşvət alırdılar. May ayında hüquq-mühafizə orqanlarının Zığda yerləşən modul tipli xəstəxanada və Bakı Sağlamlıq Mərkəzində keçirdiyi əməliyyat zamanı dəhşətli korrupsiya əməlləri faş oldu. Ümumiyyətlə, pandemiya dövründə səhiyyə sistemi biabırçı duruma düşdü, xəstələnən insanların 87 faizi öz hesablarına, 2-4 min manat xərcləyib sağaldılar. Ölkədə virusdan ölüm sayı rəsmi statistikada göstəriləndən 6 dəfə yüksək oldu. Belə ki, 2020-ci ildə rəsmi rəqəmlərə görə, 3 minə yaxın insan koronavirusdan dünyasını dəyişib. Amma həmin il ölkədə ölüm sayı son 10 ildəki ortalama ölüm sayından 20 min nəfərə yaxın artıq olub. Onlardan 3 min nəfəri müharibədə həlak olan şəhidlərimizidir. Səhiyyə qurumları qalan ölümlərlə bağlı hər hansı açıqlama verməyiblər.  

Hökumət koronavirusa qarşı mübarizədə əhalinin dəstəyindən istifadə etdi. Yaradılan Fonda ümumilikdə 118 milyon manatdan çox vəsait yığıldı ki, onun əksəriyyəti biznes subyektlərindən, dövlət qurumlarında çalışanların maaşlarından tutuldu. Müharibədən sonra YAŞAT Fondu, Qarabağ Dirçəliş Fondu isə qazilərin, şəhid ailələrinin problemlərinin həlli, azad edilən torpaqlarda tikinti-abadlıq işlərinin həyata keçirilməsi məqsədilə əhalidən ianələrin toplanması üçün təsis edilib. 

Hazırda ölkədə etiraf olunmayan 1,5 milyondan çox işsiz var, orta aylıq maaş 712 manat, median əməkhaqqı 390 manat civarındadır. Hökumət bir ildir pensiya, müavinət alanların sayını kəskin şəkildə azaltmaqla məşğuldur. İlin əvvəlində nazir Sahil Babayev dedi ki, “xalqa verməli olduğumuz puldan 750 milyon manat qənaət etmişik, perspektivdə bu rəqəm 1,5 milyarda çatacaq.” Pensiyası, müavinəti kəsilən vətəndaşdan soruşan olmayıb ki, bəs, nə ilə yaşayacaqsız?..

Burada sadalanan faktlardan və problemlərdən belə bir mənzərə hasil olur ki, ölkənin bütün gəlirli sahələri məmurlara bağlı bir qrup inshisarçı şirkətin əlində cəmləşib, onlar durmadan sərvətlərini artırırlar. Əhali isə hökumətin bahalaşma, cərimə, sosial ödənişlərin kəsilməsi qərarlarının zərbələri altında günü-gündən daha da yoxsullaşır. Bu tendensiya ölkədə narazılığı, ümidsizliyi artırır, hətta sosial partlayış ehtimalını yaradır. Necə deyərlər, ac qılınca çapar. Hökumət bunu dərk edib, problemlərin həlli istiqamətində təxirəsalınmaz addımlar atmalıdır.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "AmrahBank" "qırmızı zolaqda": Bağlana bilər - GƏLİŞMƏ

    "AmrahBank" "qırmızı ...

    25-09-2018, 19:44

  • 
  • Dövlət məmurlarının sayı kəskin azalacaqmı?

    Dövlət məmurlarının sayı kəskin azalacaqmı? ...

    27-05-2014, 10:25

  • 
  • RÜFƏT ASLANLININ BANKINDA 10 MİLYONLUQ AZALMA – Müştərilər “Bank Avrasiya”dan niyə qaçır?

    RÜFƏT ASLANLININ BANKINDA 10 MİLYONLUQ AZALMA – ...

    31-10-2019, 15:51

  • 
  • "Azərenerji”nin 2 milyard borcu var

    "Azərenerji”nin 2 milyard borcu var ...

    4-07-2018, 15:54

  • 
  • Azərbaycanda işsizliyə görə müavinətin məbləği artırılacaq

    Azərbaycanda işsizliyə görə müavinətin məbləği ...

    20-01-2016, 11:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu