GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Ekolizinq” vətəndaşı necə "soyub"? - ŞİKAYƏT

“Ekolizinq” vətəndaşı necə "soyub"? - ŞİKAYƏT

Tarix: 5-07-2021, 13:01 Bölmə :GündəmXəbər / Manşet Baxış: 421
“Ekolizinq” vətəndaşı necə "soyub"? - ŞİKAYƏT


“Ekolizinq” MMC müxtəlif bəhanələrlə məndən əlavə pul qoparmağa çalışır. Faktiki olaraq dələduzluq əməli ilə üzləşmişəm”.
Gundemxeber.Az bildirir ki, bu sözləri HİT.Az-a Bakı sakini Mehdi Muradov deyib.
Şikayətçi bildirib ki, 28 dekabr 2018-ci il tarixində onunla “Ekolizinq” MMC arasında lizinq müqaviləsi bağlanıb. “Mənə 15 400 manat aldığlıma dair imza atdırsalar da, əslində mən 12 000 manat almışam. 3400 manat müxtəlif adlar altında ilk gündən tutulub Müqavilədən irəli gələn öhdəliklərə görə mən “Ekolizinq” MMC-yə hər ay 621 manat olmaqla ümumilikdə 22 329 manat ödəməliydim. Bunun 15 400 manatı əsas, 6928 manat 75 qəpiyi faiz borcudur. 2019-cu ildən başlayaraq hər ay vaxtlı-vaxtında, bəzən vaxtından əvvəl ödəniş etmişəm. Ödənişlərdə hər hansı problem yaranmayıb. Təsəvvür edin, mən bu pula avtomobil almışam və hər ay krediti ödəyəndən sonra “Ekolizinq” MMC mənə maşın üçün etibarnamə verirdi. Yaxşı müştəri kimi tanındığımdan bəzən etibarnamə bir neçə ay üçün verilirdi. Bu faktı ona görə diqqətinizə çatdırıram ki, mənim tərəfdən hər hansı problemin olmadığına əmin olasınız”, - deyə Mehdi Muradov əlavə edib.
Onun sözlərinə görə, 2020-ci ilin mart ayına qədər hər şey öz axarınca davam edib. “2020-ci ilin mart ayında koronavirus infeksiyasına görə Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib. Ölkə qapanmaya gedib və mart ayının ödənişini edə bilməmişəm. Lakin bununla bağlı nə ödəniş etdiyim “Bank Respublika”dan, nə də “Ekolizinq” MMC-dən hər hansı xəbərdarlıq almışam. Aprel ayından isə yenidən ödəniş etməyə davam etmişəm. Bu fakt da göstərir ki, üzərimə düşən öhdəlikdən yayınmaq fikrim olmayıb. Sadəcə düşünmüşəm ki, xüsusi karantin rejimi olub, Prezidentin sərəncamına əsasən kredit borclarının faizləri dayandırılıb və mən aprel ayında ödəniş edərkən bunu mart ayı üçün hesablaya və yeni qrafik tuta bilərlər. Amma sən demə, “Ekolizinq” MMC mənə cərimə və əlavə faiz yazıb”, - deyə şikayətçi vurğulayıb.
Mehdi Muradov bildirib ki, 2020-ci il başa çatana qədər hər hansı problem yaranmayıb. 2021-ci ildə isə məlum olub ki, şikayətçinin əlavə “borcu” var: “Cərimə və faizlə birgə 2300 manat borcumun olduğunu dedilər. “Ekolizinq” MMC-nin əməkdaşı yaxşı müştəri olduğuma mənə güzəşt ediləcəyini dedi. Güzəşt isə belə idi ki, mən yanvar ayının da ödənişini etməyim. Fevral ayında isə 2000 manat ödəməklə əlavə borcu bağlayım və yenidən qrafik uyğun olaraq ödənişləri davam etdirim. Razılaşdım və deyilən kimi 2000 manatı ödədim”.
Şikayətçi 2000 manatı ödəyəndən sonra isə ona yenidən bildirib ki, əlavə faiz borcu var. Mehdi Muradov iddia edilən borcu da ödəyib. Lakin “Ekolizinq” MMC-nin faizləri və borcları bitməyib: “Bütün bunlardan sonra məcbur qalıb məsələni ictimailəşdirdim. “Ekolizinq” MMC-nin qanunsuz olaraq məndən əlavə pul aldığını bəyan etdim. Qeyd edim ki, söylədiklərim havadan götürülməyib. Etdiyim ödənişlərin qəbzləri məndədir. Onları sizə də təqdim edəcəm. Özünüz görəcəksiniz ki, mən müqavilədən əmələ gələn öhdəliklərə əməl etmişəm”.
Mehdi Muradovun şikayətindən sonra “Ekolizinq” MMC-nin rəhbrəliyi qəzəblənib: “Bu dəfə “Ekolizinq” MMC-dən mənə xəbərdarlıq məktubu gəldi ki, bəs 1350 manat əlavə borcunuz var. Xəbərdarlıq məktubu mayın 21-də tərtib edilib. Mən isə onu mayın 27-də almışam. Məktubda qeyd edilmişdi ki, göstərilən məbləğ 10 gün ərzində ödənilməlidir. Mən də mayın 31-də həmin məbləği ödədim. Düşündüm ki, bununla da məsələ qapandı. Yenidən iyun ayı üçün 700 manat ödəmişəm”.
Şikayətçi deyir ki, bundan sonra yenidən ona borc yazılıb. “700 manatı ödədikdən sonra maşını üçün etibarnamə verilməsini istədim. Bu dəfə də dedilər ki, 515 manat əlavə borcun var. Mən “Ekolizinq” MMC-nin rəhbərliyi ilə əlaqə saxlayaraq, bu borcun haradan yarandığını soruşdum. Pandemiya vaxtı mart ayında ödəniş etmədiyim əsas gətirildi. Bildirdim ki, axı mən buna görə bir neçə dəfə artıq pul ödəmişəm. 2000 manat, daha sonra 1350 manat ödədiyimi xatırlatdım. Hələ bəzi aylar artıq ödənişlər etdiyimi bura daxil etmirəm. Lakin nəticəsi olmadı. Əlavə borcun necə yarandığını izah edə bilmirlər. Verdikləri sənədlər üzrə hesablama apararkən onların dedikləri ilə sənədlərdə əksini tapan rəqəmlər ziddiyyət təşkil edir. Bunları izah etməkdənsə, mediaya şikayət etdiyimi mənə xatırladaraq faktiki olaraq şantaja keçdilər. Bu günə qədər 3000 manata yaxın əlavə pul ödəmişəm”, - deyə Mehdi Muradov bildirib.
Mehdi Muradov əlində olan sənədləri redaksiyamıza təqdim edib. Sənədlər onun dediklərini təsdiq edir. Vətəndaş deyir ki, artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək niyyətindədir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Narıncı Mebel" MMC-dən ŞOK FIRILDAQ: - 9 min manat pul alıb ALDATDILAR

    "Narıncı Mebel" MMC-dən ŞOK FIRILDAQ: - ...

    4-06-2018, 13:55

  • 
  • "Azərtranss” MMC nədən bu qədər MATAHDIR... - "TENDER KRALI"NA ÇEVRİLİB...

    "Azərtranss” MMC nədən bu qədər MATAHDIR... ...

    21-06-2021, 11:30

  • 
  • Deputat Əsabil Qasımovun qardaşı vətəndaşın 49 min manatını qaytarmır

    Deputat Əsabil Qasımovun qardaşı vətəndaşın 49 ...

    25-10-2018, 11:11

  • 
  • "Hakim əvvəlcə mənimlə razılaşsa da..." - GİLEY

    "Hakim əvvəlcə mənimlə razılaşsa da..." ...

    23-07-2019, 13:48

  • 
  • “Faktor Lizinq” MMC-nın şöbə müdiri özünə dəbdəbəli villa tikdirdi, fəhlələri ac-susuz işlədib, pullarını vermədi - FOTOLAR

    “Faktor Lizinq” MMC-nın şöbə müdiri özünə ...

    11-10-2018, 14:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu