GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Cənnət MTK"-nın 2 milyonluq İŞTAHASI... - QALMAQAL

"Cənnət MTK"-nın 2 milyonluq İŞTAHASI... - QALMAQAL

Tarix: 14-07-2021, 12:04 Bölmə :GündəmXəbər / Manşet Baxış: 365
"Cənnət MTK"-nın 2 milyonluq İŞTAHASI... - QALMAQAL


“Biləcəri Təmir Quraşdırma” QSC ilə “Cənnət Park” Mənzil-Tikinti Kooperativi arasında dəyəri 2 milyon manat olan 2100 ədəd boruya görə uzun müddətdir davam edən məhkəmə çəkişməsi var. Mübahisəyə bir neçə dəfə Bakı Apelyasiya Məhkəməsində, Ali Məhkəmədə baxılıb, iş gedib Konstitusiya Məhkəməsinə də çıxıb. Amma yenə də problem həllini tapmayıb.

Mübahisə predmeti olan borular 16 saylı Trestə məxsus olub. Bu qurumun da “Biləcəri Təmir Quraşdırma” QSC-yə 6.5 milyon borcu olub. Tərəflər arasındakı bu məsələ 2015-ci ildə məhkəmədə araşdırılıb. Hakim 16 saylı Trestin şirkətə 6 milyon 468 min 936 manat ödəməsinə qərar verib. Bu məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Trestə məxsus əmlakın - 2100 ədəd borunun üzərinə həbs qoyulub. Qiymətləndirmə aparan şirkət boruların 2 milyon manat dəyəri olması haqda rəy verib.

Bundan sonra “Cənnət Park” MTK iddia edib ki, sözügedən borular ona məxsusdur. Çünki 2014-cü ildə 16 saylı Trestin direktoru ondan 2 milyon manat borc götürəndə boruları girov qoymuşdu.

Bu məsələ də məhkəmə müstəvisinə çıxıb, “Cənnət Park” MTK iddia qaldırıb. Bu çəkişmə gedib Ali Məhkəməyə çıxıb. 2017-ci ilin yayında Ali Məhkəmə belə nəticəyə gəlib ki, borular “Biləcəri Təmir Quraşdırma” QSC-nin əmlakıdır.

“Cənnət Park” MTK yenidən məhkəməyə üz tutub. Bu dəfə iddia tələbi boruların geri qaytarılması olub. Birinci və apelyasiya instansiyalarından sonra bu çəkişmə də Ali Məhkəməyə gedib çatıb. 2019-cu ilin yanvarında məsələni araşdıran Ali Məhkəmə bu dəfə fərqli nəticəyə gələrək, qərar çıxarıb ki, borular “Cənnət Park”a verilsin.

“Biləcəri Təmir Quraşdırma” QSC Ali Məhkəmənin eyni məsələ ilə bağlı iki fərqli qərarının mövcudluğunu nəzərə alaraq, Konstitusiya Məhkəməsinə üz tutub. Şirkət rəhbərliyi xahiş edib ki, Konstitusiya Məhkəməsi bir-birinə zidd olan bu iki qərarla bağlı şərh versin, hansının əsas götürülməli olduğu aydınlaşsın.

Konstitusiya Məhkəməsinin Plenumu işə baxaraq belə nəticəyə gəlib ki, Ali Məhkəmənin 20 yanvar 2019-ci il tarixli (boruların “Cənnət Park” MTK-ya verilməsi-red.) qərarı qüvvədən düşmüş hesab edilsin. Ali Məhkəmənin bu işə yenidən baxması haqda da qərar çıxarılıb.

Gundemxeber.az dia.az-a istinadən bildirir ki, Ali Məhkəmə bu məsələyə yenidən baxaraq, bu dəfə fərqli qərar çıxarıb. Apelyasiya məhkəməsinin qərarını ləğv edib. İş təkrar araşdırma aparılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Apelyasiya məhkəməsində hakim Cahangir Yusifovun sədrliyilə işə baxılıb və qərar çıxarılıb ki, borular “Biləcəri Təmir Qurаşdırmа” QSC-dən alınsın.

“Biləcəri Təmir Qurаşdırmа” QSC bu qərardan narazı qalaraq, yenidən Ali Məhkəməyə kassasiya şikayəti verib. Şikayətə iyulun 23-də baxılacaq.

Şirkətin rəhbəri Nazim Tahirov deyir ki, apelyasiya instansiyası Konstitusiya Məhkəməsinin qərarına zidd nəticəyə gəlib: “Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin IX bəndində göstərilib ki, Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan ərazisində məcburi qüvvəyə malikdir. Amma aşağı instansiya məhkəmələri məcburi qüvvəyə malik olan Konstitusiya Məhkməsinin qərarını saya salmır”.

Nazim Tahirovun sözlərinə görə, o, baş verənlərlə əlaqədar Ədliyyə Naziriliyinə, Məhkəmə-Hüquq Şurasına və başqa dövlət orqanlarına şikayətlər göndərib. Amma ona cavab verilməyib.

“Bu məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin qərarında yazılıb ki, Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğun olmadığına görə Ali Məhkəmənin qərarı qüvvədən düşmüş hesab olunur. Vurğulanıb ki, bu qərar qətidir, heç bir orqan tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz. Amma Bakı Apelyasiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsinin bu qərarını faktiki saya salmır”, - iş adamı prezidentə məktubunda yazıb.

Gündəm xəbər.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı Apelyasiya Məhkəməsi Konstutisiya Məhkəməsinin qərarına zidd hərəkət edir

    Bakı Apelyasiya Məhkəməsi Konstutisiya ...

    13-07-2021, 14:36

  • 
  • “Cənnət Park” MTK-ya sübutlar təqdim edilməsi təklif edilsə də... - GİLEY

    “Cənnət Park” MTK-ya sübutlar təqdim edilməsi ...

    25-10-2018, 11:52

  • 
  • ALİ MƏHKƏMƏDƏN BİABIRÇI QƏRAR-SAHİBKAR PREZİDENTƏ MÜRACİƏT ETDİ

    ALİ MƏHKƏMƏDƏN BİABIRÇI QƏRAR-SAHİBKAR PREZİDENTƏ ...

    1-02-2019, 10:07

  • 
  • Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisindən görünməmiş özbaşınalıq -FOTOLAR

    Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin ...

    16-10-2018, 10:48

  • 
  • «Nurəddin Mustafayev, sizi göydə Allaha, yerdə isə Prezidentə tapşırmışıq!»

    «Nurəddin Mustafayev, sizi göydə Allaha, yerdə ...

    31-10-2018, 16:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu