Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin “ daxili inmaının” Qarabağ qazisi Xaliq Abbaszadənin ƏƏSMN -in tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzinə qarşı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və təbii ki, icra sənədi olmadan yarıqat edilən pensiyasının bərpası və dəyən maddi -mənəvi ziyanın ödənilməsi tələbinə “İcra haqqında” qanunun 68.1 maddəsini tətbiq etməyə yol verməməsindən medianın yazmasından 3 ay keçib. Həmin 68.1 maddəsində yazılıb ki, TƏLƏB BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ! Yəni, hansısa Qarabağ qazisi lap qanuni icra sənədi ilə borclu edilsə belə, borc tələbinin onun pensiyasına, müavinətinə yönəldilməsi qadağandır". Gundemxeber.Az bildirir ki, bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını, əmlakının hamısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi, iddiaçı Xaliq Abbaszadənin barəsində isə heç icra sənədi belə yoxdur. Cavabdeh ƏƏSMN -in tabeliyində DSMF-in sözügedən mərkəzi 3 ildən çoxdur dələduz Suraxanı rayonu icra və probasiya şöbəsinin (icra məmuru Vüsal Əliyev) məktubu llə (?) Qarabağ qazisinin pensiyasının yarısını dələduz “Rəvan” sığorta şirkətinə ödəyir. Bəyəm məktubla qazinin pensiyası yarıqat edilə bilər? Hakim Nəriman Abıyevin bir dəfə qərardadı ləğv edilməsinə baxmayaraq, yenidən iş üzrə necə hakim təyin edilib? MPM-in , İPM-in 18 və 19-cu maddələrinə əsasən, belədə hakim özü -özünə etiraz etməlidir. “Məhkəmələr və hakimlər haqqında” qanunun 16-cı maddəsinə görə, əvvəllər işin baxılmasında iştirak etmiş hakimin yenidən həmin işə hakim təyin edilməsi yolverilməzdir.
Nə isə, məhkəmə hakiminin özbaşınalığı, Konstitusiyaya hörmətsizliyi bununla bitmir. İPM-in 28-ci maddəsinin tələbinə görə, marağına toxunan şəxslərin vəsatəti ilə 3-cü şəxs qismində işə cəlb etmə, qəbul edilmiş qərar qanuni qüvvəyə minmədikdə həyata keçirilir. Bu işlə bağlı maraqlarına toxunan Qarabağ qaziləri Müşfiq İsmayılov, Eldar Hüseynov, Mirbaba Əhmədov, bu sətirlərin yazarı vəsatət versələr də, baxılmayıb. Halbuki, işə cəlb etmə və ya etməmə barədə qərardad qəbul olunmalıdır. İşə cəlb edilmə barədə qərardaddan şikayət verilə bilməz, amma cəlb etməkdən imtinadan şikayət verilə bilər. Görünür, məhkəmənin bu maddədən də xəbəri yoxdur. İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Səadət Bektaşinin icraatındadır və 03.08.2021 -ci ildə baxışa təyin olunub.
MPM-in 28-ci maddəsi iş apellyasiya baxışında olduqda da, 3-cü şəxs qismində işə cəlb etməyə əsas verir. Amma. .. deyəsən, Qarabağ qazilərinin məhkəmə təminatı hüququna da qadağa qoyulub. İndiyədək heç bir vəsatətləri ərizələrinə baxılmayıb.
P.S. Suraxanı rayonundan qazilərin millət vəkili təyin olunmuş Etibar Əliyevə də (!) dəfələrlə müraciət edilsə də, heç bir reaksiya verməyib. Amma jurnalistlərin haqqını qazi və şəhid ailələrinə “yedirtməyi” təklif edir! (?)"
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?