GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 4 saylı Uşaq Somatik Sanatoriyası rəhbərliyinə KORRUPSİYA İTTİHAMI - 20 ildir ki...

4 saylı Uşaq Somatik Sanatoriyası rəhbərliyinə KORRUPSİYA İTTİHAMI - 20 ildir ki...

Tarix: 28-07-2021, 11:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 456
4 saylı Uşaq Somatik Sanatoriyası rəhbərliyinə KORRUPSİYA İTTİHAMI - 20 ildir ki...


Səhiyyə Nazirliyinin tabeliyində 11 sanator tipli müəssisə var, bunlardan 3-ü vərəm, digərləri somatik tipli sanatoriyalardır. Somatik Sanatoriyalar uşaqları yaş qrupları üzrə qəbul edir. Məsələn, Respublika Uşaq Sanatoriyası 0-17 yaş, 3 nömrəli Uşaq Somatik Sanatoriyası 6-14 yaş, 4 nömrəli Uşaq Somatik Sanatoriyası 6-16 yaş üzrə uşaqları qəbul edir. Uşaqlar sanatoriyaya ərazi üzrə uşaq poliklinikalarından (076 forma) göndəriş alaraq müraciət edə bilərlər. Yalnız 0-6 yaşadək və sağlamlıq imkanları məhdud olan 2-17 yaş uşaqlar sanatoriyada anaları ilə birgə qala bilər. Sanatoriyalar əsasən xroniki xəstəlikləri olan (yuxarı tənəffüz yollarının, dayaq-hərəkət sisteminin, mədə-bağırsaq sisteminin, anamnezdə tez-tez xəstələnən uşaq, uşaq serebral iflici, dəmirdefisitli anamiya yüngül formaları və s.) uşaqlar qəbul olunur. Uşaqlar burda fizioterapevtik prosedurladan, müalicəvi bədən tərbiyəsi, vitaminoterapiya, su prosedurları, massaj, iqlimterapiyası kimi müalicəvi prosedurlar alırlar. Xroniki xəstəlikləri olan uşaqlar ildə iki dəfə Sanatoriyalarda müalicə ala bilərlər.

Gundemxeber.az Deryaz.az-a istinadla bildirir ki, bu ilin iyun ayının 10-da 1 nömrəli uşaq Somatik sanatoriyasının vəzifəli şəxslərinin əmək haqqı kartları ilə bağlı maxinasiyaları ifşa edildi. Sanatoriyanın baş həkimi Dilay İslamova və baş mühasibi Burhan Cəfərovun qanunsuz əməlləri ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıldı. Aparılan istintaq-əməliyyat tədbirləri ilə Dilay İslamova və Burhan Cəfərovun sanatoriyada işçi kimi rəsmiləşdirilən, lakin faktiki olaraq işə gəlməyən ayrı-ayrı tibb işçilərinin əmək haqqı kartlarını özlərində saxlamaqla həmin kart hesablarında olan ümumilikdə 32 min 700 manat məbləğində pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edildi. Bildirilir ki, istintaq zamanı qeyd edilən vəzifəli şəxslər tərəfindən vurulmuş maddi ziyanın tam həcmdə dövlət büdcəsinə ödənilməsi təmin olunub. Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Bundan az sonra, iyunun son günlərində Səhiyyə Nazirliyi öz tabeçiliyində olan sanator tibb müəssisələrində monitorinq apararaq onların bəzilərində ümumi sanitar-gigiyenik qaydalarına tam riayət olunmadığını, həmçinin tibbi sənədləşmənin aparılmasında nöqsanlar aşkar etdi. Bu barədə Nazirliyin özünün yaydığı məlumatda qeyd olunur ki, aşkar olunan nöqsanlarla bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib. Eyni zamanda aparılan monitorinqlərin nəticələrinin Səhiyyə Nazirliyində təhlil edilərək müvafiq tədbirlər həyata keçiriləcəyi gözlənilir. Ehtimal böyükdür ki, həmin monitorinqin keçirilməsinin əsas məqsədi 1 saylı sanatoriyanın baş həkiminin qol qoyduğu qanunsuzluqların eynisini törədən digər müəssisə rəhbərlərinə xəbərdarlıq etmək, analoji korruptiv cinayətlərini “ixtisaslı” ört-basdır etmək olmuşdur. Təxmin etmək olar ki, aşkar olunan xırda nöqsanlar hesabat xatirinə, necə deyərlər, “xala, xətrin qalmasın” qeydə alınmışdır.

Etibarlı mənbədən bu günlərdə redaksiyamıza daxil olan məlumata görə, Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 4 saylı Uşaq Somatik Sanatoriyasında da neqativ hallar kifyət qədərdir. Müəssisəyə 20 ilə yaxın müddətdir ki, rəhbərlik edən Neyman Qulamov sanki “toxunulmazlıq” statusu qazanıb, özünü burada “kiçik padşah” hesab edir. Bildirilir ki, sanatoriyanın baş həkimi kotirovka sorğularında şəffaflıq, azad rəqabət prinsiplərini, tender və satınlama qanunlarını pozaraq, qabaqcadan “centlmen sövdələşməsi” apardığı firmaları qutudan qalib çıxarır, onlardan rəqəmləri “şişirdilmiş” mal-material qiymətliləri, təsərrüfat malları, dərman preparatları, tibbi blanklar, iş və xidmətlər alaraq süni yaradılmış fərqi “yerbəyer” edir. Məlumatda qeyd olunur ki, sonuncu belə sövdələşmələr əsasında dəftərxana ləvazimatı üçün “Saran Holdinq” şirkətinə 8 min manat, “Oranlı” MMC-nə 12 min manat, kommunal xərclər maddəsi ilə “Pontin” MMC-nə 10 min manat pul köçürtdürərək nağdlaşdırmışdır. Müəssisənin sərəncamına verilən maliyyə vəsaitinin təyinatı üzrə və səmərəli xərclənməsi həmişə şübhə doğurmuşdur. Necə ki, Qulamovun aldığı 500 manat məvaciblə sürdüyü 100 minlik inomarka avtomobilin, malik olduğu dəbdəbəli villanın və dəyəri böyük kəmiyyətlərlə ölçülən başqa daşınar-daşınmaz əmlakın qiymətləri təzad təşkil edir.

Bu və digər məsələlərə aydınlıq gətirmək məqsədilə doktor Qulamovla telefon əlaqəsi yaradıb münasibətini bildirməsi üçün tribuna təklif etdik. Cavabladı ki, mənim bu köçürmələrdən xəbərim xoxdur. Nə saxtakarlıq edirsə nazirlik və nazirliyin maliyyə edarəsi edir. Gedin nə soruşursunuzsa onlardan soruşun. Müəssisənin təminat məsələlərində əsas söz sahibi o deyil, Nazirlikdir, bu işlərlə bağlı qərar vermək səlahiyyəti yoxdur.

Yəqin ki, Səhiyyə Nazirliyinin də mövqeyini öyrənəndən sonra bu mövzuya yenidən qayıdacağıq.

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Əzizovdan “JEK” müdirlərinə yas tapşırığı

    Eldar Əzizovdan “JEK” müdirlərinə yas tapşırığı ...

    1-09-2014, 14:23

  • 
  • 4 saylı Vərəm Sanatoriyası, sanki ölümə “işıq saçan” bir ünvandır

    4 saylı Vərəm Sanatoriyası, sanki ölümə “işıq ...

    23-02-2017, 20:39

  • 
  • Hesablama Palatası üçün yığılan rüşvət

    Hesablama Palatası üçün yığılan rüşvət ...

    26-11-2016, 00:29

  • 
  • Sahil Babayev narazılıq yaratmaqda davam edir... - Özbaşınalıq...

    Sahil Babayev narazılıq yaratmaqda davam edir... ...

    27-04-2021, 09:52

  • 
  • "Mehriban Əliyevanın sayəsində Azərbaycan uşaq hüquqlarının müdafiəsi üzrə uğurlar qazanıb"

    "Mehriban Əliyevanın sayəsində Azərbaycan ...

    15-12-2015, 22:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu