GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kamal Abdullanın ADU-da keçirdiyi sınaqlar nələrə hesablanıb - İLGİNC İDDİALAR...

Kamal Abdullanın ADU-da keçirdiyi sınaqlar nələrə hesablanıb - İLGİNC İDDİALAR...

Tarix: 30-07-2021, 14:29 Bölmə :GündəmXəbər / Manşet Baxış: 506
Kamal Abdullanın ADU-da keçirdiyi sınaqlar nələrə hesablanıb - İLGİNC İDDİALAR...


Bu günlərdə “QS World University Rankings” beynəlxalq reytinq təşkilatının dünya üzrə ali təhsil müəssisələrinin yeni reytinqinin açıqlandığı bir məlumat yayıldı. Reytinqə təbii ki, ABŞ və Böyük Britaniyanın universiteteləri başçılıq edir. Reytinqdə Azərbaycanın cəmi iki universiteti yer alıb. Belə ki, siyahıda yalnız Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) adı var.

Qeyd edək ki,bu reytinq sistemində siyahı hər il yenilənir. Hələ 2018-ci ildə yayılmış siyahıda Azərbaycandan 3 ali məktəbin – Xəzər, Qafqaz və Bakı Dövlət universitetlərinin adları var. QS reytinq agentliyinin hələ 2016-cı ildə açıqladığı Avropa və Mərkəzi Asiya regionu üzrə inkişaf etməkdə olan 30 ölkədən 500-dən çox universitetin sıralamasında Azərbaycandan 6 ali təhsil müəssisəsi iştirak edib. Bu universitetlər Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti və “ADA” Universitetidir. Məlumata görə həmin ali məktəblərin adı göstərilən regionda ən yaxşı 200 universitet sırasına daxil edilib.

Universitetlərin beynəlxalq reytinq sıralamaları açıqlamalarında növbəti illərdə də Azərbaycanın ali təhsil müəssisəslərindən yalnız Bakı Dövlət və Azərbaycan Dövlət İqtisadiyyat Universitetlərinin adı keçir. Avropa və Mərkəzi Asiya regionunun 500-dən çox universiteti arasında yer almış Azərbaycan Dillər Universiteti 2016-cı ildən sonra reytinqini niyə saxlaya bilmədi? Bəlkə də saxlaya bilib. Amma bizim açıq internet resursrları üzərindən apardığımız araşdırmalar zamanı belə məlumatlara rast gəlinmədi.

Bəs necə oldu ki, uzun illərdir ölkəmizdə gənclər tərəfindən ən prestijli ali təhsil müəssisələrindən sayılan Azərbaycan Dillər Universitetinin adı bu siyahılarda heç çəkilmədi? Çünki, 1 iyun 2017-ci ildə sözügedən ali təhsil ocağının rəhbərliyində kadr dəyişikliyi baş verdi. Həmin tarixdə yazıçı,filoloq, dilçi,türkoloq,mədəniyyətşünas Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edildi. Azərbaycan Dillər Universitetinin uzun illər qazandığı şöhrət üzərində sınaqlar da məhz elə o tarixdən başladı.

Kamal Abdulla rektor təyin olunduqdan sonra Azərbaycan Dillər Universitetində kadrlar üzərində sınaqlardan başladı. Onun apardığı qalmaqallı kadr islahatları uzun müddət dövrü mətbuatın gündəmindən düşmədi,hətta sosial şəbəkələrdə belə müzakirə obyektinə çevrildi. Universitetin müəllim kontingentinin ciddi narazılığına səbəb olan bir çox məsələlərin həllinə həmin dövrlərdə yeni rektor müxtəliv şirnikləndirici yollarla, kompromis variantlarla zaman-zaman nail oldu. Amma bu universitetdə narazılıqların heç də bitməsi ilə sonuclanmadı. Bu gün də Azərbaycan Dillər Universitetində rektor Kamal Abdulladan narazıların sayı artmaqdadır. Narazılıqlarını üzdə ifadə etməyənlər kiçik bir fürsət gözləyirlər.Univesitetin müəllim heyyəti bu gün Kamal Abdullaya qarşı ciddi ittihamlar irəli sürür,onu bir çox məsələlərdə günahlandırırlar. Onun rəhbəri olduğu ali təhsil ocağını bir intriqa yuvasına çevirdiyi barədə artıq kifayət qədər yazılıb. Azərbaycan Dillər Universiteti kimi prestijli ali təhsil ocağında təhsilin keyfiyyətinin günbəgün aşağı düşməsi bu gün hər kəsi narahat etməyə bilmir. Buna səbəb kimi universitetdə vəzifələrin satıldığı, rektorun çoxsaylı qohumlarının müxtəlif vəzifələrə təyin edilməsi göstərilir və bu barədə dövrü mətbutda kifayət qədər geniş məlumatlara rast gəlmək olar.Həmçinin Kamal Abdullanın universitetdə çoxsaylı yüksək ixtisaslı mütəxəssislərin olmasına baxmayaraq, rəhbər vəzifələrə savadsız,təcrübəsiz, ixtisası uyğun gəlməyən, elmi adı və dərəcəsi olmayan şəxslərə verdiyi məlumatlar da az deyil.

Bundan əlavə Kamal Abdullanın Azərbaycan Dillər Universitetinə rektor təyin edilməsindən sonra universitetin təmirinə ayrılan dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması halları da ciddi söz-söhbətlərə səbəb olub. Belə ki,universitet təkcə 2017-ci ilədə cari təmir və abadlıq işləri üzrə adı artıq tarixin arxivinə düşmüş “otkat” şirkəti olan “İnpeks.N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi dəyəri 1 126 752 manat olan satınalma müqavilələri bağlanıb. Lakin bu MMC-nin tender elanlarında göstərilən işlərdən daha çox “otkat” pulların qaytarılması ilə məşğul olduğu Hesablama Palatasının hesabatlarında da öz əksini tapıb.Kamal Abdullanın Azərbaycan Dillər Universitetinin rektoru təyin olunmasından dərhal sonra məhz bu MMC ilə işbirliyi qurması, universitetdə heç bir təmir işlərinin aparılmaması kollektivin haqlı narazılığına səbəb olmuşdu.

Bütün bu baş verənlərə baxmayaraq Kamal Abdulla Azərbaycan Dillər Universitetində sınaqlar keçirməkdə davam edir,daha qlobal işlər görməyə can atır. Ötən yazılarımızın birində də qeyd etdiyimiz kimi, Kamal Abdulla uzun müddətdir qonşu Bakı Slavyan Universitetini rektoru olduğu Azərbaycan Dillər Universiteti ilə birləşdirməyə çalışır. Onun bu sınağı baş tutacaqmı? Görünür rektor unudur ki, Azərbaycan Dillər Universiteti hələ 4 noyabr 1972-ci ildə ulu öndər Heydər Əliyevin M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun yenidən təşkil olunması haqqında verdiyi qərar əsasında Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu kimi yenidən müstəqil ali məktəb kimi fəaliyyətə başlayıb. Ulu öndərin bu təhsil müəssisələrini ayırmaqda məqsədi də Azərbaycanda məhz xarici dil biliklərinin artırılması,kadr potensialının gücləndirilməsi olub. Amma üstündən neçə illər keçdikdən sonra Kamal Abdulla nə etmək istəyir?Məlumatlara görə o bu fikrə 2017-ci ildə Azərbaycan Dillər Universitetinə rektor təyin olunduqdan sonra düşüb. Hamisi Ramiz Mehdeyivə arxalanaraq Bakı Slavyan Universitetinin keçmiş rektoru Nurlana Əliyevanı hər vəchlə gözdən salma kompaniyasının başında duran Kamal Abdulla bir müddət əvvəl istəyinə çatdı. Amma Bakı Slavyan Universitetini Azərbaycan Dillər Universitetinə birləşdirə biləcəkmi? Axı akademik Ramiz Mehdiyev artıq Prezident Adminstrasiyasının rəhbəri deyil və Azərbaycan Milli Elmlər Akademiyasında oturaraq iki universetiteti birləşdirmək iqtidarını itirib. Bununla belə Kamal Abdula hamisi Ramiz Mehdiyevə hələ də inanır, iş prinsipini onun sifarişləri əsasında qurur. Belə olmasaydı rus dilindən başqa heç bir xarici dil bilməyən Kamal Abdullanı Azərbaycan Dillər Universitetinə rəhbərlik etməyə kim təqdimat verərdi?

Təbii ki,biz burada Kamal Abdullanın dilçi kimi fəaliyyətinə heç də kölgə salmaq fikrində deyilik. Onun dilçilik sahəsində əməyi danılmazdır. Amma xarici dilləri tədris edən bir ali təhsil ocağının rektoru olaraq hansısa bir xarici nümayəndənin qarşısında tərcüməçi xidmətindən istifadə etməsi Kamal Abdullanın deyil, Azərbaycan Dillər Universitetin nüfuzuna xələl gətirmirmi? Axı, Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa ölkələri ilə yüksək səviyyəli münasibətlərin qurulması üçün çox çətinliklərdən keçib.Belə bir dövrdə universitetlərin birləşdirilməsi ideyası haradan çıxıb? Bu bir təsadüf deyil və müəyyən səbəbləri var. Bu Azərbaycanın son illərdə Avropa ölkələrində artan nüfuzunu aşağı salmağa hesablanmış bir addımdır. Bu həm də Azərbaycanda slavyan dillərinə daha çox üstünlük verildiyini kimlərəsə sübut etmək cəhdindən başqa bir şey deyildir.

Məlum olduğu kimi Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini 2000-2015-ci illərdə millət vəkili Səməd Seyidov daşıyıb. Düzdür,onun da adı bir çox qalmaqallı məsələlərdə hallanıb,mətbuatın gündəminə düşüb. Amma Səməd Seyidov Dillər Universitetinin rektoru olaraq ingilis və fransız dillərini mükəmməl bilirdi və Azərbaycanı həm də bir millət vəkili kimi beynəlxalq tədbirlərdə təmsil edirdi.Rektor olduğu dövrdə müxtəlif Avropa, Amerika, Asiya ölkələrinin elmi mərkəzlərini Azərbaycan Dillər Universitetində təsis etmiş, tələbələrin həmin ölkələrin mədəniyyəti, dili, təhsili ilə yaxından tanış olmaları üçün şərait yaratmışdı. Səməd Seyidov həmçinin müxtəlif ölkələrin qabaqcıl universitetləri ilə tələbə mübadiləsi proqramını da həyata keçirtmişdi. Bəs son 4 ildə Kamal Abdulla bu istiqamətdə nə kimi addımlar ata bilib? Yaradılanları dağıtmaqdan başqa./Aktualinfo.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil sistemi necə iflic duruma salınır - GƏLİŞMƏ

    Təhsil sistemi necə iflic duruma salınır - GƏLİŞMƏ ...

    10-05-2021, 11:03

  • 
  • Mikayıl Cabbarov “Təfəkkür”ü də bağlatdıracaq

    Mikayıl Cabbarov “Təfəkkür”ü də bağlatdıracaq ...

    11-07-2014, 17:30

  • 
  • Oliqarxlaşmış, rüşvətə bulaşmış rektorların sonu gündəmdə - Siyahı/Təfsilat

    Oliqarxlaşmış, rüşvətə bulaşmış rektorların sonu ...

    24-01-2018, 20:40

  • 
  • ADA Universiteti ilə Corc Vaşinqton Universiteti saziş imzalayıb

    ADA Universiteti ilə Corc Vaşinqton Universiteti ...

    12-03-2020, 21:51

  • 
  • İki unuversitetin rektoru haqda dosye toplanır

    İki unuversitetin rektoru haqda dosye toplanır ...

    15-09-2013, 12:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu