GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Oliqarxlaşmış, rüşvətə bulaşmış rektorların sonu gündəmdə - Siyahı/Təfsilat

Oliqarxlaşmış, rüşvətə bulaşmış rektorların sonu gündəmdə - Siyahı/Təfsilat

Tarix: 24-01-2018, 20:40 Bölmə :GündəmXəbər / Manşet Baxış: 406
Oliqarxlaşmış, rüşvətə bulaşmış rektorların sonu gündəmdə - Siyahı/Təfsilat


Bir neçə ildir ki, aktual olan universitetlərin birləşdirilməsi ideyası təzədən gündəmə gəlib

gundemxeber.az-in FİA.Az-a istinadən məlumatına görə, struktur islahatları çərçivəsində bəzi ali məktəblərin vahid platforma altında fəaliyyyəti nəzərdən keçirilir.

Bu prosesdə ələnəcək təhsil ocaqları isə həm də siyasi aspektdən əhəmiyyət kəsb edir. Bəzi oliqarxlaşmış, rüşvətə bulaşmış, müştəbeh rektorların sonu gələ bilər.

Büdcə vəsaitlərinə qənaət etmək və idarəetməni təkmilləşdirmək məqsədiylə bir neçə dövlət ali məktəbinin birləşdirilməsi ideyası hələ Mikayıl Cabbarovun vaxtında gündəlikdə olub.

Ancaq birləşdiriləcəyi gözlənilən dövlət ali məktəblərinin rektorlarının öz postlarını itirməmək üçün nazirə açıq müqavimət göstərmələri prosesi ləngidib.

Eləcə də birləşmiş məktəblərə rəhbər kimi irəli sürülən bəzi namizəd-rektorların fəaliyyətlərində özlərini doğrultmaması və ilkin yoxlama-təftiş zamanı xeyli qüsurların aşkarlanması prosesi ləngidib.

Hələ Mikayıl Cabbarovun vaxtında büdcədən xeyli “pul aparan” və Bakıda böyük maddi-texniki bazaya malik 3 böyük ali məktəbin - Texniki Universitetin (TU), Memarlıq və İnşaat Mühəndisləri Universitetinin (MİMU) və Dövlət Neft və Sənaye Universitetinin (DNSU) birləşdirilməsi layihəsi mövcud olub.

Hətta birləşmiş nəhəng universitetə Dövlət Neft və Sənaye Universitetinin hazırki rektoru Mustafa Babanlının namizədliyi də nəzərdən keçirilib.

Ancaq Mustafa Babanlının ADNSU-dakı iki illik fəaliyyətinin qeyri-rəsmi yollarla təftişi ortaya xeyli maraqlı faktlar çıxarıb və siyasi hakimiyyəti onun adı üzərində durmaqdan çəkindirib

FİA.Az-ın məlumatına görə, zamanında birləşdirilmə layihəsi hazır olan daha iki ali təhsil müəssisəsi isə Azərbaycan Dillər Universiteti (ADU) ilə Bakı Slavyan Universiteti (BSU) olub.

Vaxtilə bir ali məktəb kimi fəaliyyət göstərən, sonradan iki universitetə ayrılan bu ali təhsil müəssisəsinin yenidən birləşməsinin təxirə salınmasında isə, deyilənə görə, həm siyasi amillər (Rusiya ilə münasibətlər səbəbindən), həm də BSU rektoru Nurlana Əliyeva ilə sabiq təhsil naziri Mikayıl Cabbarov arasındakı ziddiyyətlər böyük rol oynayıb.

Diplom istehsal edən və ölkəyə minlərlə diplomlu tələbə verən bu məktəblərin fəaliyyətinə xitam verilməsi kifayət qədər real görünür. Yuxarı dairələrdə və Təhsil Nazirliyində gedən müzakirələrdə də adıçəkilən ali təhsil ocaqlarının ləğvi təklif edilir.

Əldə etdiyimiz xəbərlərə görə, “Bakı Kooperasiya”, “Odlar Yurdu”, “Bakı Biznes Universiteti”, “Bakı Avrasiya” universitetlərinin lisenziyası ləğv oluna bilər.

İnsanların son illər özəl universitetlərə olan inamı onsuz da itib. Bu inamın itməsinə əsas zərbə Beynəlxalq Universitetin bağlanması oldu.

Həmin ali təhsil müəsisəsinə hər kəs qəbul olunurdu. İnsanlar Dağıstandakı universitetə qəbul olur, 1 il sonra köçürmə yolu ilə ölkəyə qayıdırdılar. Məhz Təfəkkür Universitetinin bağlanmasının arxasında da, bu dururdu.

Bu kimi universitetlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanları ilə öz plan yerlərini doldurmurdular. Onlar Dağıstandan, Ukraynadan, Rusiyadan köçürülmələrlə bu plan yerlərini həyata keçirirdilər.

Təhsil Nazirliyi 2016-cı ildən etibarən tələbələrin ali təhsil müəsisələrinə köçürülməsini elektron qaydada həyata keçirməyə başladı və ilkin tələb də ondan ibarət idi ki, yalnız qəbul imtahanında yetərli bal toplayanlar köçürmə prosesində iştirak edə bilərlər.

Deməli, həm tələbə qəbulunda yetərli bal qəbulu apara bilməyənlər gəlirdən məhrum edilmiş oldu, həm də köçürmələrdən bu həyata keçirilə bilmədi. Bu isə onların maddi gəlirlərinin aşağı düşməsi ilə nəticələndi.

Təəssüflər olsun ki, bu gün Azərbaycan universitetlərinin hamısının gəliri yalnız tələbələrin təhsil haqlarının hesabına formalaşır. Onlar hər hansı qrant layihələri, ixtiralar, kəşflər hayata keçirə bilmirlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bəzi rektorların seçkidən sonrakı ilginc planı

    Bəzi rektorların seçkidən sonrakı ilginc planı ...

    7-07-2013, 17:04

  • 
  • Mikayıl Cabbarovun rektorlara qarşı yeni planı

    Mikayıl Cabbarovun rektorlara qarşı yeni planı ...

    16-03-2015, 00:06

  • 
  • Mikayıl Cabbarov “Təfəkkür”ü də bağlatdıracaq

    Mikayıl Cabbarov “Təfəkkür”ü də bağlatdıracaq ...

    11-07-2014, 17:30

  • 
  • Dövlət qurumlarında boş qalan yüksək vəzifələr(SİYAHI)

    Dövlət qurumlarında boş qalan yüksək ...

    16-12-2017, 18:55

  • 
  • Qəbələyə köçürüləcək universitetlərin adları açıqlandı – SİYAHI

    Qəbələyə köçürüləcək universitetlərin adları ...

    23-08-2017, 16:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu