GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » SƏLİMOV İŞİndə Ramiz Mehdiyevin İNCƏ MÜDAXİLƏSİ... - Və yaxud Tahir Kərimli əslində nə demək istəyir?

SƏLİMOV İŞİndə Ramiz Mehdiyevin İNCƏ MÜDAXİLƏSİ... - Və yaxud Tahir Kərimli əslində nə demək istəyir?

Tarix: 4-08-2021, 10:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 487
SƏLİMOV İŞİndə Ramiz Mehdiyevin İNCƏ MÜDAXİLƏSİ... - Və yaxud Tahir Kərimli əslində nə demək istəyir?


Qanunu pozan və qanun qarşısında cavab verən Eldəniz Səlimovla bağlı Milli Məclisin dünən keçirilən iclası sübut etdi ki, qanunverici orqanda Eldəniz Səlimov kimilər yenə də qalır. V və VI çağırış üzrə deputat olan, Vəhdət Partiyasının sədri, İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimlinin sessiyada etdiyi çıxış bunun açıq nümunəsi hesab edilə bilər.

Parlamentin İntizam Komissiyası qanunları pozan Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğvi ilə bağlı məsələni müzakirəyə təqdim etdi. Məsələ səs qoyularaq, qəbul olundu. Müzakirələr zamanı çıxış edən Tahir Kərimli isə nə əyləşdiyi kürsüyə, nə daşıdığı mandata, nə də qəbulunda iştirak etdiyi qanunlara uyğun olmayan mövqe sərgilədi.

Tahir Kərimli nə deyib?

Sitat: “Bu gün hər birimizin içində kədər var. Bu onunla bağlı deyil ki, öz həmkarımızın qələmini qırırıq. Burada hər bir deputatın nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. İntizam Komissiyasının qərarını alqışlayıram. Çünki o iclasda ancaq xəsarət yetirmədən danışılıb... Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. İndi biz neyləyək rayonlara gedəndə polis bizə hərbi salam verirdi, indi bizmi onlara verək? Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq”.

Bu çıxışı şərh etmədən belə əminliklə demək olar ki, bu şəxs daşıdığı mandata adekvat deyil.

Onun çıxışına gəlincə, burada təkcə bir şəxsin mövqeyi yox, bağlı olduğu qruplaşmanın leksikonu aydın hiss olunur.

Tahir Kərimli əslində nə demək istəyir?

“Həmkarımızın qələmini qırırıq” deməklə qanunverici kürsüdə cinayət aləminin jarqonu ilə danışır və təkcə bu ifadə belə, Milli Məclisin nüfuzuna zərbədir.

“Polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur” sözləri ilə həm Daxili İşlər Nazirliyinə ittiham ünvanlayır, həm də ölkənin seçki sisteminə xələl gətirir.

O, bu fikirləri ilə Eldəniz Səlimovun qanunları pozduğu üçün yox, DİN-in rəhbərliyinin polis əməkdaşını müdafiə etdiyi üçün cəzalandırdığına işarə vurur və bununla hüquq-mühafizə orqanlarını da, ölkə qanunvericiliyini də qaralayır.

Bununla yanaşı, “deputatın yiyəsi yoxdur” deməklə parlament seçkilərində səs verən xalqı aşağılayır, deputatların səsvermə yolu ilə seçilmədiyinə işarə vurur.

“Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir” sözləri ilə DİN rəhbərliyinə “siz də təmiz deyilsiniz” mesajını göndərir.

Qeyd edir ki, “hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq”.

Əslində Tahir Kərimli kimilərə görə parlamenti buraxmaqdan başqa çarə qalmır, yaxud ən azı belə deputatları təmizləməklə bəlkə qanunverici orqanın nüfuzunu özünə qaytarmaq, daha səmərəli işini təmin etmək mümkündür.

Burada əsas sual başqadır: Tahir Kərimli niyə belə danışır, DİN-i niyə ittiham edir, onu danışdıran əslində kimlərdir?

V və VI çağırış üzrə deputat olan Tahir Kərimlinin Ramiz Mehdiyevə yaxın olduğu, onun hələ də gizli fəaliyyət göstərən qruplaşmasının üzvü olduğu haqda məlumatlar var. Bu partiya sədrinin üzünə parlament binasının qapısını açan da elə Ramiz Mehdiyev olmuşdu. Ramiz Mehdiyev vəzifəsindən getsə də, görünür proseslərə müdaxilə imkanlarından istifadə edərək, öz adamlarının fəaliyyətdə qalmasını təmin edə bildi. Tahir Kərimli də onlardan biridir və partiya sədrini belə danışdıran əslində Ramiz Mehdiyevdir.

Ramiz Mehdiyev bu fikirlərlə dövlətə, dövlətin hüquq-mühafizə orqanlarına meydan oxuyur. Meydan boş buraxılsa, Ramiz Mehdiyev Tahir Kərimli kimilər vasitəsilə hələ çox sabotaj fəaliyyətləri göstərə biləcək. İndi ən doğru addım Eldəniz Səlimovdan sonra Tahir Kərimlini də İntizam Komissiyasına çıxarmaq, deputat toxunulmazlığını ləğv etməkdir. Çünki görünən budur ki, dövlətə də, onun qanunverici orqanına qarşı da təhlükələr var.

Zaur Hacılı

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldəniz Səlimov nədən Prezidentlə müqayisə edildi? - QALMAQAL

    Eldəniz Səlimov nədən Prezidentlə müqayisə ...

    3-03-2021, 14:18

  • 
  • Ramiz Mehdiyevin deputat mandatı qazandırdığı Eldəniz Səlimov həbsə gedir

    Ramiz Mehdiyevin deputat mandatı qazandırdığı ...

    3-08-2021, 10:57

  • 
  • İcra başçısı ilk seçkisini belə yola verdi... - İDDİA

    İcra başçısı ilk seçkisini belə yola verdi... - ...

    14-02-2020, 14:57

  • 
  • Tahir Mirkişilidən seçicilər niyə üz döndəriblər?

    Tahir Mirkişilidən seçicilər niyə üz döndəriblər? ...

    1-02-2020, 16:31

  • 
  • Suraxanı cəbhəçiləri də Əli Kərimlidən ayrıldı...

    Suraxanı cəbhəçiləri də Əli Kərimlidən ayrıldı... ...

    7-09-2015, 13:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu