GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rafiq Aslanovun icazəsi olmadan Zaur Mikayılov heç bir işin icrasına imza atıb, razılıq vermir - NARAZILIQ

Rafiq Aslanovun icazəsi olmadan Zaur Mikayılov heç bir işin icrasına imza atıb, razılıq vermir - NARAZILIQ

Tarix: 9-08-2021, 10:59 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 291
Rafiq Aslanovun icazəsi olmadan Zaur Mikayılov heç bir işin icrasına imza atıb, razılıq vermir - NARAZILIQ



2021-ci il aprelin 5-də Prezident İlham Əliyevin sərəncamı ilə Zaur Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyətinin inkişaf etdirilməsi üçün yeni sədri təyin edilsə də, qurumda baş verən neqativ halların çoxalması yaxşılığa doğru dəyişikliyin və irəliləyişin olmadığını göstərir.

Gundemxeber.Az Azadmediatv.com-a istinadla bildirir ki, sözügedən təyinatdan 4 ay keçməsinə baxmayaraq, bu qurumda hələ də rüşvətin kökünü kəsmək mümkün olmayıb.
Belə ki, Azadmediatv.com-a daxil olan məlumata görə, prezidentin etimad göstərib, dövlətin strateji əhəmiyyətli qurumuna sədr təyin etdiyi Zaur Mikayılov belə, bu, prosesin qarşısını almaqda acizdir. Səbəb olaraq isə, kollektiv arasında səsləndirilən fikirlərə görə, sədrin maliyyə məsələləri üzrə müavini Rafiq Aslanovun ASC-də idarəçiliyi və Z.Mikayılovu pulla ələ almağı bacardığı göstərilir. Bu cür söz-söhbətlər isə sözügedən ASC-nin əmək kollektivinin haqlı narazılığına səbəb olub.

Belə ki, kollektivin ayrı-ayrı şəxslərinin verdiyi məlumata görə, hətta Rafiq Aslanovun icazəsi olmadan qurumun sədri Z.Mikayılov belə, heç bir işin icrasına imza atıb, razılıq vermir. İyunun 29-da "Xəzər" TV-də yayımlanan süjetdə "Şirvan" Meliorasiya Təmir Zavodunda (https://www.youtube.com/watch?v=qYIYtEgxi2g ) işçilərin 6 aydır əmək haqlarını ala bilməmələri də qeyd olunub. Belə ki, "Xəzər" TV-nin efirində verilən sujetdə narazılıq edən işçilərin səsləndirdiyi fikirlər ASC rəhbərliyini bir xeyli təşvişə salıb.

Qeyd edək ki, hələ 2020-ci ildə Rafiq Aslanovun göstərişi ilə ASC-nin bəzi idarələri zavodla (12 000 000 (on iki milyon) AZN məbləğində) müqavilə bağlayaraq, işləməyə məcbur ediliblər. Buna baxmayaraq, yerlərdə heç bir iş görülməyib, nəqdləşdirilən vəsait isə faizi çıxılmaqla ona geri qaytarılıb. Bu səbəbdən də zavod işçilərinin 250 AZN miqdarında əmək haqlarını ala bilməmələri təəccüblü görünmür.


Problem "Xəzər" TV-də yayımlandıqdan sonra ASC-nin məsul şəxsi Rafiq Aslanovun göstərişi ilə onun “kassiri” - ASC-nin baş mühasibi Elşad Tağızadə ötən ay (17.07.2021-ci ildə) Şirvan şəhərinə yollanaraq, gecə ilə ətraf rayonların (Neftçala Suvarma Sistemləri İdarəsi, Salyan Suvarma Sistemləri İdarəsi, Hacıqabul Suvarma Sistemləri İdarəsi, Pirsaat QSTSİ, Sabirabad Suvarma Sistemləri İdarəsi, Saatlı Suvarma Sistemləri İdarəsi, Kürdəmir Suvarma Sistemləri İdarəsi ) müdirlərini Şirvan Meliorasiya Təmir Zavodunda bir araya toplayaraq, Zaur Mikayılovun "tapşırıq və tələbini" onlara çatdırıb. Bundan dərhal sonra isə gecə ilə geri, Bakıya qayıdıb.
Mənbə səfərin ən maraqlı tərəfini şərh edərkən bildirib ki, Rafiq Aslanovun “kassiri” kimi tanınan baş mühasibin gecə ilə Şirvan şəhəri və ətraf rayonların aidiyyatı üzrə müdirlərini Şirvan Meliorasiya və Təmir Zavodunda toplayaraq, hər birindən müəyyənləşdirilmiş faizdə məbləğin yığılıb "şefə" təqdim olunmasını tələb etməsi hər kəsi təəccübləndirib. Bəs, görəsən, baş mühasibin Şirvan şəhərinə müəmmalı səfərinin arxasında daha nələr dayanır?!

Görünən odur ki, Zaur Mikayılov ASC-də rüşvət və korrupsiyanın qarşısını kəsmək əvəzinə, ona şərait yaradanlara meydan verib. Məhz, bu səbəbdən də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədrinin rəhbərliyi dövründə Şirvan və Aran rayonlarının kəndliləri nəinki əkinlərini suvarmağa, heç heyvanlarlna da verməyə su tapmır.


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi sadalanan, narazılıq yaradan problemləri aradan qaldırmaq əvəzinə, ertəsi günü - 18.07.2021-ci ildə eyni “müşavirəni” Bakı şəhərində "Yeganə" Şadlıq Sarayının ətrafında yerləşən kafelərin birində digər rayonların müvafiq şəxsləriylə (Bərdə, Göy-Göl, Samux, Şəmkir və digər rayonlar) birlikdə keçirərək, guya "şefin" tapşırıq və tələblərini çatdırıb.

Bütün bunlardan hiddətlənən narazı işçilər isə düşünür ki, ASC-də sədrlər dəyişsə də, idarəetmə prinsipi dəyişməyib. Onların fikrincə, bu cür yarıtmaz, köhnə "metod"larla fəaliyyət göstərməyə davam edən bəzi məsul şəxslər əslində, Z.Mikayılovla əmək kollektivi arasında dərin uçrum yaratmaq, son zamanlar Prezident İlham Əliyev tərəfindən təyin olunan gənc və perspektivli hesab edilən bəzi kadrları gözdən salaraq, onların haqqında göstərilən etimad və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, birdən-birə varlanmaq istəyən, bununla da korrupsiya və rüşvətə münbit şərait yaradan biri kimi fikir formalaşdırmaq istəyirlər.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin maliyyə məsələləri üzrə müavinin fəaliyyətindən narazılıq edən kollektiv ümid edir ki, sözügedən qurumun rəhbəri Z. Mikayılov bütün bunların qarşısını almaq üçün göstərilən faktları araşdırıb, onunla ASC-nin üzvləri və əməkdaşları arasında yaranan problemi kökündən həll edəcək. Çünki ASC-də işin təşkili və görünənlər heç də ürək açan deyil. Bütün bunları aradan qaldırmaq üçün isə isdə və fəaliyyətdə kollektivlə münasibətlərdə obyektiv yanaşmaya ehtiyac var.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Bakı Metropoliteni”nə sədr müavinləri təyin olunub

    “Bakı Metropoliteni”nə sədr müavinləri təyin ...

    24-07-2014, 17:10

  • 
  • Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri Zaur Mikayılov nəyi gözləyir ?- Niyə Zakir Quliyevlərdən, Rafiq Aslanovlardan ASC-ni təmizləmir ?

    Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri ...

    2-08-2021, 15:58

  • 
  • Əhmədzadənin müavinlərinin vəziyyəti "uruscadır"- Aparat rəhbəri Zaman Məmmədova veriləcək suallar var... İDDİA

    Əhmədzadənin müavinlərinin vəziyyəti ...

    6-04-2021, 11:51

  • 
  • Büdcəni su kimi sümürüb ''40-dan 25%-ə endirən'' Rafiq Aslanov kimdir? - FOTO/FAKT

    Büdcəni su kimi sümürüb ''40-dan 25%-ə endirən'' ...

    12-08-2020, 23:59

  • 
  • Rafiq Aslanov Əhmədzadənin etimadını belə doğruldub-Gözqamaşdıran əmlakları ilə...+FOTOLAR

    Rafiq Aslanov Əhmədzadənin etimadını belə ...

    17-08-2020, 15:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu