GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » AzTV-nin hikkəsi, müştəbehliyi və səviyyəsi: - dövlətin siması budur?

AzTV-nin hikkəsi, müştəbehliyi və səviyyəsi: - dövlətin siması budur?

Tarix: 9-08-2021, 14:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 534
AzTV-nin hikkəsi, müştəbehliyi və səviyyəsi: - dövlətin siması budur?


2019-cu ildə Rövşən Məmmədovun Azərbaycan Dövlət Televiziyasına rəhbər təyin edilməsindən sonra bu kanalda ciddi dəyişikliklərin olacağı gözləntiləri yaranmışdı. Ona görə yox ki, R.Məmmədov xüsusi istedadı və peşəkarlığı ilə seçilən gənclərdən sayılırdı; ona görə ki, məhz gənc idi və təfəkkür etibari ilə yeni yanaşma gətiriləcəyi gözlənilirdi.

Ancaq bir neçə gün öncə AzTV adından yayılan təkzib mətni bir daha sübut etdi ki, bu kanalda inkişaf yox, dəyərlərin və ənənələrin ciddi aşınması gedir. Necə?
Bəzi saytlar AzTV sədri Rövşən Məmmədovun Mətbuat Günü ilə bağlı tədbirdə iştirak etmək üçün gedərkən, xidməti maşınının yol hərəkəti qaydalarını kobud surətdə pozması barədə məlumat yayıb. AzTV isə bunu təkzib etməyə qalxıb və hazırda düşdüyü səviyyəyə uyğun cavab verib.

AzTV-nin hikkəsi, müştəbehliyi və səviyyəsi: - dövlətin siması budur?

Əvvəla, ölkənin ciddi media qurumları, tirajlı saytların böyük əksəriyyəti bu məlumatı yaymayıb - bəziləri media həmrəyliyinə, digərləri ümumiyyətlə xəbərin mənbəyinə inanmadığına və rəsmi təsdiq olmadığına görə. Bu özü kifayət idi ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi daha səviyyəli, daha təmkinli və dövlət kanalının statusuna, mövqeyinə uyğun təkzib yaysın.

İkincisi, əgər doğrudan da R.Məmmədovun xidməti maşını yol hərəkəti qaydasını pozubsa, bu, sədrin deyil, sürücünün məsuliyyətidir. AzTV sədrinin özünü sürücünün yerinə qoyması və ya o səviyyədə davranması isə medianın və ictimaiyyətin problemi deyil.

Üçüncüsü: təkzib vaxtında, daha operativ verilə bilərdi, daha üstündən bu qədər zaman keçəndən sonra yox. Sanki günlərlə gecikmək iş prinsipləridir –şərhlərində, təhlillərində, xəbər siyasətlərində yanaşmanı buradada göstərməyə heç bir ehtiyac yox idi.

Hər insan öz sözünün altında gizlənib; hər şəxs danışdığı söz boydadır; hər kəs ifadə etdiyi sözlərin mahiyyətini özündə daşıyır. AzTV-nin yaydığı təkzib mətnində - analitik verilişlərində məddahlıqdan başqa heç bir ciddi şərh, baxış və mövqe, əsaslandırma ortaya qoya bilməyən, efirə çağırdığı tanınmış ekspertləri tribunadakı tamaşaçıya çevirib, onların münasibətini “kadrarxası səs-küyə” çevirən və matçı şərh edən idman şərhçisi kimi davranan şəxsin olaya da elə idmançı, futbolçu və yaxud özünü idarə edə bilməyən tamaşaçı yanaşması özünü göstərir.

O mətndə yalnız pafos, əl-qol hərəkəti, qarşısındakını aşağılama, həmkarlarına sayğısızlıqdan başqa nəsə görmək mümkün deyil.

Əlbəttə, qısa karyerasında idman jurnalistikası ilə məşğul olan, ciddi analitik və siyasi təfəkkürdən kənar, proseslərə düşüncə deyil, qol əzələləri ilə yanaşan şəxsi 65 illik bir köklü dövlət kanalına rəhbər təyin edəndə, bundan artıq nəticə gözləməyə dəyməzdi. İnsan hansı böyük məsuliyyətin altına girdiyinin fərqində belə deyil; bu şəxs Azərbaycanın ilk və dövlət kanalı – AzTV-nin nə qədər böyük ənənəyə sahib olmasından xəbərsizdir; bu gənc kadra daşıdığı vəzifə belə təmkin, müdriklik, böyüklük aşılamayıb. Çünki düşüncə və təfəkkür baxımından tam fərqli bir şəxsdir.

R.Məmmədovun sədr təyinatı ilə “arenalar” – studiyalar doğrudan da yeniləndi, yeni “ot örtüyü” çəkildi, skamyalar qoyuldu və s. Forma dəyişdi, siyasi-ictimai müzakirələr isə futbol, boks, güləş yarışlarından canlı yayım verənlərin adrenalin qaldıran çığır-bağırlı reportajları səviyyəsinə düşdü. Həssas tamaşaçılar çox rahatlıqla görə bilər ki, Prezident İlham Əliyevin milli siyasətdəki uğurları bu kanalda yalnız “Qoool!”, “Möhtəşəm manevr”, “İnanılmaz sıçrayışla baaaaaş zərbəsi” və s. ifadələrin bir az fərqli deyimidir. Çünki bu kanalın düşüncəsi bundan ibarətdir – təəssüf ki!

Azərbaycan yazılı mediasının “anası” “Azərtac”dır. Əgər Aslan Aslanov haqda media və sosial şəbəkələrdə belə dürüst olmayan (və yaxud dürüst olan, sadəcə, rəsmi qurumların təsdiqləmədiyi – fərqi yoxdur) məlumat getsəydi, “Azərtac” həmkarlar sözünü dırnaqda yazıb, qara-qışqırıqla qarşı tərəfi təhqir edərdimi? “Azərtac” ən yaxşı halda “yayılan məlumatlar həqiqətə uyğun deyil və həmkarlarımızdan belə məlumatlar zamanı bizimlə dəqiqləşmə aparmasını xahiş edirik” deyə, öz mövqeyinə, sambalına, statusuna və 100 yaşına layiq bir mövqe sərgiləyərdi. Çünki ənənəsi var, başında duran da illərdir mediadan keçib gələn, hər əziyyəti görən bir peşəkar, həmçinin ağsaqqaldır.

AzTV sədri olmaq həm də “ağsaqqallıq” tələb edir – amma qətiyyən yaşa görə yox. Bu kanalın “ana kanal” statusu da, vətəndaşların vergisi ilə çalışması da, ildə büdcədən külli miqdarda vəsait ayrılması da, rəhbərinin Prezidentin sərəncamı ilə təyin olunması da... – hər biri, ayrı-ayrılıqda və toplum halda məsuliyyətdir. Bu adam dərk etmir ki, təhqir edib aşağıladığı və dırnaq içərisində “həmkarım” deyə yazdığı şəxslərin vergisi hesabına yaşayır; bu adam dərk etmir ki, təhqir edib aşağıladıqları onun tamaşaçılarıdır; bu adama hələ də aydın olmur ki, o, məmurdur və onun hər addımı, əl-qol hərəkəti, hətta geyimi göz qabağındadır; bu adam anlamaq istəmir ki, dövlətin informasiya siyasətində aparıcı simalardandır, sifətlərdəndir, üzlərdəndür.

Öz simanı, sifətini və üzünü qoruyub-qorumamaq şəxsi işindir, ancaq dövlətin simasını ona layiq şəkildə qorumaq sənin vəzifə borcundur. Müstəqil və yeni yaranan, reklama qaçan bir saytın rəhbəri kimi özünü apara bilməzsən. Dövlət ərkanına uyğun davranmağı, yeriməyi, geyinməyi bacarmalısan.

Həm də təkcə “sədrin tapşırığı ilə” araşdırma aparıb, təkzib əvəzi təhqir yaydığın açıqlamada yox, elə apardığın verilişlərdə də, təhlillərdə də...|Bakupost.az|
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AzTV-də Rövşən Məmmədli “dərəbəyliyi”: - Şikayət edəni işdən qovurlar, maaşlar isə 250 manat

    AzTV-də Rövşən Məmmədli “dərəbəyliyi”: - Şikayət ...

    24-12-2020, 10:57

  • 
  • AztV-nin gənc rəhbərindən QOCAMAN YEYİNTİ... - İTTİHAM

    AztV-nin gənc rəhbərindən QOCAMAN YEYİNTİ... - ...

    28-06-2021, 11:16

  • 
  • AzTV-ni Əli Həsənov idarə edir?! - Dövlət televiziyasının yenilikçilərə bağlanan pavilyonu...

    AzTV-ni Əli Həsənov idarə edir?! - Dövlət ...

    24-05-2020, 18:08

  • 
  • AzTV sədrinin gizli ləğvetmə əməliyyatı - "Azərbaycantelefilm" nəyin qurbanı oldu?

    AzTV sədrinin gizli ləğvetmə əməliyyatı - ...

    21-09-2020, 16:28

  • 
  • Arif Alışanova qarşı ağır ittihamlar

    Arif Alışanova qarşı ağır ittihamlar ...

    4-02-2013, 10:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu