AzTV rəhbəri daha çox "vahid rüşvət masası" yaratmaq yönündə iş aparır
AzTV Qapalı Səhmdar Cəmiyyətə çevrilsə də, onun daxili mühitində hər hansı bir dəyişiklik yoxdur. Bu barədə adının çəkilməsini istəməyən adıçəkilən televiziaynın əməkdaşlarından biri məlumat verib. Onun sözlərinə görə, bunun əsas səbəbi kanal rəhbərinin Arif Alışanovun olmasıdır: "Elə bu üzdəndir ki, həmin televiziyanın işçiləri AzTV-yə "AlışTV" deyirlər. AzTV-də Nizami Xudiyev yola salındıqdan sonra onu əvəzləyən Arif Alışanov redaksiyaları gah birləşdirir, gah da ayırmaqla öz maraqlarını təmin etməyə çalışır. Yəni o, yeni-yeni rüşvət mənbələri formalaşdırmaq üçün optimal yollar arayır. Hələlik isə onun hansı nəticəyə gəlməsindən bir özü, bir də onun televiziyanın dəhlizlərində "məsləhətçisi" adlanan kanalın baş proqram direktorluğuna rəhbərlik edən Arif Alışanovun yaxın qohumu İlham Alışanovdan başqa bir kimsə bilmir". Mənbənin sözlərinə görə, "AlışTV"-nin rəhbəri A.Alışanov hazırda daha çox "vahid rüşvət masası" yaratmaq yönündə iş aparır: "Bununla da o, yığılan pullara nəzarət funksiyasını özündə saxlamaq istəyir. Artıq onun bu istəyinə bəzi redaksiyaların rəhbərləri də dəstək verməyə başlayıblar. Hansılar ki, onlar illər uzunu Alışanovun telekanaldakı əlaltısı rolunu oynayıblar. Şübhəsiz ki, bunun qarşılığında o da borclu qalmır və onlara müəyyən imkanlar yaradır". Bu gün AzTV-nin "Xəbərlər" redaksiyasını ən "kriminal" yer sayan mənbə deyir ki, burada hər gün rüşvət yığılır: "Təsadüfi deyil ki, burada hər gün rüşvət olduğundan Arif Alışanovun özü həmin redaksiyaya nəzarət edir. Hətta iş o yerə çatıb ki, o, pula görə bir müddət əvvəl sözü gedən kanaldan kütləvi istefalar baş verib. Məhz Arif Alışanovun rəhbərliyi altında kanalda korrupsiyanın tüğyan etməsi ucbatından kanalın "Səhər" musiqi informasiya proqramının baş redaktoru Məqsəd Nur, İnformasiya Proqramları Studiyası direktorunun müavini Vəli Əkbər işdən azad edilib. Onların yerlərinə isə Arif Alışanov özünün yaxın ətrafını təyin edib. Hansı ki, həmin şəxslərin indi əsas işi kanalda baş verənləri A.Alışanova çatdırmaqdan ibarətdir".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?