GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bu da Allahşükür Paşazadə üçün sübut

Bu da Allahşükür Paşazadə üçün sübut

Tarix: 13-08-2021, 15:32 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 189
Bu da Allahşükür Paşazadə üçün sübut


“İran İslam Respublikasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub. Görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim edilib. Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olunub. Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız, görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb...”

Bu cümlələr Azərbaycan XİN-in yaydığı açıqlamadan götürülüb və uzun müddətdir İranın yük maşınlarının Ermənistana, xüsusilə də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağa daşıdığı müəmmalı yüklərlə bağlı Azərbaycan cəmiyyətinin, dövlətinin narahatlığının və narazılığının rəsmi şəkildə bəyan edilməsidir.

Bu isə bir müddət öncə “Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” fikrinə görə tənqidlərə məruz qalan Şeyxülislam Allahşükür Paşazadənin İranın məlum yük maşınları ilə bağlı ona ünvanlanan suala cavabıdır: “Mən hansısa sosial şəbəkədə yayılmış şəkillərə yox, Prezidentimin dediklərinə inanıram. Sənin əgər başqa bir mənbən varsa, onu açıqlamaq lazımdır. Onu biz məhkəməyə verə bilərik ki, sən açıqla, görüm, bunu hardan götürmüsən.”

Yəqin ki, hörmətli şeyx artıq XİN-in son açıqlamasından xəbərdardır. Əgər xəbərdardırsa, yaxşı olar ki, indi də Azərbaycan XİN-in rəsmi mövqeyi ilə öz mövqeyini tutuşdursun. Çoxsaylı xəbərdarlıqlara, mətbuatda video və foto materialların, təkzibolunmaz faktların dərc edilməsinə, Milli Məclis də daxil olmaqla bir çox səviyyələrdə İranın yük maşınlarının separatçıların və rus sülhməramlılarının nəzarətindəki ərazilərə müxtəlif təyinatlı yüklər daşımasına etirazlar səsləndirilməsinə baxmayaraq, İran bütün bunlara məhəl qoymurdu. Nəticədə, ölkəmizin xarici işlər idarəsi bu faktlara rəsmi qaydada etiraz etməli oldu.

Bəs, görəsən cənab A.Paşazadə buna nə deyəcək?

Qeyd edək ki, A.Paşazadə həmin açıqlamasında İranı sözügedən hərəkətlərinə görə qınayan Türkiyə Prezidentinin müşaviri Mücahit Küçükyılmazdan, eləcə də mətbuatdan izahat, fakt tələb etmiş, məhkəməylə hədələmişdi. Bəlkə indi də yenə İranın vəkili rolunda çıxış edərək, Azərbaycanın Xarici İşlər Nazirliyindən izahat, mənbə, sübut istəsin, onu məhkəməylə hədələsin?...

Əslində, “missiyası” ondan məhz bunu tələb edir, ancaq buna cəsarəti çatarmı – bu artıq başqa söhbətin mövzusudur...

Xatırladaq ki, Prezident İlham Əliyev son müsahibələrinin birində bu mövzuya toxunaraq, demişdi: “Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora? Bir də əgər kimsə hesab edirsə ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır.”

Həmin vaxt siyasətdən uzaq şəxslər də daxil olmaqla, hər kəs söhbətin İrandan getdiyini anlamışdı, yalnız Şeyxülislamdan başqa (sərf etmədiyi üçün)...

Sonda onu da qeyd edək ki, cəmi bir ay əvvəl İranın yeni seçilən Prezidenti İbrahim Rəisi İlham Əliyevə ünvanladığı məktubda onu işğal olunmuş ərazilərimizin azad edilməsi münasibətilə təbrik etmişdi və bu addım cəmiyyətimiz tərəfindən müsbət qarşılanmışdı. Yaxşı, o təbrik nə idi, Qarabağdakı separatçılara yük daşınması nədir? Axı bunların ikisi bir araya sığan davranışlar deyil və bir-birilə ziddiyyət təşkil edir. Yaxşı olar ki, A.Paşazadə Azərbaycan mətbuatından və Türkiyə rəsmilərindən izahat, sübut tələb etməkdənsə, İrandakı itaət və sitayiş yeri hesab etdiyi ağalardan bu ziddiyyətin səbəbini soruşsun... /Azpolitika/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran Dağlıq Qarabağ müsəlmanlarına kömək etməyə hazırdır

    İran Dağlıq Qarabağ müsəlmanlarına kömək etməyə ...

    28-06-2013, 12:58

  • 
  • Azərbaycan İrana nota verib

    Azərbaycan İrana nota verib ...

    2-05-2013, 14:07

  • 
  • Fars-molla rejimi bizə niyə qənim kəsilib?..

    Fars-molla rejimi bizə niyə qənim kəsilib?.. ...

    6-12-2013, 18:00

  • 
  • Azərbaycan Prezidentinin İrana səfəri yerli mətbuatda geniş işıqlandırılıb

    Azərbaycan Prezidentinin İrana səfəri yerli ...

    24-02-2016, 12:53

  • 
  • Xankəndinə İran maşınları axışır: saxta nömrələrlə - FOTO - TƏFƏRRÜAT

    Xankəndinə İran maşınları axışır: saxta ...

    24-06-2021, 10:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (460)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu