GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Maliyyə Nazirliyinin açıqlaması həqiqəti əks etdirmir - Bürokratiya, yoxsa məsuliyyətsizlik? - ƏTRAFLI

Maliyyə Nazirliyinin açıqlaması həqiqəti əks etdirmir - Bürokratiya, yoxsa məsuliyyətsizlik? - ƏTRAFLI

Tarix: 27-08-2021, 13:52 Bölmə :GündəmXəbər / Manşet Baxış: 376

Ölkədə vətəndaş cəmiyyəti institutlarının (QHT) vəziyyətinin heç də ürəkaçan olmadığı hər addımda hiss edilir. Belə ki, dövlət və vətəndaş arasında həmrəyliyin və qarşılıqlı inamın yaranmasında mühüm rol oynayan QHT-lər indi maliyyə çatışmazlığı səbəbindən ağır günlərini yaşayır. Buna səbəb isə Maliyyə Nazirliyi tərəfindən QHT-lərə maliyyə vəsaitlərinin ayrılmaması, dövlət büdcəsində nəzərdə tutulan məbləğin təşkilata  vaxtında verilməməsidir. Doğrudur bu haqda mediada dərc olunan geniş materialdan sonra Maliyyə Nazirliyi açıqlama yayaraq, 2021-ci il üzrə dövlət büdcəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə qeyri-hökumət təşkilatlarının qrant layihələrinin maliyyələşdirilməsi üçün 4 milyon 395 min manat vəsaitin ayrılmasının nəzərdə tutulduğunu bəyan etdi. Eyni zamanda nazirlik günahı Agentlikdə görərək, təsdiq olunan büdcənin icrası ilə bağlı indiyədək bu işə cavabdeh qurum tərəfindən Maliyyə Nazirliyinə hər hansı müraciət və ya sifarişin daxil olmadığını bildirdi. Lakin aparılan araşdırmalar başqa nüansları üzə çıxarır və Maliyyə Nazirliyinin açıqlamasının həqiqəti əks etdirmədiyini deməyə əsas verir.

Əldə etdiyimiz məlumata görə, son aylar ərzində dəfələrlə maliyyə sifarişləri Maliyyə Nazirliyinə təqdim edilb və müzakirə olunub. Maliyyə Nazirliyinin nümayəndəsi də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT sektorunun peşəkar təmsilçilərindən ibarət Müşahidə Şurasında təmsil edilir. Yəni  maliyyə sifarişləri onun da iştirakı ilə hazırlanıb. Hər dəfə bir bəhanə tapan Maliyyə Nazirliyi bürokratik yollarla təşkilatın tam fəaliyyətə başlamasına maneə yaradır. Dövlət büdcəsinə qənaət, maliyyə proqnozunda verilən məbləğdən az vəsaitin ayrılması və dövlət vəsaitlərinin sərfiyyatına qənaətçil münasibət Maliyyə Nazirliyinin əsas vəzifələrindən biridir. Amma büdcədən maliyyələşən təşkilat kimi QHT agentliyinə vəsaitin ayrılmasının gecikdirilməsi və hər dəfə də bu məqsədlə bir bəhanənin ortaya çıxarılması sözügedən sektorunun iflic edilməsi deməkdir. İndi büdcə ayrılsa belə yalnız bir rüb ərzində QHT-lər layihələrini icra edə bilməyəcəklər. İcra olunmayan maliyyə vəsaiti isə dövlət büdcəsinə geri qaytarılmalıdır. Peşəkar və şəffaf prinsiplər əsasında təşkil olunan QHT agentliyinə və bütün QHT ailəsinə Maliyyə nazirliyinin sərgilədiyi münasibət başa düşülən deyil.

Maliyyə nazirliyinin mətbuat xidməti KİV-də müxtəlif vasitələrlə nazirlik haqqında hər hansı cüzi xəbəri belə çıxarmaqla məşğul olmaqdansa, QHT seqmentinin haqlı sualına düzgün cavab verməlidir. Bir çox hallarda şişirdilmiş büdcələri olan təşkilatların bəzi səmərəsiz layihələrinə avtomatik olaraq qısa zaman ərzində böyük vəsait ayrılır. Görən meyar nədir? Maliyyə Nazirliyinə onu da xatırlatmaq istərdik ki, bu təsisat konkret sahə üzrə dövlət siyasətini müəyyən edən və ya icra edən təşkilat deyil, dövlətin müəyyən etdiyi siyasətə uyğun olaraq maliyyə təminatının qənaətcil və səmərəli şəkildə təmin olunmasını və istifadə edilməsini həyata keçirməli olan dövlət təşkilatıdır./KONKRET.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün Gənclər Fondunun razılığını alacaq - Yeni qayda

    Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün ...

    25-03-2019, 11:00

  • 
  • Azay Quliyev: "Xarici QHT-lərə vəsait ayrılmasını dayandırmışıq"

    Azay Quliyev: "Xarici QHT-lərə vəsait ...

    26-01-2018, 14:05

  • 
  • QHT-lərə XƏBƏRDARLIQ

    QHT-lərə XƏBƏRDARLIQ ...

    19-01-2016, 15:27

  • 
  • Qəzetlərə maliyyə ayrılmasının qaydaları dəyişdirilə bilər

    Qəzetlərə maliyyə ayrılmasının qaydaları ...

    10-12-2013, 18:12

  • 
  • Vətəndaş cəmiyyəti institutlarının etiraz bəyanatı

    Vətəndaş cəmiyyəti institutlarının etiraz bəyanatı ...

    10-02-2013, 11:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu