GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bərdə Vidadi İsayevə, icra başçısı da Bərdəyə düşmən kimi baxır - hakimiyyətin seçim anı...

Bərdə Vidadi İsayevə, icra başçısı da Bərdəyə düşmən kimi baxır - hakimiyyətin seçim anı...

Tarix: 6-09-2021, 23:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 123

Bərdə tarixində belə qəddar, zalım hökmdar görməyib. Şəhərin heç biri hakimi-mütləqi qadın direktora məlum olmayan səbəbdən mağaza tikdirməyib, əsgərə ayrılan payı mənimsəməyib, şəhid ailəsini, qazini qapıdan qovmayıb, küçələri, səkiləri qarış-qarış satmayıb, parkları, 20 Yanvar guşəsini peşkəş eləməyib, amma bütün sadalanan bu naqis əməllərin hamısı Bərdənin indiki fironu tərəfindən icra edilib. Sən qadın direktor üçün mağaza tikdir, gəl ki, şəhid ailəsini sayma... - bunu ilahi ədalət götürməz.


Gundemxeber.az anaxeber.info-ya istiandla bildirir ki, bərdəliləri vecsiz fəaliyyətilə boğaza yığmış bu rəhbər - icra başçısı Vidadi İsayevin vəzifədən getməsinin nəinki vaxtı çatıb, hətta gecikib.
Bu günə 8 icra başçısı həbs olunub, xeyli sayda başçı vəzifədən azad olunub, amma onlardan əməllərinə görə geri qalmayan V.İsayev, bu qədər şikayətlərə, narazılıqlara, qanunsuz hərəkətlərinin ifşa olunmasına baxmayaraq, Bərdədəki taxtında oturmaqdadır.
Halbuki, onun bütün fəaliyyəti eynilə Gəncənin keçmiş başçısı Elmar Vəliyevin hərəkətlərinə bənzəyir. Onsuz da V.İsayevlə E.Vəliyevin qohumluğu da var, əməllərdəki oxşarlıq təsadüfi deyil.
Məlumatara görə, Vidadi İsayev Elmar Vəliyevin həyat yoldaşının doğma əmisi oğludur, qaynı Nazim İsayevin qaynatasıdır. Ona görə illərlə E.Vəliyev - V.İsayev tandemi regionda ağalıq edib. İndisə qohumu olmadan onun yolunu davam etdirən Bərdənin icra başçısı eyni dərəcədə əhalidən narazılığı, etirazı qazanıb.  Bərdəlilər “X” gününü səbirsizliklə gözləyirlər ki, onu nə zaman işdən azad edəcəklər. Həqiqətən də əgər hakimiyyət reformlar kursu elan edibsə, rüşvətə bulaşmamış kadrlara üstünlük verirsə, V.İsayevin indiyə kimi Bərdənin başında saxlanmasının adı nədir?! Amma nədənsə “qara maskalı”lar bu bölgədən yan keçiblər.
V.İsayev yuxarıda qeyd olunan çirkin işləri ilə məhdudlaşmayıb, məhkəmə qərarı olmadan şəhid Dilqəmin ailəsinə məxsus yaşayış evini sökdürüb, dəyən zərəri də ödəməyib. Bərdə şəhərində şəhidlərin adını daşıyan guşəni dağıdıb, bərdəlilər qəbula düşə bilmir.
Hətta bu yaxınlarda varis planı qurmuşdu, tamamilə alt-üst oldu. Görünür ki, V.İsayev Bərdədən əlini çəkmək istəmir. Amma bunu arzulayan şəxs gərək yerli camaatla işləsin, rayonu satışa çıxarmasın.
Amma icra başçısı olan bəndə hər şeyə tamah salır, hətta uşaq bağçalarına ayrılan ərzaqları satdırırdı. Belə bir məmur necə Bərdəni sevə, normal idarə edə bilər?
Məsələn, 44 günlük müharibədə erməni terroruna məruz qalan şəhərlərdən biri də Bərdə oldu. Şəhərin ortasına qadağan edilmiş kasset tipli raket atdılar, xeyli mülki insan öldü, yaralılar oldu.
Amma görün bir dəfə icra başçısı həmin şəhid mülki insanların evinə baş çəkdimi? Bircə dəfə yaralı olanları ziyarət etdimi?
Axı söhbət terrorla üzləşmiş Bərdə sakinlərindən gedir. Əksinə, bu yaxınlarda iş istəmiş həmin vətəndaşlardan birinin probleminə heç diqqət göstərmədi.
O baxımdan V.İsayev E.Vəliyev qədər qaba, laqeyd, əhaliyə qarşı saymazyana fəaliyyəti ilə seçilir. Bu, siyasi hakimiyyətin özünə də zərər vurmaqdadır.
Onu yerlərdə təmsil edən məmurlar xalqda iqtidara qarşı rəğbət yaratmalıdırlar. Ancaq V.İsayev bu cür hərəkətləri ilə həm özünə, həm hökumətə qarşı narazılıq yaradır.
Ümumiyyətlə, bir məmur 5 ildən çox eyni vəzifədə qala bilməz. Qalırsa, inkişaf getmir, rüşvət və korrupsiya çiçəklənir. V.İsayev tam 10 ildir ki, Bərdənin xirtdəyinə keçib. Bax, budur Bərdənin 10 illik hakiminin ortaya qoyduğu mənzərə...Hələ onlarla nümunə göstərmək olar ki, hansı əraziləri, parkları, səkiləri, hətta səkiləri belə satıb.
Məsələn, mətbuatda gedən xəbərlərdə iddia edilirdi ki, icra hakimiyyəti strukturlarına yerli məmurlardan aylıq yığmaq “kəşfini” ilk dəfə Vidadi İsayev gətirib. Onun kiçik bir yaddaş kitabçası olub və orada məmurların həyata keçirdiyi maxinasiyalar son qəpiyinə kimi qeyd olunub. Məhz icra başçısı idarə müdirlərinin ayda nə qədər qazanc əldə etdikləri hər kəsdən yaxşı bilir.
Belə ki, vaxtilə Bərdədə idarə müdirləri icra başçısı Vidadi İsayevə konkret olaraq siyahı ilə aylıq verirdilər. Düzdür, indi onların bir qismi vəzifəsində deyil, yaxud həmin qurumlar sıradan çıxıb. Lakin zamanında yayılan məlumatlardan məlum olurdu ki, sən demə, V.İsayevə 28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov ayda 3 min manat, Mədəniyyət Şöbəsinin müdiri İlyas Hacıyev ayda 5 min manat, Təhsil Şöbəsinin müdiri Rzaquli Şərifov ayda 5 min manat, Mərkəzi Xəstəxananın baş həkimi İftixar Zeynalov ayda 5 min manat, Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Natiq Əhmədov, Qarabağ Meşə Meliorasiya İdarəsinin müdiri Rəşid Rzayev, Subartezan Quyularının İstismar İdarəsinin müdiri Firudun Baxşalıyev, Meliorasiya İdarəsinin müdiri Sərdar Əhmədov ümumilikdə 20 min manat hesab verirlər. Lakin bu açıqlanan rəqəmlər və iddialar o zaman araşdırılmadı. Axı söhbət korrupsiya və vəzifə səlahiyyətindən sui-istifadə etməkdən gedirdi.
Və əvəzində yığdığı sərvəti də açıqlanmışdı ki, müvafiq orqanların araşdırmaq üçün diqqət mərkəzinə düşsün. Onun Bakıda, Bərdədə, Goranboyun Ağcakəndində torpaq sahələri, obyektləri və evləri var. İcra başçısının Yevlaxda evinin, obyektlərinin və sərhəd qoşunlarına məxsus hərbi hissəsinin yanındakı fermasının və 100 hektardan artıq əkin sahəsinin fotoları da yayılıb.
Yevlax şəhəri, H.Əliyev prospektindəki “Everest” adlı bu binadakı bütün mağazalar, H.Əliyev prospektində yerləşən yaşayış binasının altındakı “Azqranata”mağazası, Sosial Müdafiə Fondunun yanındakı uzunluğu 30 metrə yaxın istifadəyə verilməmiş obyekt, Bakıxanov və H.Z.Tağıyev küçələrində dörd evin yerində tikilən üçmərtəbəli, ”quşsəkməz”villa onun varidatıdır. Villanın 4 tərəfində 10-a yaxın kamera müşahidə aparır.
Yevlax rayonunun ərazisində Sərhəd qoşunlarına məxsus hərbi hissənin yaxınlığındakı ferması, Sərhəd qoşunlarına məxsus hərbi hissənin yaxınlığındakı 100 hektardan artıq taxıl sahəsi, Sərhəd qoşunlarına məxsus hərbi hissənin yaxınlığındakı 100 hektardan artıq taxıl sahəsinin içərisində vurulmuş artezian var. Bunlar hansı maliyyə hesabına əldə olunub? - Sualın cavabı çoxdan bəllidir...


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bərdənin icra başçısı vəzifəyə kürdləri yerləşdirir

    Bərdənin icra başçısı vəzifəyə kürdləri ...

    15-05-2014, 11:06

  • 
  • Vidadi İsayevə qapını göstərdilər - ÖZƏL

    Vidadi İsayevə qapını göstərdilər - ÖZƏL ...

    24-08-2015, 14:39

  • 
  • Vidadi İsayevin Bərdə zülmü

    Vidadi İsayevin Bərdə zülmü ...

    18-06-2013, 18:21

  • 
  • Vidadi İsayev şəhid dəfnində xalq etirazı ilə üz-üzə: icra başçısını rüsvay etdilər – VİDEO

    Vidadi İsayev şəhid dəfnində xalq etirazı ilə ...

    11-03-2020, 15:03

  • 
  • Bərdənin icra başçısı daha yüksək vəzifəyə keçmək üçün hərəkətə keçdi

    Bərdənin icra başçısı daha yüksək vəzifəyə keçmək ...

    29-10-2014, 11:55


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu