GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "BUZA DÖNMÜŞ" “QAYNAR XƏTLƏR” – Əksər dövlət qurumları vətəndaşların zənglərinə cavab vermir...

"BUZA DÖNMÜŞ" “QAYNAR XƏTLƏR” – Əksər dövlət qurumları vətəndaşların zənglərinə cavab vermir...

Tarix: 9-09-2021, 10:50 Bölmə :GündəmXəbər / Manşet Baxış: 486


Dövlət qurumları, eləcə də vətəndaş cəmiyyəti institutları vətəndaşlarla daha operativ əlaqə qurmaq üçün “qaynar xətlər” yaradır. Bu rabitə vasitəsindən hər iki tərəf faydalanır: vətəndaş problemlərini, üzləşdiyi çətinliyi müvafiq qurumlara çatdırır, habelə müxtəlif xidmətlər, rüsumlar və s. barədə rahat informasiya əldə edir. 

Müvafiq qurumlar isə öz fəaliyyətini ictimai maraqlar və tələblər üzərində formalaşdırmaq imkanı əldə edir. İnsanlarla birbaşa ünsiyyət müxtəlif sahələrdə dövlət siyasətinin icra vəziyyətini qiymətləndirməyə, problemləri aradan qaldırmağa şərait yaradır.

"Qaynar xətt" inkişaf etmiş ölkələrdə uğurlu ünsiyyət vasitəsi hesab olunur və Azərbaycan da bu təcrübəyə istinad edir. Bəs, dövlət qurumları bu imkandan necə faydalanırlar, vətəndaşlar bu rabitədən razıdırlarmı?

Qeyd edək ki, bəzi qurumların “qaynar xətləri” 7 gün 24 saat xidmət göstərsə də, bir çoxlarında bu xidmət günün birinci yarısı və yaxud yalnız həftəiçi günlərdə işlək vəziyyətdə olur. Paytaxt sakinləri arasında keçirdiyimiz sorğu zamanı məlum oldu ki, bir çox vətəndaşların ümumiyyətlə, “qaynar xətlər”dən xəbəri yoxdur



Şəhər sakini Ramiz Ələkbərov bildirdi ki, 101, 102, 103 və 104 xidmətlərindən xəbərdardır və mütəmadı olaraq onlardan istifadə edir. Müraciət etdiyimiz digər sakinlərin də əksəriyyəti bu nömrələri təkrarladılar. Onlardan birinin cavabı maraqlı oldu: “Bəzən, elə olur ki, təcili hansısa quruma zəng etməli oluruq, ancaq nömrəsini tapa bilmirik, bu zaman qonşulardan öyrənməyə çalışırıq”.

Vətəndaşlar bildirirlər ki, dövlət tərəfindən avtobuslarda, insanların sıx olduğu ictimai yerlərdə “qaynar xətlər”lə bağlı elanlar yerləşdirilməlidir. İnkişaf etmiş ölkələrdə bu operativ əlaqə vasitələri daha çox televiziya reklamları vasitəsi ilə insanlara çatdırılır. Azərbaycanda isə belə reklamlara nadir hallarda rast gəlmək olar.

Bəzi əlaqə vasitələrinin təbliği vətəndaşların təhlükəsizliyi, sağlamlığı, hüquqlarının qorunması üçün çox vacibdir. Məsələn, 10 ilə yaxındır ki, uşaqlar üçün 116111 nömrəli "Qaynar xətt" fəaliyyət göstərir. 2020-ci ildə bu resursa 6657 müraciət daxil olub, zənglərin 20 faizi azyaşlılar tərəfindən edilib.



Zorakılığa, təzyiqə məruz qalan uşaqların dərhal məlumat verməsi üçün bu əlaqə vasitələrinin geniş təbliğ olunmasına ehtiyac var. Həmçinin, "Uşaq Qaynar xətti"-nin 050 680 22 80, 051 580 22 80, 051 880 11 80, 051 880 22 80 mobil nömrələri də aktivdir. Bu nömrələrə daxil olan məlumatlar məxfi saxlanılır.

Statistikaya əsasən Azərbaycanda ən çox müraciət olunan "Qaynar xətt" Daxili İşlər Nazirliyinin 102 xidmətidir. İkinci sırada Təcili Yardım Xidmətinin 103 və 9103 nömrələri, sonra Fövqəladə Hallar Nazirliyinin 112 xidmətidir. Səhiyyə Nazirliyinin xətti istisna olmaqla digər iki xidmət vətəndaşların müraciətlərinə operativ reaksiya verir. Qeyd edək ki, pandemiya dövründə TƏBİB və Səhiyyə Nazirliyinin Təcili Yardım Xidməti əlçatmaz dövlət qurumlarının sırasında dayanıb, bu barədə sosial şəbəkələrdə və mediada çoxsaylı narazılıqlar ifadə olunur.



Şikayətlərin haqlı olub-olmadığını yoxlamaq üçün Səhiyyə Nazirliyinin 103, TƏBİB-in isə 1542 nömrələri ilə əlaqə saxlamağa çalışdıq. Gün ərzində bir neçə dəfə zəng etməyimizə baxmayaraq yalnız gecə, 30 dəqiqə xətdə gözlədikdən sonra 103-dən zəngimizə cavab verən tapıldı. TƏBİB-dən isə ümumiyyətlə cavab verən olmadı.

“Qaynar xətlər”lə bağlı bəzi digər qurumların operativliyini də yoxladıq. Vergilər Nazirliyi, Fövqalədə Hallar Nazirliyi, "Azərişıq" ASC, "Azəriqaz" QSC, "Aztelekom", Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texonogiyalar Nazirliyi zəngimizə cavab versə də, Səhiyyə Nazirliyi, TƏBİB, Bakı Şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , Dövlət Sosial Müdafiə Fondundan telefonun dəstəyini qaldıran olmadı. Əksər qurumlarda hazırda vəziyyət bundan ibarətdir.



Əlbəttə, insanların bu qədər nömrəni yadda saxlaması asan deyil. Bununla bağlı xarici təcrübələrə nəzər salsaq görərik ki, bəzi ölkələrdə bir neçə nömrə eyni xəttə birləşdirilir və həmin nömrəyə zəng edildikdə avtomatik istədiyniz quruma yönləndirilir. Bu üsulun gələcəkdə tətbiqi vətəndaşların işini asanlaşdıra bilər. Həmçinin, “qaynar xətlər”i qurumların özü yaratması və ona nəzarət etməsi də problemlər yaradır.

Bu xətlərə dövlət nəzarətinin olması vacibdir. Vətəndaşlar problemlərini bildirmək üçün "Qaynar xətt"-ə zəng edir. Bəs “qaynar xətlər”dəki problemlərdən hara şikayət etsin?/"AzPolitika.info"/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövlət qurumlarının “qaynar xətt”lərindən narazılıq VAR

    Dövlət qurumlarının “qaynar xətt”lərindən ...

    24-11-2018, 11:54

  • 
  • Ali məktəblərin “qaynar xətt”- NÖMRƏLƏRİ

    Ali məktəblərin “qaynar xətt”- NÖMRƏLƏRİ ...

    18-01-2014, 11:18

  • 
  • Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar xətt fəaliyyətə başladı

    Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar ...

    7-04-2016, 16:58

  • 
  • Təhsil Nazirliyinin yeni “Qaynar xətt”i istifadəyə verilir

    Təhsil Nazirliyinin yeni “Qaynar xətt”i ...

    4-04-2020, 18:16

  • 
  • “Nazirliyin “Qaynar xətt”inə 2020-ci il ərzində 15 mindən artıq müraciət daxil olub”

    “Nazirliyin “Qaynar xətt”inə 2020-ci il ərzində ...

    14-01-2021, 12:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu