GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Dövlət qurumlarının “qaynar xətt”lərindən narazılıq VAR

Dövlət qurumlarının “qaynar xətt”lərindən narazılıq VAR

Tarix: 24-11-2018, 11:54 Bölmə :Cəmiyyət Baxış: 647
Dövlət qurumlarının “qaynar xətt”lərindən narazılıq VAR


Mövsümi dəyişikliklərlə əlaqədar həm paytaxt Bakıda, həm də regionlarda kommunal xidmətlər sahəsində müəyyən problemlər yaşanmaqdadır. Bu problemlərin müvafiq dövlət qurumlarına zamanında çatdırılması və vətəndaşların şikayətlərinin dinlənilməsi məqsədilə yaradılmış çağrı mərkəzləri, qaynar xətlər isə çox zaman məşğul rejimdə olur və zənglərə cavab verilmir. Bununla bağlı, sosial şəbəkələrdə də narazılıqlar artmaqdadır.

“Yeni Müsavat” olaraq, son günlər qaynar xətlərdə yaranmış problemlərlə bağlı artan şikayətləri nəzərə alaraq, kommunal xidmət sahəsində fəaliyyət göstərən dövlət qurumlarının mövqeyini öyrənməyə çalışdıq.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, təmsil etdiyi qurumun “qaynar xətt”i 24 saat fasiləsiz xidmət göstərir: “Bizdə əvvəllər fəaliyyət göstərən 109 saylı qəza xidməti var idi, ”Azərişıq" yarandıqdan sonra bu, “çağrı mərkəzi” adlandırıldı. O cümlədən, Azərbaycanın bütün regionları “Azərişıq” tərəfindən idarə olunduğundan 199 saylı "çağrı mərkəzi" yaradıldı. Bildiyiniz kimi, “Azərişıq” yaradıldıqdan sonra 5 departament yaradıldı. Texniki Departament, Enerji Satışı Departamenti, İnkişaf və İnvestisiya Departamenti, İnsan Resursları, eləcə də Xidmət Departamenti. Bu xidmətlərin keyfiyyətini qaldırmaqdan ötrü 199 saylı qəza xidməti yaradıldı və bu departamentlərə aid sualları cavablandırmaq üçün xətlər ayrıldı. Hazırda 16 xətdən ibarət 30 telefonçu xidmət göstərir. Yəni eyni anda gələn zənglərə operativ cavab verilir. Təbii ki, bu zənglərin sayı daha çox ola bilər. Ancaq buna baxmayaraq, gələn telefon zəngləri qeydiyyata alınır. Əgər telefon məşğul olursa, bizim əməkdaşlar operativ şəkildə onların problemləri ilə maraqlanmaq üçün daha sonra zəng edirlər".

T.Mustafayevin sözlərinə görə, mütəmadi olaraq həmin əməkdaşlar arasında maarifləndirmə işləri həyata keçirilir ki, abonentlərlə davranışda səhvə yol verməsinlər: “İnsanlarla çox mehriban danışmalarını, gələn zənglərə diqqətlə qulaq asmalarını, operativ olmalarını tövsiyə edirik. Təbii ki, burada insan faktoru da var. Xarakterdən də asılıdır. Bizim əməkdaşlar narahat və ya əsəbi ola bilərlər. Çalışırıq ki, istənilən gələn zəngləri çox normal qaydada, mehribanlıqla qarşılasınlar, problemə həssas yanaşsınlar. Vətəndaşlardan da, əməkdaşlarımızdan da xahiş edirik ki, zəng edərkən ünvanı və telefon nömrələri düzgün qeyd etsinlər”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı gün ərzində qaynar xəttə 2000-dən çox zəng daxil olduğunu bildirdi: “Bizim 955 saylı "qaynar xətt"imiz 7/24 rejimində fəaliyyət göstərir. Əməkdaşlarımız orada növbəli rejimdə işləyirlər. Onlar maksimum dərəcədə zənglərə cavab verirlər. Ancaq təbii ki, zənglərə cavab verilmədiyi hallar da ola bilər. Bəzən eyni vaxtda 30-40 nəfər zəng edir. Ancaq bizim "çağrı mərkəzi"ndə o qədər əməkdaşımız yoxdur. Orada 7-8 nəfər çalışır. Bizim regionlarda, həmçinin Bakının müxtəlif rayonlarında xidmət mərkəzimiz var və hər birində iki nəfər əməkdaş vətəndaşların zənglərinə cavab verir. Əksər hallarda vətəndaşlar birbaşa onlara zəng edirlər. Bəzən zəng edən vətəndaş sona qədər gözləmir və zəngi yarımçıq qoyur. Bu zaman dispetçerlərimizin boş vaxtı olanda o abonentlə əks əlaqə yaradırlar. Çünki daxil olan zənglər itmir. Lakin bəzən də xəttə gözləyən vətəndaşların sayı çox olur və əməkdaşlarımızın əks əlaqə yaratmağa vaxtı olmur. "Çağrı mərkəzi"ndə gündüz 8, gecə isə 3-4 nəfər əməkdaşımız fəaliyyət göstərir”.

“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyevin sözlərinə görə, 956 saylı "çağrı mərkəzi" 24 saat ərzində fəaliyyət göstərir və heç bir zəng itirilmir: “Cavab verilə bilməyən zənglərdə isə vətəndaşlara təklif olunur ki, mesaj qutusuna şikayətinizi bildirsin. Vətəndaş öz şikayətini və dəqiq ünvanını həmin mesaj qutusuna deyir və əməkdaşlarımız tərəfindən gün ərzində həmin abonentlə əks əlaqə yaradılır. "Qaynar xətt"dən əlavə bizim 24 saat işləyən Mərkəzi Dispetçer Xidmətimiz fəaliyyət göstərir. Hazırda 2 nəfər əməkdaşımız "çağrı mərkəzi"ndə, 2 nəfər də Mərkəzi Dispetçer Xidmətində fəaliyyət göstərir. Bizim ərazilərdə İstilik İstismar Sahələri var. Vətəndaşlar adətən ərazi üzrə müraciət edirlər və problemləri həll olunur. Ancaq "çağrı mərkəzi"nə zəng edənlər də az deyil. Cavab verilmədikdə belə əməkdaşlarımız gələn zəngləri sistemdə görüb əks əlaqə yaradırlar".

“Azəriqaz” İB-nın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev də vurğuladı ki, bu qurumun 104 və 185 nömrəli qaynar xətləri 7 gün 24 saat fəaliyyət göstərir: “2016-cı ildə bizim "çağrı mərkəzi"nin proqram təminatında yenilənmə işləri aparılıb. Bu "çağrı mərkəzi" bütün regionları əhatə edir. Daxil olan bütün zənglər elektron qaydada qeydə alınır və müvafiq rayona yönəldilir. Əvvəllər daxil olan zənglərə cavab verilmədikdə o zəng itirilirdisə, indi yeni sistemdə artıq heç bir zəng itirilmir. Əməkdaşlarımız zənglərin əksəriyyətinə cavab verir, cavab verilməyən vətəndaşlara isə sonradan təkrar zəng edilir. Zənglər sıx olduğu zaman digər zənglər gözləmə mövqeyinə alınır və mərhələli şəkildə xəttə qoşulurlar. Çünki bəzi zənglərin cavablandırılması bir neçə dəqiqə çəkir. Məsələn, kartın koda düşməsi ilə bağlı zəng gələrsə, bunu vətəndaşa izah etmək ən azı 5 dəqiqə vaxt aparır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar xətt fəaliyyətə başladı

    Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar ...

    7-04-2016, 16:58

  • 
  • Ali məktəblərin “qaynar xətt”- NÖMRƏLƏRİ

    Ali məktəblərin “qaynar xətt”- NÖMRƏLƏRİ ...

    18-01-2014, 11:18

  • 
  • İlham Əliyev 3 oliqarxın səlahiyyətini əlindən aldı

    İlham Əliyev 3 oliqarxın səlahiyyətini əlindən ...

    6-05-2016, 12:41

  • 
  • İlham Əliyev 3 oliqarxın səlahiyyətini əlindən aldı

    İlham Əliyev 3 oliqarxın səlahiyyətini əlindən ...

    10-05-2016, 22:37

  • 
  • Azərişıq ASC sədri Baba Rzayevə, Yeni Bakı Yaşayış kompleksinin sakinləri tərəfindən müraciət !!!

    Azərişıq ASC sədri Baba Rzayevə, Yeni Bakı ...

    2-06-2018, 23:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu