Daha öncə də xəbər verdiyimiz kimi, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi sakinləri Şəhid Ramiz Aboyev adına mədəniyyət və istirahət parkının baxımsızlığından narazıdırlar.
Gundemxeber.az sonxeber.az-a istinadla bildirir ki, sakinlərin gözlərinə görə, günün bütün saatlarında istirahət üçün istifadə etdikləri, uşaqların oynadığı bu məkanda hava qaralandan sonra oturmaq, gəzmək mümkün deyil. Park qaranlıqdır, karusellərin isə bir çoxu işləmir, uşaqlarını araba ilə gəzdirən analar yolların kələ-kötürlüyündən əziyyət çəkirlər.
Şikayətçi bildirir ki, 2-3 karusel var idi, onları da söküblər:
"Parkda olan toklu maşın, yelləncək, "vikinq", delfin və başqa attrksionları çıxarıb aparıblar. Uşaqlar tokla işləməli olan karuselləri əlləri ilə işlədib oynayırdılar. Onları götürüb, parkın düz ortasına başqa 2 ədəd karusel qoyublar, park çox səliqəsiz görünür".
Xatırladaq ki, İ.Hidayətzadə küçəsi 16 ünvanında yerləşən istirahət parkı 1961-ci ildə Sovetlər dövründə yaradılıb. Sahəsi 6 hektardır. Parkda çoxsaylı iaşə və ticarət obyektləri ilə yanaşı, Binəqədi seçki dairəsi də fəaliyyət göstərir.
Bundan əlavə, parkda 2 şəhidin abidəsi var. Biri - şəhid Aboyev Ramiz Nazim oğlu - Qarabağ müharibəsi başlayan zaman, həqiqi hərbi xidmət keçməsinə baxmayaraq, könüllü olaraq özünümüdafiə batalyonunun Şuşa şəhərində ordu sıralarına yazılıb və kəşfiyyatçı olub.
İkinci şəhid isə 1992-ci ildə şəhid olan Hüseynov Arif Qasım oğludur.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cavab verən olmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?