Gundemxeber.az » GündəmXəbər » “OBA” marketdə ÖZBAŞINALIQ - ƏDV-ni mənimsəmək üçün müştərilər necə ALDADILIR?
“OBA” marketlər şəbəkəsində özbaşınalıq hökm sürdüyü iddia olunur. Belə ki, marketlər şəbəkəsinin “İnşaatçılar” metrostansiyası yaxınlığında yerləşən filialında bir həftədən çoxdur ki, müştərilərə alış-veriş zamanı qəbz verilmir. Alıcılar qəbzi tələb edəndə isə market işçiləri min cür bəhanələr gətirir. Sözügedən marketdə qəbzin verilməməsi ƏDV-nin mənimsədilməsi kimi dəyərləndirilib.
Gundemxeber.az bildirir ki, bizim.media-ya müraciət edən müştərilər belə deyir.
Onların sözlərinə görə bu azmış kimi “OBA” marketlər şəbəkəsinin özünə məxsus paketləri ya "aptek"lərdən, ya da "Al market"dən alınır.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan "OBA”marketlər şəbəkəsinin rəsmisi Təranə Cəlilzadə qeyd edilən problemin artıq həll olunduğunu bildirib:
“Yasamal 20” marketimizdə logistika gecikməsi səbəbi ilə çek problemi yaranıb. Məsələyə müdaxilə edilərək qeydə alınmış problem artıq aradan qaldırılıb”, - deyə market rəsmisi əlavə edib.
Qeyd edək ki, "OBA" marketlər şəbəkəsi müştərilərə xidmətdə ən çox tənqid edilən ticarət mərkəzidir.
GUNDEMXEBER.AZ
12-12-2019, 19:27
4-06-2020, 14:09
10-12-2019, 13:47
23-11-2013, 15:08
21-04-2016, 23:01
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?