GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Azərsu” ASC Tragikomediya kimi...-Baş rolda Qorxmaz Hüseynovun qardaşı oğlu/RƏZALƏT

“Azərsu” ASC Tragikomediya kimi...-Baş rolda Qorxmaz Hüseynovun qardaşı oğlu/RƏZALƏT

Tarix: 23-09-2021, 10:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 356

      

“Azərsu” ASC-də qadını kişi, kişini qadın edib də, imzasını atan idarə rəisi kimdir?


 Azərbaycan təkcə təbii sərvətləri, coğrafiyası ilə deyil, həm də savadı, zəkası “fontan vuran” məmurları ilə möcüzələr ölkəsi sayıla bilər. İndiyə kimi bizim məmurların saysız “qəhrəmanlıqlarının”, dünyanın aparıcı elm mərkəzlərinin həsəd apara biləcəyi “yeniliklərinin” şahidi olsaq da, “Azərsu” ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin rəisi Eyvaz Hüseynov şok yaradacaq bir yeniliyə imza atıb: “Qadını kişi, kişini qadın edib”, mübarək imzası ilə də təsdiqləyib. Necə? Yazını sonadək oxuyaq da, necəliyini də bilək.

                              

 “Azərsu” əməkdaşının 200 manatlıq “hörməti”


Gundemxeber.az bildirir ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi Aşıq Ələsgər k. Ev 11 ünvanda yaşayan vətəndaş Rüstəmova Müşkünaz Kərim qızının “Azərsu” ASC-nin sədrinin vəzifəsini icra edən cənab Köçərli Həsənova ünvanladığı müraciətin surəti yenixeber.org-a daxil olub. Müraciətdə su sayğacında yaranan problemdən və bir qrup “Azərsu” əməkdaşının məsuliyyətsiz əməllərindən bəhs olunur:

“Hörmətli Köçərli müəllim, biz 2000-ci ildən yuxarıda qeyd etdiyim ünvanda yaşayırıq. Su pulunu vaxtlı-vaxtında ödəmişik. 2013-cü ildə bizim su xəttimizə Smart tipli sayğac qoyuldu. (Sayğacımızın kodu: 1322514400000) 2017-ci ildə sayğacımızda problem yarandı. Abşeron Su-Kanal İdarəsinə müraciət etdik. Bizə sayğacın mənfiyə getdiyini və borcumuzun olduğunu söylədilər. 2-3 gün sonra iki nəfər (Birinin adı İlyas idi.) gəlib, dedi ki, sayğacı aparıb düzəldəcəklər və plomblanmış şəkildə gətirib qoyacaqlar. Həyat yoldaşım Rüstəmov Abbasəli Süleyman oğlundan 180 manat rüsum kimi və “hörmət” kimi 20 manat aldılar. Həmən gün axşam saatlarında sayğacı plomblanmış şəkildə gətirib yerinə qoydular. Sayğac normal işləyirdi...Amma, 2021-ci ilin mart ayında sayğacın batareyası dayandı. Mən yenidən Abşeron Su-Kanal İdarəsinə müraciət etdim. Sayğacı mexanikiyə keçirdilər və mənfiyə keçdiyinə görə 948 manat cərimə yazdılar(?) Bizim ailə tərkibimiz 2 nəfərdən ibarətdir. Həyətyanı sahəmiz 200 m2-dir. (Evlə birlikdə.) Qış aylarında 3m3 su bizə kifayət edib. Kartla ödəniş edib, suyumuzu istifadə etmişik.

Həyat yoldaşım Abşeron Su-Kanal İdarəsindən faktura tələb edib, bu fakturada 2017-ci ildə İlyas adlı əməkdaşınıza verdiyimiz 180 manat qeyd edilməyib(?) Biz 2 nəfərlik ailənin bu qədər su işlətməsi qeyri-mümkündür. Abşeron Su-Kanal İdarəsində müraciətimizə baxılmır, müxtəlif bəhanələrlə süründürürlər.

Biz ikimiz də pensiyaçıyıq, yaşlı adamlarıq. Sizdən xahiş edirəm ki, bizim bu problemimizin həll olunmasını təmin edəsiniz. Ümid edirəm ki, sayənizdə digər instansiyalara müraciət etməyimizə ehtiyac qalmayacaq”.

                  

İdarə rəisi Müşkünaz Rüstəmovanı Rüstəm Müşkümova elədi(?)


Dünən şikayətçi tərəf redaksiyamızla əlaqə yaradıb, maraqlı faktlar təqdim elədi... Belə ki, şikayətçi tərəf “Azərsu” ASC-nin sədrinin vəzifəsini icra edən cənab Köçərli Həsənova ünvanlanmış şikayət məktubuna Nəzarət Ölçü Cihazları İdarəsinin rəisi Eyvaz Hüseynovun imzası ilə “cavab məktubu” alıb. (Eyvaz Hüseynov “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun mərhum qardaşı Məhəmmədin oğludur. Red.)

 Şübhəsiz “cavab məktubu”nu dırnaqda yazmağımız səbəbsiz deyil. Səbəb isə sözün bitdiyi yerdir... Məktubun mahiyyətcə mənasızlığı bir yana, Eyvaz Hüseynov elə bir rüsvayçılığa, rəzalətə imza atıb ki, təmsil etdiyi qurumu komediya teatırı ilə bir medalın iki üzünə çevirib: Şikayətçinin ünvanı Ceyranbatan qəsəbəsi Aşıq Ələsgər k. Ev 11 olduğu halda, həm “cavab məktubu”nda, həm də zərfin üzərindəki bəlli bölmədə ünvan Ceyranbatan qəsəbəsi Yenikənd ev 144 olaraq göstərilib(?) Hələ bu harasıdır, Eyvaz Hüseynov imzaladığı məktubda ikinci- daha da böyük “gül vurub”. Məktubun xitab hissəsində “kosmetik əməliyyat aparıb-qadını kişi, kişini qadın edib”-Müşkünaz Rüstəmova yerinə Rüstəm Müşkümova yazıb... Eyni zamanda bu “yenilik” zərfin üzərində də əks olunub. Bu səbəblərdən də məktub günlərlə poçt şöbəsində qalmalı olub. (Fotolara diqqət edin. Red.)

Bu nə texniki səhv deyil, nə də ciddi yanlışlıq... Bu faktlar illərlə böyük bir idarəyə rəhbərlik edən birisinin yerinin səhv düşməsinin, Qorxmaz Hüseynovun qohumbazlığının fəsadının, dövlət vəzifəsinə məsuliyyətsizliyin, nəhayət bir xarakterin göstəricisidir. Hansı ki, həm də, “Azərsu” ASC-ni bir TRAGİKOMİK səhnə kimi canlandırır. “Artistləri” də bir deyil, iki deyil. Hər biri də babat səlahiyyət sahibi. Başqa sözlə ənənəvi teatrlardan fərqli olaraq “Azərsu” ASC-nin “səhnəsində yer alan baş rol ifaçılarının” sayı 10-larladır. “Oynadıqları da faciəvi komediya səhnələri”... Tamaşaçıları da bu “artistlər”in sayəsində faciə yaşayan Azərbaycan insanı.

 Biz zamanında yenixeber.org-da yazanda ki, Qorxmaz Hüseynov SOCAR-dan, təqaüddə olan polislərdən,hərbiçilərdən, qohum-əqrəbasından, tələbə, əsgərlik yoldaşlarından ibarət bir diletant komanda formalaşdırıb, üstümüzə gəlirdilər. İşindən bixəbər, fikri-zikri parada olanlara vəzifə vermək, baxça uşağının əlinə odlu silah verməkdən də təhlükəli və zərərlidir... Eyni ilə “Azərsu” ASC-də olduğu kimi.

Nəhayət, biz də yenixeber-org olaraq bu müraciətlə bağlı Köçərli Həsənova rəsmi məktub ünvanlamışıq. Hələ ki, cavab yoxdur(?)

Mövzunun davamı olacaq.

 

                 

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Azərsu"da dəyişiklik

    "Azərsu"da dəyişiklik ...

    6-09-2015, 12:41

  • 
  • “Azərsu” ASC-nin əməkdaşı iş yerində öldü

    “Azərsu” ASC-nin əməkdaşı iş yerində öldü ...

    13-04-2021, 17:26

  • 
  • “AZƏRSU” ASC-də itbata salınan milyonlar

    “AZƏRSU” ASC-də itbata salınan milyonlar ...

    22-04-2016, 21:39

  • 
  • “Azərsu”da maaş böhranı yarandı

    “Azərsu”da maaş böhranı yarandı ...

    2-05-2014, 09:54

  • 
  • “Azərsu” ASC-nin sədri işdən çıxarıldı - SƏRƏNCAM

    “Azərsu” ASC-nin sədri işdən çıxarıldı - SƏRƏNCAM ...

    4-05-2021, 20:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu