Bu günlərdə “Gündəm Xəbər”in elektron poçtuna göndərilən və redaksiya əməkdaşlarından bəzilərinin də məlumatlı olduğu olay, yenidən diqqətimizi cəlb etməkdədir. Yəni, çatdırılan məlumat toplusu “AZƏRSU” ASC-nin sədri cənab Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovla bağlıdır. Daxil olan məlumatlarda bildirilir ki, Faiq Hüseynov “AZƏRSU” ASC-də işlədiyi vaxtlarda tikdirib ərsəyə gətirdiyi mülkləri, özünə yaxın olan şəxslərin adına sənədləşdirib. Həmin mülklərin hansı vəsaitlər hesabına tikilməsi, əldə olunan pulların hansı yollarla qazanılması, bu gün də bizi düşündürməkdədir. Verilən açıqlamalarda o da qeyd olunur ki, Faiq Hüseynov təqdim olunan mülklərdə inşaat işləri tam başa çatdırıldıqdan və istifadəyə verildikdən sonra, həmin obyektlərin kimə məxsus olduğunu gizli saxlaya bilmir. Onu da qeyd edək ki, hal-hazırda Faiq Hüseynov ARDNŞ-nin Qazma İşləri Trestində rəis müavini vəzifəsini daşımaqdadır və yəqin ki, o, illər uzunu pul qazanmaq təcrübəsini bu sahədə də tətbiq edib, külli miqdarda var-dövlətə sahib ola bilir. Növbəti açıqlamamızda, aşağıda göstərilənlərlə bağlı məlumatları geniş ictimaiyyətin diqqətinə çatdırmağa çalışacağıq. 1. Faiq Hüseynov satınalmaları həyata keçirərkən, 11 milyon manatı necə mənimsəmişdir?! (Faktlarla) 2. Faiq Hüseynov kef məclislərini kimlərlə harada və necə təşkil edir ?! 3. Faiq Hüseynovun Pirallahı rayonundakı mülkləri, aptek və mebel biznesi haqqında . 4. Faiq Hüseynovun diplomu haqqında. 5. Bundan əlavə, digər ciddi faktları da təqdim etməyə çalışacağıq. (Dəyəri milyonlarla qiymətləndirilən 9 mülkə aid foto-şəkilləri təqdim edirik) “ Gündəm Xəbər”
Sorğu
Yeni dizaynımız necədir?