GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İcbari Sığorta Bürosunun hüquqları pozulmuş əməkdaşları dövlət qurumlarına müraciət etdilər

İcbari Sığorta Bürosunun hüquqları pozulmuş əməkdaşları dövlət qurumlarına müraciət etdilər

Tarix: 23-09-2021, 16:39 Bölmə :GündəmXəbər / Manşet Baxış: 358


Bir müddətdir ki, İcbari Sığorta Bürosunda baş verən qanunsuzluqlarla bağlı dərc etdiyimiz məlumatlar İSB tərəfindən nə təkzib, nə də təsdiq edilir.Ya deməyə sözləri yoxdur, ya da mətbuatla işləmək qabiliyyətində deyillər.


Redaksiyamıza daxil olan məlumatlara görə adıçəkilən qurumda çalışmış və hüquqları pozulmuş bir qrup vətəndaş yuxarı instansiyalara müraciət edərək kömək istəyiblər.Müraciətin mətnini əldə edərək qısa ixtisarla dərc edirik.
"İşlədiyi qurumda yol verdiyi qanun pozuntuları, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə barəsində kifayət qədər sübutlarla hazırlanmış xəbərlərin ictimailəşməsinə baxmayaraq Rəşad Əhmədov haqqında sığorta sektoruna nəzarət funksiyasını həyat keçirən Mərkəzi Bank tərəfindən heç bir tədbir görülməmişdir. İcraçı direktorun qanun pozuntuları, eləcə də vəzifə səlahiyyətlərindən kobudcasına sui-istifadə etməsinə dair Mərkəzi Banka dəfələrlə Büronun əməkdaşları tərəfindən müraciət edilməsinə baxmayaraq müraciətlər nəinki cavabsız qalmış, hətta heç baxılmamasına dair faktlar var.
Gələk Mərkəzi Bankın Rəşad Əhmədova verdiyi sərhədsiz səlahiyyətlərə. Rəşad Əhmədov İcbari Sığorta Bürosunun icraçı direktorudur və eyni zamandada maraqlı şəxs olmasına baxmayaraq 2020-ci ilin sentyabr tarixindən Standard İnsurance sığorta şirkətinin ləğvetmə komissiyasının sədri təyin edilmişdir, yəni qanunvericiliyə, eləcədə Korrupsiyaya Qarşı Mübarizə haqqında Qanunun 9.3.1 maddəsinə zidd olmasına baxmayaraq (xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq) iki vəzifəni eyni zamanda daşımaqdadır. Beləliklə “Standard Insurance” Sığorta Şirkəti kimi ləğv edilən qurumda qərarverici şəxslə bütün sığorta ödənişləri həyata keçirməyə məsul olan İcbari Sığorta Bürosu Rəşad Əhmədovdur, yəni eyni adamdır. Başqa sözlə, vətəndaşlara qəza hadisələri ilə bağlı kompensasiyaların ödənilməsi zamanı qərar verənlə vəsaiti ödəyən adam eynidir, yəni maraqlı tərəfdir. Direktorun iki öhdəliyi birdən öz üzərinə götürməsi və ya bütün səlahiyyətlərin nəyə əsasən bilərəkdən bir şəxsə verilməsinə mötəbər qurum sayılan Mərkəzi Bankın birinci müavini sığorta sektorunun baş kuratoru Alim Quliyev tərəfindən göz yumulması da haqlı şübhələrə yol açır.
Eyni zamanda diqqətə çatdıraq ki, İSB-də vəzifə maaşı 10 min manat olmasından gözü doymayan rəhbər səlahiyyətlərindən sui-istifadə edərək özünə “Standard İnsurance” sığorta şirkətindən də yüksək əmək haqqı təyin edərək xalqın pullarını mənimsəməkdədir.
Keçək “Standard İnsurance” sığorta şirkətinin ləğvetmə prosesində baş verən özbaşınalıqlara. Bildiyiniz kimi ləğvetmə prosesində olan qurumların əmlakları qanunvericiliyə uyğun olaraq hərraclar vasitəsilə satışa çıxarılmaqdadır. Araşdırmamız nəticəsində bəlli olmuşdur ki, əmlakların satışı ilə bağlı ilk öncə Rəşad Əhmədov öz qrup yoldaşı olması ehtimal edilən Xaliq Qurbanovun rəhbəri olduğu Bakı Hərrac Mərkəzi ilə xidməti müqavilə bağlayır. Lakin hərracda baş verən özbaşınalıqlar ictimailəşdikdən sonra ehtiyyat igidin yaraşığıdır deyib keçir Əmlak Hərrac Mərkəzi ilə əməkdaşlıq etməyə. Hərracda satılanlardan biri də “Standard İnsurance” sığorta şirkətinə məxsus elektron avadanlıqlar və ofis mebellərindən ibarət inventar olur. Hərrac vasitəsilə bu inventarlar üzrə qalib alıcı Kamil Heybətov müəyyənləşir. Və prosesə uyğun olaraq alıcı beh və əsas məbləği “Standard İnsurance” sığorta şirkətinin hesabına tam şəkildə ödəyir. Lakin sonradan inventarların təhvil alınması zamanı hərracda satılan siyahı üzrə inventarların heç də reallığı əks etdirmədiyi alıcı tərəfindən müəyyən edilir. Bu zaman isə malların qaytarılması, eləcə də ödənmiş vəsaitin geri qaytarılması Rəşad Əhmədovdan tələb edilir. Son dövrlər vəziyyətinin onsuzda gərgin olduğunu düşünən R.Əhmədova alıcılara şikayət etməmələri qarşılığında əsas vəsaitlərin satışı üzrə hərracların keçirilmə qaydalarına zidd olmasına baxmayaraq, ödənilmiş vəsaitin tam şəkildə onlara geri qaytarılacağına boyun olur. Lakin incə məqamı diqqətinizə çatdıraq - ölkə tarixində heç bir zaman hərracdan alınmış əmlakdan imtina əsasında alıcıya nəinki ödədiyi bütöv məbləğ, heç behi belə geri qaytarılmır. Lakin sərhədsiz və nəzarətsiz səlahiyyətlərə malik rəhbər qəbul edilmiş qaydaların və ipoteka haqqında qanunun əksinə gedərək vəsaiti tam şəkildə alıcıya geri qaytarır. Mütəxəssislərin rəylərinə əsaslanaraq deyə bilərik ki, satılan inventarların satıldıqdan sonra həyatda olmadığının anlaşılması və qəbul edilmiş qaydalardan qırağa çıxaraq qurumun vəsaitini öz şəxsi vəsaiti hesab edərək geri qaytarması son zamanlar Rəşad Əhmədovun səriştəsiz fəaliyyətinə dair qınaqlarımızda haqlı olduğumuzu bir daha sübut edir. Bu kimi hallara əsaslandıqda məsuliyyətin təkcə Əhmədovda deyil, eləcə də onun səriştəsiz komandasında olması ehtimalıda yaranır.
Korrupsiyaya qarşı mübarizənin vüsət aldığı indiki dövrdə Rəşad Əhmədov kimi səriştəsiz və korrupsioner məmura Mərkəzi Bankın maraqlı şəxsləri tərəfindən buqədər əhəmiyyətli səlahiyyətlərin verilməsi bir vətəndaş gözündən baxdıqda çox təəssüfedicidir. Ümid edirik ki, cənab Prezidentin hər zaman bildirdiyi kimi ictimai qınaq öz yerin tapacaqdır."
Məlumat üçün qeyd edirik, artıq İSB-də baş verənlər məhkəmə müstəvisinə daşımaqdadır. Belə ki, hüquqları pozulan və işindən qanunsuz çıxarılan Qənbərov Mənsur Nizami oğlu Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə prosesinə hakim Toğrul Axundovun rəhbərliyi ilə start veriləcək. Məhkəmədə baş verənləri mütəmadi olaraq izləyib dəyərli oxucularımızı məlumatlandırmağı planlaşdırırıq.
Bizi izləməkdə davam edin..../Stimulxeber.az/



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcbari Sığorta Bürosunda NƏ BAŞ VERİR? - Rəşad Əhmədovdan şikayət

    İcbari Sığorta Bürosunda NƏ BAŞ VERİR? - Rəşad ...

    8-05-2021, 11:03

  • 
  • İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər olub

    İcbari Sığorta Bürosunun rəhbərliyində ...

    1-04-2019, 11:00

  • 
  • Sığorta fırıldaqçıları barədə xəbərdarlıq

    Sığorta fırıldaqçıları barədə xəbərdarlıq ...

    17-04-2015, 15:30

  • 
  • İcbari tibbi sığorta haqları belə olacaq

    İcbari tibbi sığorta haqları belə olacaq ...

    25-11-2019, 11:56

  • 
  • Vəzifə səlahiyyətlərindən sui-istifadə etdi, iş məhkəməyə getdi

    Vəzifə səlahiyyətlərindən sui-istifadə etdi, iş ...

    25-12-2014, 23:18


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu