GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Səhiyyə sistemində bazarlaşma qaydaları hökm sürür - QARANLIQ TENDER OYUNLARI VƏ… - VİDEO

Səhiyyə sistemində bazarlaşma qaydaları hökm sürür - QARANLIQ TENDER OYUNLARI VƏ… - VİDEO

Tarix: 28-09-2021, 13:52 Bölmə :GündəmXəbər / Manşet Baxış: 599


Səhiyyə Nazirliyi ölkəmizdə vacib olduğu qədər də, bərbad fəaliyyət göstərən qurumlardan biridir.


Elə gün olmur ki, kimsə, daha doğrusu kimlərsə səhiyyəmizdən şikayət etməsin.

Yerli televiziya kanalları müəyyən ödəniş qarşılığında, reklam xatirinə özəl klinikalarda çalışan bəzi Türkiyədə təhsil almış həkimlər vasitəsilə Səhiyyəmizin güya inkişaf etdiyi pozitiv görüntü yaratmağa çalışsalar da, Dövlət xəstəxanalarında çalışan əksər həkimlər yenə bir yolunu tapıb səhiyyənin əsl simasını tanıtmağa nail olurlar.

Əminliklə deyə bilərik ki, Azərbaycan səhiyyəsinin ən yaxşı bacardığı iş rüşvət almaqdır.

2020-ci ilin özü ilə gətirdiyi pandemiya bəlası da Səhiyyəmizin, daha doğrusu bir çox işbaz səhiyyə işçilərinin "biznesinin inkişafına təkan verdi".

Rüşvətlə "COVID" testi götürən kim, rüşvət qarşılığında "yerimiz yoxdur" deyib, xəstəxanaya götürmədiyi xəstəni, elə həmin xəstəxanada "yer tapıb" yerləşdirən kim, reseptə bahalı dərmanlar yazaraq, əczaxanalarla əməkdaşlığını daha da inkişaf etdirən kim, reseptə yazılmış "covid"in müalicəsində yararlı dərmanları iki, hətta bəzən üç qat bahasına satan kim, kim.... kim... kim... və.s.

Saymaqla bitməyən bu qədər oyunları, bizim səhiyyəmiz illərdir yorulmaq bilmədən insanlarla oynayır. Hələ oynamağa nə qədər davam edəcəyi də bəlli deyil.

Səhiyyəni öldürməyib, ölümcül vəziyyətə salıb, yanı üstə qoyan Oktay Şirəliyevin izlərini bu sistemdən təmizləmək üçün yəqin ki, hələ çox zaman lazım gələcək.

Zatən, hələ deyəsən ağsaqqal Oktay Şirəliyevin nöqsanlarını aradan qaldıra biləcək (ən azından buna ümid edirik) biri də Səhiyyə Nazırı kürsüsünə əyləşməyib

Yəni, səhiyyə sistemi ağsaqqal sabiq nazirin zamanındakı "qayda" da davam etdirilir.

GundemXeber.Az bildirir ki, DogruXeber.az-ın redaksiyasına bu yaxınlarda daxil olan məlumatlar da bunun açıq sübutudur.

Demək, məlumatda bildirilirdi ki, Milli Ankologiya Mərkəzində rüşvət "ayaq tutub yeriyir".

Hansı ki, hazırkı dövrümüzdə tam müalicəsi mümkünsüz olan və onların müalicəsi Ankologiya Mərkəzində təmənnasız müalicə edilməli olan xəstələrə Mərkəzin həkimləri müalicəni rüşvətlə yazır, tibb bacıları da rüşvətlə bu müalicəni xəstəyə tətbiq edirlər. Özü də əvvəlcədən təyin edilmiş xüsusi qiymətlərlə.

Ağır ankoloji xəstəyə bir iynəni 100 manata vururlar. Hələ üstəlik xəstə yaxınları ilə "bazarlıq" edib, növbəti iynələrdə "endirim" edəcəklərini deyərək, "müştərini" də "şirnikləndirirlər".

Bu videogörüntülərdə də gördüyünüz kimi Davud həkim bu vətəndaşa qarşı "humanistlik" göstərərək, "ola bildiyi qədər endirim edib".

Vurulmalı olan iynənin 4-nü 100-dən aşağı yeri yoxdur, qalan ikisini "endirim" edib, onların ikisinə 100 manat. Yəni, məşhur reklam mətnlərində olduğu kimi - "6 al, 5 ödə".

Deyir: - "Gedin, baxın. Hər yerdə xəstələrdən bu iynənin hər biri üçün 150-200 manat alırlar. Amma, rayonlara getsəniz, hamısı birlikdə sizə 250-300 manata başa gələcək. Mən həqiqətən sizə kömək etmək istəyirəm, ona görə minimum qiymət deyirəm."

Yeri gəlmişkən onu da bildirək ki, Milli Ankologiya Mərkəzinin gəlirləri təkcə dövlət tərəfindən ayrılan maaş və xəstə yaxınlarından aldıqları rüşvətdən ibarət deyil.

Redaksiyamızın əldə etdiyi daha bir məlumata görə Milli Ankologiya Mərkəzi açıq tender keçirib. Tenderin qalibi olan "Azər-Med" QSC ilə müqavilə imzalayıb.

"Tibbi avadanlıqların satın alınması" adı ilə keçirilən və külli miqdarda məbləğin də qeyd edildiyi bu müqavilə isə Dövlət Satınalma Portalında katirovka sorğusu baş tutmadan keçirilib. Açıq tender elan verildikdən ən azı 30 iş günü sonra keçirilməlidir.

Milli Ankologiya Mərkəzi isə nə vaxt, harda elan verdiyi bəlli deyil, lakin 08.09.2021-ci il tarixində tenderin qalibini elan edir.

"Tibbi inventarların satınalınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi "Azəri-Med" QSC olmuşdur. Milli Onkologiya Mərkəzi qalibə 47 mn 649 manat ödəyəcək."

16.09.2021-ci il tarixində yenidən eyni adlı şirkətlə, "Azər-Med" QSC ilə tender müqaviləsi imzalanıb.

Bu müqavilə barəsində də nə əvvəlcədən verilmiş elana, nə qalib adının açıqlandığı elana heç bir mediada rast gəlmədik.

Qeyd: Qanunvericilikdə nəzərdə tutulur ki, millət vəkili, dövlət məmuru hər hansı bir özəl bizneslə məşğul ola bilməzlər. Deyilənə görə, "Azəri -Med" QSC-nin rəhbəri 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilmiş, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyevin müavini Kəmaləddin Qafarovdur.

"Tibbi avadanlıqların satınalınması" adı altında, külli miqdarda məbləğin qeyd edildiyi və açıq tender olmasına baxmayaraq, katirovka sorğusu baş tutmadan keçirilən tender barəsində yaranmış suallarımızı cavablandırması üçün Milli Ankologiya Mərkəzinin elektron ünvanına rəsmi sorğu göndərdik. 24 saat ərzində cavab verilməli olan sorğumuza, iki həftəyə yaxın müddətdə cavab gəlmədiyini görüncə, sözügedən mərkəzlə telefon əlaqəsi saxladıq.

Özünü Saida xanım kimi təqdim edən, telefonumuza cavab verən xanım bildirdi: - "Bizim akademik Cəmil müəllim bu sorğuya cavab vermədi. Deyir, Səhiyyə Nazirliyinə göndərsinlər sorğunu, ordan cavab alsınlar."

Mətbuatın sorğusuna cavab verməyi lüzum bilməyəcək qədər məsuliyyətsiz olan bu qurum, eyni zamanda bağladığı şübhəli tender müqavilələrinin və xəstə yaxınlarından aldıqları rüşvətin də məsuliyyətini öz boyunlarından ataraq, Səhiyyə Nazirliyinin üzərinə atmağa çalışır.

Nə bilmək olar, bəlkə də bu boyda məbləğlərlə oynayan Milli Ankologiya Mərkəzinin arxasında Səhiyyə Nazirliyinin özü dayandığı üçün bu qədər sərbəstdir.

Saida xanımın dediyinə görə, Cəmil müəllim də sorğumuza cavabı Səhiyyə Nazirliyinin verməli olduğunu deyərək, bəlkə də elə buna işarə edib.

Qeyd edək ki, Milli Ankologiya Mərkəzi hələ təkcə 2021-ci ildə bir neçə tender elan edib. Onların bir neçəsinin qalibləri barəsində də mediada heç bir məlumata rast gəlmədik.

Elan var, qalib yox.

Redaksiyamız yazıda adları çəkilən hər kəsin söz haqqını tanıyır və qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qazaxıstanın Səhiyyə Nazirinin COVID-19 testi pozitiv çıxdı

    Qazaxıstanın Səhiyyə Nazirinin COVID-19 testi ...

    14-06-2020, 12:23

  • 
  • TƏBİBdən Səhiyyə Nazirliyinə maaş ittihamı: həkimlərin pulunu kim yeyib?

    TƏBİBdən Səhiyyə Nazirliyinə maaş ittihamı: ...

    20-08-2020, 10:55

  • 
  • Səhiyyəmizin “Rauf Nağıyev problemi”

    Səhiyyəmizin “Rauf Nağıyev problemi” ...

    30-04-2014, 10:07

  • 
  • Nazirlik həkim-klinika alveri qarşısında aciz qalıb

    Nazirlik həkim-klinika alveri qarşısında aciz ...

    22-12-2013, 23:30

  • 
  • Gəncədə Abbas Səhhət adına xəstəxanada rüşvət piramidası- Koronavirus həkimlər üçün əsl qazanc mənbəyidir

    Gəncədə Abbas Səhhət adına xəstəxanada rüşvət ...

    17-03-2021, 13:43


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu