GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şərifovun "Evrascon"u indi də Ağsuda AT OYNADIR - NARAZILIQ!

Şərifovun "Evrascon"u indi də Ağsuda AT OYNADIR - NARAZILIQ!

Tarix: 2-10-2021, 14:10 Bölmə :GündəmXəbər / Manşet Baxış: 640


Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olan 1-ci Qarabağ müharibəsi veteranı, 18 il DİO-da çalışmış Hacıyev Alov Ağasan oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və bir sıra aidiyyatı dövlət orqanlarının rəhbərlərinə Ağsu rayon İH başçısının Kalva kənd ərazi nümayəndəsi Cavid Qədirovun və Bələdiyə sədri Tofiq İmaməliyevin korrupsiya hüquqpozmalarından verdiyi şikayətlərə görə 15 sentyabrda öz qulluq mövqelərindən süi-istifadə etməklə barəsində Ağsu Polis Şöbəsinə yazdıqları böhtan xarakterli məlumatlardan və rayonda üzləşdiyi problemlərin dərhal həll olunmasına kömək göstərilməsi məqsədi ilə müraciət ünvanlanıb.

Kalva kənd sakini, 1-ci Qarabağ müharibəsi veteranı Alov Hacıyevin sözügedən müraciətini olduğu kimi oxucularra təqdim edirik.
Kalva kənd sakini, 1-ci Qarabağ müharibəsi veteranı Alov Hacıyev yazır:

“Mən, Alov Hacıyev Ağsu rayonun Kalva kənd sakini olaraq bu kənddə yaşamış və Vətənin müdafiəsi üçün qardaşlarım Asətlə birlikdə Ağsu rayonun Hərbi Komissarlığından könüllü olaraq döyüşlərdə iştirak etmişk. Sonra isə daxili işlər orqanlarında 18 il xidmətimi davam etdirmişəm. lakin çox təəssüflər olsun ki, 5 il sağamlığımı müharibədə qoyub gələn vətəndaş kimi bildirmək istəyirəm ki, doğma Ağsu rayonumda mənim kimi insanlara qarşı yerli məmurların etinasız davranışlarını, məsuliyyətsizliyini, süründürməçiliyini, rüşvətxorluğunu görəndə məyus oluram..

Axı biz Vətənimizi ona görə qorumamışıq ki, özlərini məmur hesab edən savadsız adamlar kimlərəsə axralanıb millətin başına min bir oyun açsınlar. Belələrindən biri də mən daxil Ağsu rayonun Kalva kəndində yaşayan bütün qohum-əqrəbalarıma qarşı ayrıseçkilik kampaniyası aparan və aparmaqda davam edən kənd icra nümayəndəsi Qədirov Cavid Əlistan oğlu, digəri isə əmisi Oraz Kazımov adlı birisinin diqtəsilə mənim və qardaşlarım barəsində şər-böhtan yazmağa təhrik edilmiş yerli bələdiyyə sədri Tofiq İmaməlyevdir.

Kənd icra nümayəndəsi haqqında 10 sentyabr 2021-ci il tarixli şikayət məktubunda qeyd etmişdim ki, mən Cavidə sənəd düzəltmək adı ilə 6 il və 3 il əvvəl 600 və 950 manat rüşvət verməyə məcbur edilmiş doğma bacım oğlu Cəbrayılov Oktay Yusif oğlu və Yusifov Zaur Yaqub oğludur ki, bu adamlar Cavidin süründürməçiliyindən qurtarmaq və verdikləri rüşvətin geri qaytarılması üçün məndən köməklik göstərmələrini xahiş etdilər. Mən də 20 may 2021-ci ildə həm bu adamların həm də özümə qarşı C.Qədirovun zəlzələdən əziyyət çəkən sakin olaraq mənimsədiyi külli-miqdarda dövlət vəsaitini zəlzələdən zərər görmüş bizi kimi insanlara ev tikmək adı altında FH-nin işçilərilə gizli sövdələşərək qulluq mövqeyindən süi-istifadə etməklə özünəvə yaxınlarına evlər tikmək və təmir etdirməklə qanunsuz əməlləri barədə Sizə və yuxarı orqanlara yazdığım şikayət ərizəm Ağsu Rayon Prokurorluğunda araşdırma aparılmış, rüşvətalma faktı üzrə təyin edilən ekspertiza rəyi təsdiq edilərək prokurorluğa təqdim edilməsinə baxmayaraq dövlət qulluqçusu hesab edilən C.Qədirova qarşı istər zəlzələ maxkinasiyalarına, istərsə də rüşvətalma maddəsi üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə 2021-ci ilin iyun ayında Ağsu Rayon Prokurorluğunda əsassız qərara qəbul etmişlər.

Doğrudur, hər iki zərəçəkən Oktay və Zaur çox xahiş-minnətdən sonra prokurorluqada yazdıqları izahatlarında qeyd ediblər ki, C.Qədirov sənədimizi düzəltməyə söz verdiyinə görə ondan şikayətçi deyilik. Amma verilən 600 və 950 manat rüşvət geri qaytarılmayıb. Elə Prokuroluqda da müstəntiq bu ərizədən məharətlə istifadə edərək qanunsuz və əsassız olaraq cinayət işinin başlanmasını rədd edən qərar qəbul ediblər. Mənimsə zəlzələdən C.Qədirovun mənimsədiyi dövlət əmlakını və yanız qulluq mövqeyindn istifadə edərək özünə və qohumarına tikdirdiyi təmir etdirdiyi evlər barəsində çox təəssüf ki, heç bir hüquqi qiymət verilməmişdir.

Cavidin yaxınları da bu arada mənə deyirlər ki, sənin şikayətin əsasında Cavid 30 000 manat ziyana düşüb. Çoxlu borc alıb. Vəziyyəti ağırdır. Gərək belə olmayaydı. Və s. Axı mənim günahım nədir ki, Cavid gedib vəzifəsində qalması və həbs edilməməsi üçün 30 000 manat borc alıb? İndi də özündən arxayınlaşdıqdan və prokuror araşdırmasından qurtulduqdan sonra qisas almaq məqsədilə mənə qarşı olan kənd Bələdiyyə sədri ilə gizli sövdələşərək məndən şikayətçi olmasını təsdiq edən 15 sentyabr tarixli Polisə arayış təqdim edir. Və göstərir ki, guya mən İcra Nümayəndəliyinin inzibati binasında yerləşən Bələdiyyə üzvlərinin keçirdikləri iclas zamanı otağa daxil olmuş və sədrin var yoxuna söymüşəmmiş.

Eləcə də Bələdiyyə sədri Ağsu polis Şöbəsinə barəmdə yazdığı şikayət ərizəsində qisas almaq məqsədilə barəmdə uydurma şikayət yazmışdır ki, guya mən onun saat 12-də başladığı iclası pozmuş və onu 5 nəfər bələdiyyə üzvü yanında təhqir etmişəmmiş. Halbuki, iclasda iştirak edən Ağəliyev Ağaisa, Haciyev Amil, Əsədov Alı belə bir hadisənin baş vermədiyini qeyd etmişlər. İclas saat 12-də başlasa da mən həmin vaxt kənd qəbristanlığının yaxınlığında olmuşam. Mən yalnız səhər saat 10-da İnzibati binanın önündə verdiyim şikayətə düzgün baxılması barədə xəbərdarlıq etmişəm.

Lakin çox təəssüflər olsun ki, Bələdiyyə sədri son illərdə törətdiyi korrupsiya əməllərini ört basdır etmək üçün yazdığı böhtan dolu şikayəti polis tərəfindən İnzibati Xəta barədə protokol tərtib edilərək Ağsu Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə isə iclasda iştirak edən bələdiyyə üzvlərindən ibarət şahidlərə deyil, bələdiyyənin mühasibi olan qohumu Oktayın və Mehtinin yalançı şahidliyi əsasında barəmdə 6 sutka həbs cəzası elan etmişdir. Verdiyim Apellyasiya şikayətinə baxılmış və Şəki Apellyasiya Məhkəməsinin 24 sentyabr tarixli qərarı əsasında həbsdən azad edilmişəm.

Mən indi də Ekologiya Nazirliyindən, DİN-dən, Baş Prokurorluqdan, Ədliyyə Nazirliyi və Bələdiyyələrlə İş Mərkəzi rəhbərliyindən xahiş edirəm ki, Ağsu kənd Kalva Bələdiyyə sədri tərəfindən son illərdə həyata keçirilən qanunazidd hərəkətlər yerində araşdırılsın və hüquqi qiymət verilsin. ( Şikayət Sənədi əlavə edilir)

Bir daha xatırladımki, Muğanlı kəndindən Ağsu körpüsünə düşən istiqamətdən çay yuxarı 350-500 metr aralıda yerləşən və “EVRASCON” ASC-yə məxsus olduğu bildirilən texnikaların çay yatağını yerli Bələdiyyə və İcra nümayəndəliyinin rəsmi razılığı və icarə müqavilələri olmadan ( əslində gizli sövdələşmələrilə 20000 manat müqabilində qeyri-rəsmi razılaşdıqları) qanunsuz istismar etdikləri çay yatağında görülən qanunsuz işlər dərhal dayandırılmalıdır.

Şirkət hər gün 80-100 KAMAZ istehsal etdikləri qum, atsep və çınqıl materiallarını daşıyaraq satqısı ilə məşğul olurlar. Halbuki qanuni sənədlə iş görsələr, yerli bələdiyyənin hesabına istehsal etdikləri hər kub tikinti materialı üçün 50 qəpik pul ödəməlidirlər. Lakin bu pullar rəsmən ödənilmir. Vergidən külli miqdarda yayındırılır.

Ekologiya İdarəsi də faktı yerində gəlib araşdırsalar da, hər hansı cərimə aktı yazmayıb getmişlər. Nəticədə qanunsuz qum karxanalarının fəaliyyəti zamanı 2018-ci ilin iyulun 2-də Göyçay çayında baş vermiş daşqının 3 milyon manat dəyəri olan körpünün uçmasına gətirib çıxarmışdır. İndi də Ağsu çay körpüsu “EVRASCON” şirkətinin qanunsuz yaratdığı qum karxanasını fəaliyyəti nəticəsində yaxın zamanlarda uçub dağılacaqdır. Bələdiyyə sədri və yerli İcra nümayəndəsi isə öz mənafelərini düşünərək baş verməkdə olan cinayət barəsində vaxtında məlumat vermirlər. Dünən, sentyabrın 27-də hadisə yerinə dəvət etdiyim Ağsu Torpaq İdarəsinin əməkdaşı Vüqar müəlllim və Elçin adlı müxbirin “Evrascon” ASC-nin qanunsuz istehsal işi gördüklərinin şahidləri oldular.

Yuxarıda qeyd edilənlərimi nəzər alaraq bir daha Cavid Qədirov barəsində Ağsu Rayon Prokurorluğunun mənim 20 may tarixli şikayətimdə göstərilən faktları ört-basdır etdiyi üçün qəbul etdiyi qərarı əsassız hesab edir, ləğv edilməsini tələb edir və ərizəmin araşdırlmasının digər prokurorluq orqanlarında araşdırlmasını zəruri hesab edirəm.

Cənab Ali Baş Komandan!

Bir Qarabağ müharibəsi veteranı kimi rəsmi müraciət edirəm ki, kəndimizin icra nümayəndəsi C.Qədirov Prezidentin zəlzələdən əziyyət çəkən ailələrə köməklik məqsədilə ayırdığı pul vəsaitinə özünə, qohum-əqrəbalarına məxsus evləri tam bərpa- təmir işlərinə xərclədiyinə görə mənim şikayətim əsasında aparılan yoxlamalar zamanı külli miqdarda ziyana düşməsinə görə məni şantaj edərək 15 sentyabrda barəmdə polisə raport yazır, Yerli Bələdiyyə sədri də törətdiyi korrupsiya hallarının araşdırılmaması üçün yerli hakimə sifariş verərək məhi həbs etdirir.

Xahiş edirəm saxta diplomuilə rüşvətlər hesabına vəzifəsində qalaması üçün dəridən-qabırdan çıxan Cavid Qədirovun və Bələdiyyə sədri T.İmamaəliyevin qulluq mövqelərindən süi-istifadə edərək törətdikləri korrupsiya əməllərilə bağlı təxirəsalınmaz tədbirlər görülməsi üçün aidiyyatı orqanlara göstəriş verəsiniz.”
Ağsuda çay yataqları talan edilir: “EVRASCON” şirkətinin qum karxanasına aidiyyatı qurumlar niyə göz yumurAğsuda çay yataqları talan edilir: “EVRASCON” şirkətinin qum karxanasına aidiyyatı qurumlar niyə göz yumurAğsuda çay yataqları talan edilir: “EVRASCON” şirkətinin qum karxanasına aidiyyatı qurumlar niyə göz yumurAğsuda çay yataqları talan edilir: “EVRASCON” şirkətinin qum karxanasına aidiyyatı qurumlar niyə göz yumurAğsuda çay yataqları talan edilir: “EVRASCON” şirkətinin qum karxanasına aidiyyatı qurumlar niyə göz yumur
Məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyətilə əlaqə saxlamaq mümkün olmadı. Qarşı tərəf kimi adıçəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
 /”MillətinSəsi

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağsu rayonunda iki məktəb koronavirusa görə bağlanıb

    Ağsu rayonunda iki məktəb koronavirusa görə ...

    10-03-2021, 19:44

  • 
  • Zəlzələdən sonra Ağsuda tikilən evlərə on min “şirinlik” istəyirlər – Prezidentə şikayət

    Zəlzələdən sonra Ağsuda tikilən evlərə on min ...

    10-03-2021, 20:13

  • 
  • Ağsuda meşə yanır

    Ağsuda meşə yanır ...

    28-07-2018, 10:45

  • 
  • Ağsuda güllələnmə

    Ağsuda güllələnmə ...

    21-01-2021, 11:42

  • 
  • Ağsuda iki avtomobil toqquşub, xəsarət alanlar var

    Ağsuda iki avtomobil toqquşub, xəsarət alanlar var ...

    19-11-2017, 22:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu