GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov qanunları pozub - İDDİA

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov qanunları pozub - İDDİA

Tarix: 12-10-2021, 16:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 638

Azərbaycan Dövlət Aqrar Universitetinin "Aqronomluq" fakültəsinin professor-müəllim heyəti adından İzabella Teymur qızı Qasımova tərəfindən Gundemxeber.az saytının redaksiyasına müraciəti daxil olub.

"Aqronomluq" fakültəsinin professor-müəllim heyəti adından İzabella Teymur qızı Qasımova Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovu qanunları pozaraq,  tələm-tələsik şəkildə seçki keçirmək adı altında “Aqronomluq” fakültəsinə Musa Bayramovu dekan gətirməsindən narazılığını bildirib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun qanunu pozuntuları ilə bağlı "Aqronomluq" fakültəsinin professor-müəllim heyəti adından İzabella Teymur qızı Qasımova Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM ƏLİYEVƏ,  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri, cənab İNAM KƏRİMOVA, Gəncə şəhər Prokuroru, cənab AZAD QARAYEVƏ də müraciət etmişdir.

ADAU-nun Aqronomluq fakültəsinin professor-müəllim heyəti adından İzabella Teymur qızı Qasımova tərəfindən göndərilən müraciəti olduğu kimi oxuculara təqdim edirik:

"Çox hörmətli, cənab Prezident,

Məlumdur ki, pandemiya şəraitinə görə ali məktəblərdə müxtəlif vəzifələrə seçkilərin keçirilməsi prosesi müvəqqəti olaraq dayandırılmışdır. Bununla bağlı olaraq, 2020-ci ilin sentyabr ayında ali təhsil müəssisələrinin rəhbərlərinə müxtəlif vəzifələrə professor-müəllim, kafedra müdiri, dekan və s. seçkilərin keçirilməsi ilə bağlı olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanovun imzaladığı 23.09. 2020-ci il tarixli, 03-11-1022 / 1 saylı rəsmi məktub göndərilmişdir.

Həmin məktubda deyilir: "Xüsusi karantin rejimi dövründə namizədlərdən sənədlərin qəbulu, gizli səsvermənin aparılması və digər prosedurların təşkili zamanı bir sıra cətinliklər yaranır. Bununla əlaqədar bildiririk ki, ölkəmizdəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq bu tipli seckilərin keçirilməsi xüsusi karantin rejimi başa çatana kimi təxirə salinır"

Lakin Azərbaycan Dövlət Aqrar Universitetində Təhsil Nazirliyinin bu məktubu qulaq ardına vurulur. Belə ki, Azərbaycan Dövlət Aqrar Universitetində hal-hazırda “Aqronomluq” fakültəsinə dekan seçkisi elan olunub. Bu barədə elan "Respublika" qəzetinin 21.09.2021 tarixli 201 (7097) saylı nömrəsində dərc edilmişdir. ADAU rektoru İbrahim Cəfərovun qanunları pozaraq bu seçkini tələm-tələsik şəkildə keçirilməsində məqsəd, fakültə dekanı vəzifəsinə dosent Musa Bayramovu gətirməkdir. Kimdir, Musa Bayramov? Bu barədə bir az ətraflı yazaq.

Musa Bayramov nəinki dekanlığa, hətta müəllim adını daşımağa belə layiq deyil. Rektora qeyd-şərtsiz itaət edənlərdən biridir, bu yaxınlarda təzəcə kafedra müdiri təyin olunub. Onun kafedra müdiri təyin olunması rektorun hər dediyinə əməl etməsi, hətta müxtəlif maddi maxinasiyalara qol çəkməsi ilə bağlıdır.

Musa Bayramov illər əvvəl rus alimlərinin iki dərsliyini plagiat yolu ilə birləşdirib və mənimsəyib, “oğurladığı” məhsulu “Kənd Təsərrüfatı ekologiyasından praktikum” adlı dərs vəsaiti kimi çap etdirib. İllər əvvəl isə üstü açıldığına görə kafedra müdirliyindən qovulub. Musa Bayramovun kitab saxtakarlığı Ali Attestasiya Komissiyasına da (AAK) məlum olub, lakin 14.04.2016-cı il tarixdə məhz rektor İbrahim Cəfərovun qrif verilməsi barədə 209 saylı əmri ləğv edilməyib.

Ümid edirik ki, belə məsələlərə ciddi yanaşılacaq, müvafiq komissiyanın fəaliyyətinə göz gəzdirməklə ADAU-dakı saxta elmi ad və dərəcələr ləğv olunacaq. Bu kimi plagiat cızmaqaraların isə tezliklə universitetin kitabxanasından çıxarılmaqla çapına və yayılmasına rəsmi qadağalar qoyulacaq.

Musa Bayramovun adı Müəllimlər İnstitutuna saxta tələbə qəbulunda, saxta diplom satışında, habelə müxtəlif valideynləri aldadıb,onlardan pul alaraq guya onların övladlarını müxtəlif ali məktəblərə qəbul etdirəcəkləri ilə bağlı yalandan vədlər verməkdə hallanır. Əgər bu şagirdlər ali məktəbə öz bacarıqları ilə qəbul olursa, onda onların bu nailiyyətini Musa Bayramov öz adına çıxır, DİM-də tapşırdığını iddia edir. Əks halda isə valideynlərə, narahat olmayın, bir az gözləyin, həll ediləcək deyir, diplomunu verdirəcəm deyir.

Bir neçə ay bundan əvvəl Musa Bayramov İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul olunmaq üçün sənəd vermiş abituriyent, Şəmkir sakini Fəda Cəfərovanın valideynindən 50000 (əlli min manat) ruşvət almış və abituriyenti ora qəbul etdirməyi vəd etmişdir. Maraqlıdır ki, ilk imtahandan qiymət yazdırmağa da müvəffəq olmuşdur. Bu faktı hüquq-mühafizə orqanları araşdırsa digər faktlar da ortaya çıxacaq.Qısa desək, Musa Bayramov Dövlət İmtahan Mərkəzinin nüfuzuna ləkə gətirməklə məşğul olur.

ADAU-da saxta elmi adların paylanmasından tutmuş adları müəllim gedib özləri nə auditoriya, nə də tələbə tanımayan iri məmurlara saxta yollarla maaş yazılır. Təsəvvür edin ki, rektor İbrahim Cəfərov şəxsi iradə və maraqları ilə Gəncəbasarın bir çox yüksək vəzifəli şəxslərini ADAU-da “müəllim” adı altında birləşdirərək onlara yarımştat dərs yükü bölüşdürülməklə aşkar qanunsuzluqlara, maliyyə pozuntularına da rəvac verib.

“Ekologiya” kafedrasında iki mötəbər məmurun guya davamlı dərs tədris etməsi, mühazirələr söyləməsi adı altında sənədləşdirmələr aparılıb və dərs jurnalları illərlə saxtalaşdırılıb. Məsələn, hazırda “Gəncə Det-Al Alüminium” Kompleksinin direktoru vəzifəsini daşıyan Cəmil Səfərova adıkeçən kafedrada əsassız maaş yazanlar 7 ildir ki, jurnallarda onun əvəzindən imzalar belə çəkiblər.

Aşkar saxtakarlığı isə kafedra müdiri, eləcə də bu günlərdə İbrahim Cəfərov tərəfindən dekan təyin ediləcək plagiat dosent Musa Bayramov həyata keçirib. Sənədlər özü deyir ki, Musa Bayramov uzun müddət rektorun tapşırığı ilə Cəmil Səfərovun əvəzinə jurnallara imza atıb. Dövlət məmurunun “müəllimliyi” müqabilində mövcud maaş kartının isə kimdə olması, təxminən 500 manatlıq maaşı aybaay kimin aldığı qaranlıq qalır.

Bundan başqa həmin kafedranın “qiyabiçi” müəllimi, hazırda Şəmkir Regional Meşə Təsərrüfatı idarəsinin direktoru İqbal Əliyev üçün də eyni saxta metod müəyyən edilib. Mühazirələri mövcud olmayan bu dövlət məmuruna da illərdir maaş yazılıb və jurnallardakı imzasını Musa Bayramov atıb. “Dərsə gəlməyən müəllimlər” siyahısında rektor İbrahim Cəfərovla kirvəliyi olan, Gəncə şəhər Nizami rayon Bələdiyyəsinin sədri Qoşqar Məmmədov da var.

Onun da hansı fənni nə vaxt tədris etdiyinə dair bilgi yoxdur. Amma illərin göyə sovurduğu pulun bu şəxsə niyə verildiyini də rektordan soruşmaq lazımdır. ADAU-da “sosial yardım” alanlar sırasında YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev də yer alıb. Tarix kafedrasından 0,5 ştat vahidi maaş alan millət vəkili bir saat belə dərs deməyib,onun buna heç vaxtı da yoxdur.

Bütün bunlar azmış kimi, Musa Bayramov saxta diplom satışı ilə bərabər, civə və narkotik maddələrin satışı ilə də məşğul olur. Belə ki, Musa Bayramovun qardaşı narkotik maddələrin satışı ilə əlaqədar bir müddət bundan əvvəl həbs olunub.

Bir neçə gün bundan əvvəl isə universitetdə keçirilən iməcilik vaxtı Musa Bayramov hal-hazırda Aqronomluq fakültəsinin dekanı vəzifəsini icra edən xanıma deyib: "Birdən çaşar dekan vəzifəsinə sənəd verərsən. Özünü dekan kimi aparırsan. Ağıllı ol, haaa. Dekan özüm olacam. Pulunu da vermişəm bu işin. 10000 manat vermişəm. Prezident Aparatında işləyən qohumum Fərman müəllim də tapşırıb".

Maraqlıdır, narkotika alverçisi, saxta diplom satan, saxta tələbə qəbulu ilə məşğul olan, məişət pozğunu olan bir adamdan dekanmı olar? ADAU rektoru bu şəxsi hansı parametrinə görə dekan seçmək istəyir. Bu adamın dekan seçilməsi ADAU rektoruna baş ucalığı gətirməz.

ADAU-da bu vəzifəyə layiq kifayət qədər kadrlar var. Təəssüf ki, rektor bunu istəmir. Rektor hər vasitə ilə Musa Bayramovu dekan seçmək istəyir. Rüşvətxor, bütün elmi əsərləri plagiatdan ibarət olan, vaxtı ilə civə və narkotik vasitələr alveri lə məşğul olan Musa Bayramov isə nəinki dekanlığa, hətta müəllim vəzifəsinə belə layiq deyil.

Cənab Prezident,

ADAU-dakı bu özbaşınalıqların qarşısını almağı Aqronomluq fakültəsinin professor-müəllim heyəti adından Sizdən xahiş edirik.

Hörmətlə, Aqronomluq fakültəsinin
professor- müəllim heyəti adından
İzabella Teymur qızı Qasımova



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Dövlət Aqrar Universitetinin ( ADAU ) rektoru İbrahim Cəfərov öz tay-tuşları kimi orta məktəbi bitirəndə ali məktəbə daxil ola bilməyib.

    Azərbaycan Dövlət Aqrar Universitetinin ( ADAU ) ...

    19-05-2021, 11:55

  • 
  • Rektordan Nazirlər Kabinetinin qərarına hörmətsizlik - İLGİNC FAKT

    Rektordan Nazirlər Kabinetinin qərarına ...

    12-12-2020, 20:43

  • 
  • ADAU-da Musa Bayramov kabusu – PREZİDENTƏ MÜRACİƏT

    ADAU-da Musa Bayramov kabusu – PREZİDENTƏ MÜRACİƏT ...

    6-05-2021, 17:09

  • 
  • Gəncə Dövlət Universitetinin keçmiş rektoru bəyanat yaydı

    Gəncə Dövlət Universitetinin keçmiş rektoru ...

    17-01-2014, 11:08

  • 
  • İbrahim Cəfərov sədaqətinin bəhrəsini gördü - İDDİA

    İbrahim Cəfərov sədaqətinin bəhrəsini gördü - ...

    12-11-2020, 15:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu