GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sahil Babayevin "çarıqlı milyoneri" - fəhlənin adına şirkət açıb və...

Sahil Babayevin "çarıqlı milyoneri" - fəhlənin adına şirkət açıb və...

Tarix: 14-10-2021, 13:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 293

Vaxtilə bu texnologiyadan keçmiş Əmlak Komitəsinin sədri Kərəm Həsənov istifadə etmişdi. Bakıda iki böyük zavodun səhmləri Lerikdən olan bir fəhlənin adına rəsmiləşdirilmişdi. Məlum olmuşdu ki, Gəray Məmmədov adlı "çarıqlı milyoner", bu lerikli fəhlə paytaxtın "Şanxay" adlı ərazisində gecəqonduda yaşayır, özü isə iki zavodun 80 faiz səhminə sahib olmasından bixəbərdir. Demə, Kərəmov bu əli qabar olmuş fəhlənin adına sənədləşdirməklə ona heç qara qəpik də verməyib. İndisə məlum olur ki, eyni yolu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təkrarlayır. Vəzifəyə gəldiyi tarixdən ən çox şikayət və narazılıq olan nazir Babayev K. Həsənov kimi fəhlənin adına şirkət təsis edib. Həmin fəhlə isə nazirin kabinetində təmir işləri görüb. Gündəmxəbər.az anaxeber.info-ya istinadla bildirir ki, həmin fəhlənin Elvin Ramazanov olduğu üzə çıxıb. Fəhlənin haqqını kəsən, əlilin pensiyasını kəsən, qazini intihara çatdıran, kütləvi narazılıq yaradan S. Babayevin bir fəhlənin adından istifadə edərək Vətən müharibəsi zamanı şirkət yaradıb Çindən mallar sifariş verib. Hadisə belə vaqeə olub: müharibənin ən qızğın vaxtında, ard-arda şəhid xəbərləri gələndə, camaat övladının boğazından 20-30 manat kəsib cəbhəyə yardım göndərəndə, Türkiyə diplomatik, siyasi, hərbi istiqamətlərdə tam olaraq Azərbaycanın yanında olanda, nazir Sahil Babayev daha çox pul qazanmaq üçün qardaş ölkənin şirkətlərindən imtina edərək, nədənsə Çindən sifarişlər verirmiş.  Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Özünüməşğulluq proqramı çərçivəsində 2019-da Türkiyədən “Ayzak Mizrak” sifariş edirmiş. Biri zavodda 2600 dollara olsa da, “Aznest" QSC bunu nazirliyə 4735 dollara satırmış. Fərq: 2135 dollardır.  2020-ci ilin oktyabrında, müharibənin qızğın vaxtında “Aznest" QSC həmin avadanlığa oxşar, amma imkanları daha az olan, uyğunluq sertifikatı olmayan avadanlığı Çindən 1200 dollara alıb, nazirliyə isə 4517 dollara satılıb. Fərq: 3317 dollar...  Bu proqram çərçivəsində 2019-cu ildə 11 milyonluq türk malının 9 milyon manata qədəri Çinə transfer edilib. 2018-ci ildə Sahil Babayev nazir təyin olunandan bu proqram çərçivəsində bağlanan 7 müqavilənin hamısı, 4-ü isə tendersiz məhz bu QSC ilə bağlanıb. İctimai fəal Bəxtiyar Hacıyev belə yazıb.  Aydın olur ki, Sahil Babayev nazir təyin olunandan 2 ay sonra təsis olunan bu QSC-nın təsisçisi KİV-də Elvin Ramazanov olaraq yayılıb. Tanıyanlar onun Sahil Babayevin kabinetini təmir edən fəhlə olduğunu bildirirlər. Nazirliyə tabe olan Dövlət Məşğulluq Agentliyi 2019-da “Aznest” QSC və “Agri KON” QSC-yə 16 milyon manatlıq bir dəfə, 34 milyon manatlıq da bir dəfə satınalma edib. Nə “təsadüf”!  Hər iki QSC eyni gündə yaradılıblarmış!28.06.2018 – nazir təyin olunandan 2 ay sonra. Qiymət təxminən eyni gəlirsə, uyğunluq sertifikatı varsa, nazirin kabinetində fəhlə işləyən adama məxsus olduğu deyilən şirkətə on milyonlarla manatlıq tenderlər verilirsə, malları niyə Türkiyədən yox, Çindən aldıqlarını nazirlik açıqlaya bilərmi? Bundan əlavə, fəhlənin şirkəti necə ola bilib? Bəlkə şirkət elə nazirə aiddir, Babayev onun adına yaradıb?!  Görünür, Sahil Babayev “özünüməşğulluq” sözündəki “özünü” hissəsini yanlış anlayıb. Camaata 190 manatı düzgün bölüşdürə bilən sistem qura bilməyib, amma tenderlərdə yaxşı sistem qurulub. Yəqin onun kadrı “190 manatları bitirək, öz işimizə qayıdaq” deyəndə öz işləri kimi bunları nəzərdə tuturmuş. Amma təkcə 190 manat məsələsi deyil, nazir 190 min adamın pensiyasını kəsib. Bu, onların dolanışıq yeri idi, həmin vətəndaşların şirkətləri, QSC-ləri yoxdur. Parlamentdə Tahir Kərimli nazirin ünvanına ən yaxşı tənqidləri yağdırdı. Deputat dedi ki, səni ora təyin ediblər islahat aparasan, deməyiblər 190 min yetim-yesirin pensiyasını kəsib həm narazı salasan, həm gəlir mənbəyindən məhrum edəsən. Amma deyəsən, S.Babayev əhalinin sosial vəziyyətini heç dərk eləmir - bu bahalıqda, çətin zamanda insanları 200 manatdan da məhrum edir. Çünki ağzı isti yerdədir, şirkətləri Çindən mal vurur, ona görə xalqın güzəranı yadına düşmür, toxun acdan xəbəri olmazmış... Ümumiyyətlə, həmin QSC və fəhlə Ramazanov faktoru araşdırma predmetidir. Bu işdə korrupsiya şübhələri olub-olmaması da yoxlanılmalıdır. Özünü islahatçı nazir hesab edən Babayev belə işlərə girişibsə, onun reformist olması onda bizim kosmonavt olmağımız kimi bir işdir. Gələn məlumatlar da belə deməyə əsas verir ki, nazirdən total narazılıq olması, hətta parlamentdə bunun dilə gətirilməsi yuxarıların diqqətini çəkib. Ya Babayev fəaliyyətinə düzəliş etməli olacaq, ya da onunla haqq-hesab çəkiləcəyi istisna deyil. Bizsə sözügedən QSC və varlı fəhlə mövzusunda jurnalist tədqiqatını davam etdiririk.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda fəhlə ölümü baş verib

    Bakıda fəhlə ölümü baş verib ...

    24-11-2013, 11:45

  • 
  • Azərbaycan Nəşriyyatında FACİƏ

    Azərbaycan Nəşriyyatında FACİƏ ...

    23-09-2013, 14:04

  • 
  • Abşeronda fəhlənin yanaraq ölməsi ilə bağlı cinayət işi başlanılıb

    Abşeronda fəhlənin yanaraq ölməsi ilə bağlı ...

    27-07-2018, 19:28

  • 
  • Kərəm Həsənov dövlət zavodunu çayxanalara çevirib

    Kərəm Həsənov dövlət zavodunu çayxanalara çevirib ...

    29-08-2018, 15:19

  • 
  • Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü

    Abşeronda tikinti meydançasında krandan qırılan ...

    25-05-2019, 10:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (287)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu