Sabunçu rayon prokurorluğunun nümayəndəsi ilkin ehtimala görə fəhlənin ürək tutmasından öldüyünü bildirib
Hadisə Bu səhər Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəhlə ölümü hadisəsi baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, şəxsiyyəti naməlum fəhlə tikintidən yıxılaraq ölüb. Məlumata görə, hadisə yerinə təcili yardım gəlsə də fəhlənin həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən xəbərdar olduqlarını deyən Sabunçu rayon prokurorluğunun nümayəndəsi yıxılma faktını istisna edib və ilkin ehtimala görə fəhlənin ürək tutmasından öldüyünü bildirib.
Prokurorluq əməkdaşı həmçinin hadisə yerində müstəntiqlərin işlədiyini, ölümün dəqiq səbəbinin və mərhumun şəxsiyyətinin araşdırmalardan sonra məlum olacağını deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?