GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bakının “Yol xəritəsi”, İrəvanın son şansı - Paşinyanın 2 həftə vaxtı qalıb

Bakının “Yol xəritəsi”, İrəvanın son şansı - Paşinyanın 2 həftə vaxtı qalıb

Tarix: 26-10-2021, 11:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 264

2-ci Qarabağ müharibəsində möhtəşəm hərbi qələbə qazansaq da, informasiya-diplomatiya meydanlarında savaşımız davam edir. Bu da təbiidir. Çünki ordumuzun zəfərini yüz faiz “siyasi kapital”a çevirib maddiləşdirmək vəzifəsi var çiynimizdə. Bu isə zamanla yanaşı, səbir və zərgər dəqiqliyi tələb edən işdir.


Söz düşmüşkən, ölkəmizin Fransadakı səfirliyi məlumat yayıb ki, Fransanın İzer departamantinin əvvəl işğal altında olmuş Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzaladığı daha bir qanunsuz sənəd ləğv edilib. Belə ki, Qrenobl şəhər məhkəməsi 2019-cu il sentyabrın 20-də separatçı rejimin həmin departamentə səfəri zamanı imzalanmış saxta “İzer departamenti ilə Hadrut rayonu arasında dostluq xartiyası”nı ləğv edib. Azərbaycan tərəfinin bu aktın qanunsuzluğu barədə iddiaları iki dəfə - 2020-ci ilin fevralında və noyabrında qaldırılmışdı.

Səfirliyin məlumatında qeyd edilir ki, 1,2 milyon əhalisi olan İzer departamenti Overn-Ron-Alp regionunun 13 departamentindən biri və ən böyüyüdür: “Bu regionun payına yerli idarəetmə orqanlarının qanunsuz işğalçı rejim rəhbərliyi ilə imzalanmış akt və sazişlərin böyük əksəriyyəti (28 sənəddən 15-i) düşür. Bu, artıq Fransa məhkəmələri tərəfindən ləğv edilmiş 11-ci qanunsuz sənəddir. Daha 2 iddiaya məhkəmələrdə baxılır. Əvvəllər işğal olunmuş Qarabağın separatçı rejiminə dəstək olaraq qəbul edilmiş sənəd və qərarların ləğvi ilə bağlı işlər davam etdirilir”.

*****

Yaxşı və ürəkaçan xəbərdir. Eyni zamanda “bəlkə də qaytardılar” ümidi ilə yaşayan erməni radikal separatçı-revanşist ünsürlərinin olan-qalan ümidlərini puç edən yenilikdir. Bu qəbildən gəlişmələr o anlama gəlir ki, artıq Ermənistanın Qərbdəki əsas havadarı sayılan Fransa da beynəlxalq hüquqa sayğılı olmaq və Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə bölgədə yaratdığı status-kvonu qəbullanmaq zorundadır.
Belə görünür, prezident Emmanuel Makronun payıza nəzərdə tutulan Ermənistan səfərinin ertələnməsinin arxasında da eyni motiv dayanır. Yəni Fransa dövləti regionun vazkeçilməz və açar ölkəsi kimi Azərbaycanla münasibətlərini iqtisadi tərəqqisi tamamən Bakıdan asılı olan Ermənistanın xətrinə korlamaq istəmir. Qarşıdurma kursunun həm özünün, həm də “kiçik bacı” Ermənistanın ziyanına olacağını anlayır. Elə isə məntiqli olardı ki, rəsmi Paris İrəvanla Bakı arasında sülh müqaviləsinin tezləşməsi üçün Ermənistan rəhbərliyinə təsir eləsin, nəinki ona Qarabağla bağlı heç vaxt həyata keçməyəcək vədlər versin...

*****

Yeri gəlmişkən, 2-ci Qarabağa savaşından acınacaqlı darmadağınla çıxan Ermənistan Azərbaycanla böyük sülh sazişinin imzalanmasını süni şəkildə uzatdıqca ən əvvəl öz vəziyyətini daha da ağırlaşdırmaqdadır. Bu da isti faktlar.
Məsələn, erməni mediasının yazdığına görə, son aylar ölkədə inflyasiya təhdidedici miqyas alıb. Əsas ərzaq məhsulları, o cümlədən çörək, şəkər, yumurta, yağlar əhəmiyyətli dərəcədə bahalaşıb. Məlum olub ki, yemin bahalaşması ilə bağlı heyvandarlıq sahəsində də əsl böhran yetişir. Bu da öz növbəsində heyvandarlıq məhsullarının (ət, süd və s.) növbəti bahalaşma dalğası deməkdir.
Aydındır ki, əsas səbəb pandemiya ilə əlaqədar dünya iqtisadiyyatlında yaranan problemlər deyil. Səbəblərin səbəbi, yəni baş amil əlbəttə ki, Ermənistan rəhbərliyinin ölkəni qapalı, blokada durumundan çıxarmaq üçün hələ də gərəkən addımlar atmaması və ya bundan çəkinməsidir.
Nəticə etibarilə Ermənistanda həyat nəinki sürətlə bahalaşır, eyni zamanda ölkədən kütləvi köç güclənir. Özü də gedənlər əsasən əmək qabiliyyətli əhalidir və bir qayda olaraq, xaricə həmişəlik emiqrasiya edir...

*****

Bu arada Rusiyada Ermənistandan olan muzdlu işçilərin rəsmi sayı açıqlanıb - 202 min nəfər.

“Yeni Müsavat” erməni KİV-ə istinadən xəbər verir ki, bunu Avrasiya İqtisadi Komissiyasının rəsmi nümayəndəsi İya Malkina ilin birinci yarısına aid məlumatlara istinadən keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, iyunun sonunda Rusiyada ümumilikdə Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin 738 min vətəndaşı çalışıb. Onların 385 mini Qırğızıstandan, 202 mini Ermənistandan, 81 mini Belarusdan, 70 mini isə Qazaxıstandandır. Bu, 2019-cu illə müqayisədə 40% çoxdur. Malkina xatırladıb ki, bu respublikalardan gələn qeyri-qanuni mühacirlərə sentyabrın 30-dək rəsmi qeydiyyatdan keçmək imkanı yaradılıb. Başqa sözlə, ilin 2-ci yarımili üçün rəqəmin konkret olaraq Ermənistan üçün daha böyük olacağı gözlənilir.
Razılaşaq ki, cırtdan bir ölkə üçün böyük göstəricidir. Əlavə edək ki, hələ 2-ci Qarabağ müharibəsinədək Rusiyada yaşayan ermənilərin sayı Ermənistan əhalisindən çox idi, o ki ola müharibədən sonra.

Beləcə, tam iqtisadi çöküşün bircə addımlığında olan və dərin demoqrafik böhran yaşayan Ermənistan öz simvolik dövlətçiliyini də itirmək üzrədir. Yeganə çıxış yolu əlbəttə ki, Bakı və Ankaranın bir ildir təklif elədiyi, 10 noyabr kapitulyasiya sənədinin məzmunundan və məntiqindən doğan “Yol xəritəsi”ni qəbul eləməkdir.
Bu, son “xəritə”dir. Odur ki, İrəvan rəsmilərinin düşünüb qərar vermək üçün zamanları çox qalmayıb. Uzağı, iki həftə. Artıq anons edildiyi kimi, noyabrın ilk dekadasında, müharibənin bitməsinin 1-ci ildönümünə Moskvanın (Putinin) vasitəçiliyi ilə yeni sülh sənədinin imzalanması nəzərdə tutulur.
Bu, erməni xalqının siyasi-iqtisadi bataqlıqdan və mənəvi-demoqrafik tənəzzüldən çıxmaq üçün axırıncı şansı olacaq. Azərbaycan Qarabağı sürətlə dirçəldir, Ermənistanı da sürətlə dirçəldə bilər, əgər bədxah qonşular və onların siyasiləri, nəhayət, ağıllarını başlarına yığıb yeni status-kvonu qeyd-şərtsiz qəbul eləsələr və reallığın tələbinə çevrilən sülh müqaviləsinə əngəl olmasalar...


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • XİN Fransa məhkəməsinin separatçılarla bağlı qərarını alqışlayıb

    XİN Fransa məhkəməsinin separatçılarla bağlı ...

    14-06-2019, 18:39

  • 
  • İTV-də daha bir departament ləğv edildi

    İTV-də daha bir departament ləğv edildi ...

    9-01-2014, 15:16

  • 
  • Fransa məhkəməsi Qarabağ separatçıları ilə imzalanan daha 4 “xartiya”nı ləğv etdi

    Fransa məhkəməsi Qarabağ separatçıları ilə ...

    12-06-2019, 16:45

  • 
  • Erməni quldur separatçı rejimin “hökumət” nümayəndəsi məhv edildi

    Erməni quldur separatçı rejimin “hökumət” ...

    8-10-2020, 10:28

  • 
  • Ermənilər Qarabağda müharibə hazırlığına başlayıb - GƏLİŞMƏ

    Ermənilər Qarabağda müharibə hazırlığına başlayıb ...

    1-07-2019, 14:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (277)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu