Fransa məhkəmələri ölkənin müxtəlif şəhərləri və Dağlıq Qraabağ separatçıları arasında imzalanmış sazişləri bir-bir ləğv edirlər.
Xatırladaq ki, bundan daha öncə mayın 29-da Serji-Pontuaz şəhərinin inzibati məhkəməsi Arnuvil şəhəri ilə işğal olunmuş Xocavənd arasındakı “xartiyanı” qüvvədən düşmüş hesab etmişdi.
Fransız dilində çıxan armenews.com saytıın verdiyi məlumata əsasən, Fransa məhkəməsi bu ilin iyun ayının 11-də yerli bələdiyyələrin separatçı rejimlə imzaladığı daha 4 xartiyanı etibarsız sayıb.
Məhkəmə bəhs olunan sənədlərin Fransanın üzərinə götürdüyü öhdəliklərə və ATƏT-in Minsk qrupunun həmsədri olaraq apardığı xarici siyasətə zidd olduğunu göstərib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?