GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Mingəçevir camaatı iş tələb edir, icra başçısı isə vəd verməklə məşğuldur - İDDİA

Mingəçevir camaatı iş tələb edir, icra başçısı isə vəd verməklə məşğuldur - İDDİA

Tarix: 28-10-2021, 14:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 553

Başçının “park sevgisi” haradan qaynaqlanır?


Sirr deyil ki, modernləşmənin əsaslarından biri də sənayeləşmədir. Sənaye iqtisadiyyatın aparıcı sahəsidir. Dünya təcrübəsinə görə, bu sahə iqtisadiyyatın strukturunda o zaman ən optimal hesab olunur ki, emal sənayesi həmin iqtisadiyyatın 20 faizini təşkil etmiş olsun.

Vaxtilə ölkənin 4-cü böyük sənaye mərkəzi olmuş Mingəçevirin iqtisadiyyatında bu gün nəinki emal sənayesinin, ümumilikdə sənayenin payı elə də çox deyil. Mingəçevir şəhər İcra Hakimiyyətinin rəsmi saytına (mənbə: http://mingechevir-ih.gov.az/page/14.html) inansaq, hazırda şəhərin sənaye sahələrində cəmi 2000-ə yaxın insan çalışır ki, bu da iqtisadi fəal əhalinin cüzi bir hissəsini təşkil edir.

Bu gün ölkənin əsas problemlərindən biri olan işsizlik Mingəçevirdə özünü daha qabarıq göstərir. Gundemxeber.az savash.org-a istinadla bildirir ki, ali təhsilini başa vurmuş gənclər ixtisaslarına uyğun və ya ixtisaslarına yaxın bir sahəyə müraciət edərkən onlardan bir neçə illik iş təcrübəsi tələb olunur. Bu azmış kimi yerli-yersiz mükəmməl xarici dil biliyi, kompüterdən istifadə edə bilmək bacarığı və s. kimi şərtlər. Müşahidələr göstərir ki, müəssisələr daha çox tanışlıq, qohumluq, başqa sözlə, tapşırıqla işçi qəbuluna üstünlük verirlər. İnternet və başqa resurslar üzərindən verilən iş elanları ilin sonunda statistika idarəsinə sübut kimi təqdim etmək üçün formal bir şeydir.

3 ildir Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı postunu tutan İlham İsmayılov bu günlərdə şəhərin “Energetik” qəsəbəsində keçirilən ağacəkmə kampaniyasına qatılıb. Tədbirdən sonra sakinlərlə görüşən icra başçısı onların problemləriylə maraqlanıb. Sakinlər SSRİ-nin süqutunadək iri sənaye şəhəri olmuş Mingəçevirdə bu gün üzləşdikləri ənənəvi işsizlik problemlərindən danışıb, başçıdan onların işlə təmin olunmalarına köməklik göstərməsini xahiş ediblər.

İlham İsmayılov da “ənənəvi” olaraq sakinlərə işlə təmin olunmaq üçün məşğulluq mərkəzinə müraciət edərək qeydiyyata durmağı tövsiyə edib. Sanki şəhərdə vakant iş yerləri yetərincəymiş – məşğulluq mərkəzində də oturub vətəndaşları gözləyirlər ki, ixtisası üzrə iş axtaranı işlə təmin etsinlər, işsiz qalanları da növbəyə götürüb müavinət təyin etsinlər.

Yeri gəlmişkən, İlham İsmayılov özü də sakinlərə etiraf edib ki, Mingəçevirdə hazırda mövcud olan ən aktual problemlərdən biri işsizlikdir. Ardınca onu da əlavə edib ki, ölkə başçısı İlham Əliyev bu problemin köklü şəkildə həll edilməsi ilə bağlı müvafiq göstəriş verib. Sitat: “Prezident İlham Əliyevin göstərişinə əsasən, yaxın vaxtlarda şəhərimizdə 4 yeni fabrik tikilib istifadəyə veriləcək və bundan sonra inanırıq ki, işsizlik problemi tamamilə aradan qalxacaq”.

Sakinlər bu sözləri şəhərdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, “KÜR” Kompüter Zavodu, “Akkord-Mingəçevir Maşınqayırma Zavodu” ASC (zavodda 85 nəfər işçi çalışır – http://mingechevir-ih.gov.az/page/14.html), əsaslı şəkildə yenidən qurulmuş “Mingəçevir İZOLİT” ASC (müəssisədə 75 nəfər işçi çalışır – http://mingechevir-ih.gov.az/page/14.html) və nəhayət, ən son Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin (işçi sayı 750 nəfər – http://scip.az/az/page/mingecevir) açılışı zamanı da eşidiblər. Demək olar ki, adları sadalanan bütün müəssisələrin açılışında prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyeva iştirak edib. Adları sadalanan müəssisələr bu gün nəinki tam, heç yarı gücüylə belə fəaliyyət göstərmir.

Yeri gəlmişkən, prezident İlham Əliyevin iştirakı ilə gerçəkləşən Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində layihənin rəhbəri Mehriban Axundova bildirmişdi ki, parkın ərazisində ümumilikdə 9 fabrik – pambıq iplik (460 iş yeri), akril və yun iplikləri (800 iş yeri), corab məhsulları(650 iş yeri), ayaqqabı istehsalı (300 iş yeri), toxuma (450 iş yeri), parça boyama (260 iş yeri), tikiş (2 mindən artıq) və tibbi kosmetika (270 iş yeri) fabrikləri inşa edilib istifadəyə veriləcək. Bundan başqa, ilkin mərhələdə 2 min yeni iş yerinin yaradılması, park tam gücü ilə fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayının ümumilikdə, 5,5 minə çatdırılacağı söylənilsə də, bu baş vermədi. Park üzrə orta əmək haqqı 450 manat (fəhlə heyəti üçün 350 manat, operator heyəti və ustalar üçün 450 manat, sahə rəhbərləri üçün 800 manat, istehsalat rəhbərləri üçün 1500 manat orta əmək haqları) nəzərdə tutulmuşdu.

5,5 min işçi bir yana, dövlət başçısının gedişindən sonra açılışı baş tutan iki müəssisə işçilərini bəzi hallarda öz hesablarına məzuniyyətə göndərə-göndərə fəaliyyət göstərməkdən o yana gedə bilmədi.

Qayıdaq Mingəçevirin icra başçısı İlham İsmayılovun sakinlərlə görüşünə. İcra başçısı bildirib ki, gələcəkdə Heydər Əliyev prospektinin “KÜR” Kompüter zavodu ilə Avtovağzal arasında olan hissəsində, yolun hər iki tərəfində geniş “park” salınacaq. Qeyd edək ki, şəhərin Xaldan şossesi tərəfindən giriş hissəsində salınmış “Nəsimi” “parkı”nın təşəbbüsü də İ.İsmayılovun icra başçısı kimi təyinatının ilk aylarına təsadüf edir.

Park sözünü nədən dırnaq arasında yazdığımızı açıqlayaq. Artıq uzun illərdir Mingəçevirdə şəhər rəhbərliyinin o qədər də böyük olmayan ərazidə gül kolları basdırıb bir neçə küknar tingi əkməyi, yerə tamet döşəyib bir neçə skamya və işıq dirəyi quraşdırmağı sakinlərə “park” kimi təqdim etmək “ənənəsi” yaranıb. Halbuki parkın milli sərvət kimi öz statusu olur. Park “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq xüsusi mühafizə olunur. Bu mühafizə rejimini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Parkın öz strukturu olur. Yerli icra hakimiyyəti parkın ərazisində tikintisi qanunvericiliklə nəzərdə tutulmuş qaydada razılaşdırılmış obyektlərin tikintisindən başqa, bütün növ tikintilərin dayandırılmasını və parkın funksiyalarına zidd olan obyektlərin dərhal oradan çıxarılmasını təmin edirlər və s.

İndiki halda isə bütün bunların heç birinə əməl edilmir.

Ümumiyyətlə, bu gün işsizliyin, yoxsulluğun baş alıb getdiyi Mingəçevirdə (bunu biz demirik, rəsmi statistikaya əsasən işsizlərin sayına görə, Mingəçevir uzun illərdir ölkə üzrə ilk 5-likdədir – A.) insanların işə, bir parça çörəyə daha çox ehtiyacı var, nəinki “park”a.

Mingəçevirin, eləcə də başqa şəhər və rayonlarda icra başçılarının “park sevgiləri”nin haradan qaynaqlandığı haqda növbəti yazılarımızda.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Cəbrayıl və Zəngilan emal sənayesi mərkəzlərinə çevriləcək"

    "Cəbrayıl və Zəngilan emal sənayesi ...

    18-12-2020, 12:27

  • 
  • Azərbaycan prezidenti iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrini təsdiq edib

    Azərbaycan prezidenti iqtisadiyyatın əsas ...

    7-12-2016, 00:11

  • 
  • Naxçıvanda yeni sənaye kompleksi yaradılır

    Naxçıvanda yeni sənaye kompleksi yaradılır ...

    22-11-2015, 14:05

  • 
  • Sənaye və texnoloji parklar üçün vergi “tətilləri”

    Sənaye və texnoloji parklar üçün vergi “tətilləri” ...

    9-01-2013, 11:14

  • 
  • Mingəçevirdə 29 yaşlı oğlan ÖZÜNÜ YANDIRDI

    Mingəçevirdə 29 yaşlı oğlan ÖZÜNÜ YANDIRDI ...

    3-10-2017, 12:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (274)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu