GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məhkəmə borclu Sosial Xidmətlər Agentliyinə DARĞALIQ EDİR... - NARAZILIQ!

Məhkəmə borclu Sosial Xidmətlər Agentliyinə DARĞALIQ EDİR... - NARAZILIQ!

Tarix: 30-10-2021, 11:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 951

"“Əlillərin sosial müdafiəsi haqqında” qanunun 43-cü maddəsinə görə, 1-ci dərəcəli əlillər mənzillə növbədənkənar təmin olunurlar . Bakı İnzibati Məhkəməsinin (keçmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ) hakimi Şərafət Məmmədova cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin diskresion səlahiyyətər əsasında qərar qəbul etdiyindən, 1-ci dərəcəli Qarabağ qazisinin mənzillə növbədənkənar təminatı tələbi üzrə İPM-in 73-cü maddəsinə görə qərar qəbul edilə bilməzliyini əsas tutub , cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, diskresion səlahiyyətəri çərçivəsində qazinin mənzillə təmin edilməsi öhdəliyini qoyub".

Gündəmxəbər.az bildirir ki, bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı bu qərarı 6-cı ildir borclu inzibati orqan -ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidməti (sonra DSMF, hazırda Sosial Xidmətlər Agentliyi) icra etməkdən imtina edir. Məhkəmə isə nə İPM-in 74-cü maddəsinə əsasən, diskresion səlahiyyətər əsasında qəbul edil(mə)miş inzibati aktları yoxlayır və həmin aktlara məhkəmə nəzarətini həyata keçirir, nə də İPM-in 116.2 maddəsinə əsasən, birinci instansiya məhkəməsi olaraq qərarın icrasını təmin edir. Bakı İnzibati Məhkəməsi İPM-in 120.1 maddəsinə əsasən, Məcəllənin 73-cü maddəsində nəzərdə tutulan öhdəlikləri icra etməyən inzibati orqana PROSES İŞTİRAKÇISININ ƏRİZƏSİNƏ ƏSASƏN VƏ YA XİDMƏTİ VƏZİFƏSİNƏ GÖRƏ, nəinki İCRA ÜÇÜN MÜDDƏT MÜƏYYƏN EDİR VƏ CƏRİMƏ TƏTBİQ OLUNACAĞI BARƏDƏ HƏMİN ORQANA XƏBƏRDARLIQ edir, heç 6-cı ildir tələbkarın ərizələrinə belə baxmır. Halbuki, 120.2 maddəsinə əsasən, inzibati orqan 120.1 maddəsinə əsasən MÜƏYYƏN EDİLMİŞ MÜDDƏTDƏ ÖHDƏLİYİ İCRA ETMƏDİKDƏ , məhkəmə cərimənin məbləğini (50 min manatadək ) müəyyən edə və təkrar cərimə təyin edib məcburi qaydada tuta bilər. Bu barədə məhkəmənin qərardad qəbul etməsi İPM-in sözügedən 120-ci maddəsində doğrulanıb. Di gəl, vurğuladığımız kimi, nə qərarı qəbul etmiş Şərafət Məmmədova, nə də 3 ildir yeni hakim Aygün Abdullayeva tələbkarın ərizələrinə belə baxmaqdan imtina edir. Nə Ombudsman , nə Məhkəmə Hüquq Şurası, nə qanunverici , nə ali icra hakimiyyəti, nə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, nə hüquq mühafizə orqanları Bakı İnzibati Məhkəməsinin məhkəmə hakimiyyətinin adına ləkə gətirən qeyri-prosessual özbaşınalığına hüquqi qiymət verilməsini təmin edir. Məsləhətçi(lər) sözügedən orqanların sorğularına elə nağıllar uydurur ki, bilmirsən, anadolular demiş, burası məhkəmədir, yoxsa inzibati orqanın müdafiə -vəkil bürosu? Təsəvvür edin, məhkəmə tələbkarın ərizələrinə baxmaqdan imtina edir ki, DSMF-in anonim nümayəndəsi 2017-ci ildə məktubla bildirib ki, icra təmin olunub və bu səbəbdən icraata xitam verilib. Bu yekəlikdə inzibati məhkəmə hələ də anlamır ki, borclu ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidməti olubsa, hansısa anonim DSMF əməkdaşının məktubu(?) ilə icra təmin oluna bilməz. Özbaşınalığa baxın, borclu ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyi 6-cı ildir icranın növbəti bölgüdə təmin ediləcəyini rəsmi məktublarla bildirir, Bakı İnzibati Məhkəməsinin məsləhətçiləri isə icranın təmin edildiyini Ombudsmanın və digər qurumların diqqətinə çatdırır. Belə çıxır, məhkəmə inzibati orqana vəkillik edir? Özbaşınalığın absurdluğuna fikir verin, tərəflər- tələbkar da, borclu da qərarın icra olunmadığını bildirir, məhkəmə isə borclu inzibati orqanın səlahiyyətli nümayəndəsi, vəkili kimi icraata xitam verildiyini ! (?) Məhkəmə heç icra sənədini imzalamayıb, icraya yönəltməyib , amma icranın təmin edildiyi barədə nağıl uydurur. Bakı İnzibati Məhkəməsinin məsləhətçi hakimlərinin diqqətinə çatdırırıq ki, məhkəməyə daxil olan ərizələr üzrə mütləq məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə icra hakimiyyəti orqanı deyil , amma İPM-in 118.2 maddəsinə əsasən , icranın “İnzibati icraat haqqında” qanuna uyğun olaraq həyata keçirildiyi hallarda birinci instansiya məhkəməsində işə baxan hakim icra orqanı sayılır.

Bakı İnzibati Məhkəməsinin borclu ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyinin vəkili rolunda çıxış etməsinə nə vaxt son qoyulacaq ? Nə vaxt Qarabağ qazilərinin məhkəmə təminatı hüququna “yaşıl işıq yandırılacaq”? Dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını məhkəmə özü təmin etmirsə, hansı demokratiyadan danışmaq olar? Suallar çox, cavab isə yox. Buna deyərlər virtual, kağız – məktub üzərində mənzil təminatı . Məktubla isə mənzil yox, əsəb gərginliyi qazanmaq olar..."


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş prokurorluq 2 ildən sonra 161 “qaynar xətti”nə edilən şikayəti araşdırır

    Baş prokurorluq 2 ildən sonra 161 “qaynar ...

    11-09-2021, 10:46

  • 
  • DSMF-DƏN ''NÖVBƏTİ DƏLƏDUZLUQ''

    DSMF-DƏN ''NÖVBƏTİ DƏLƏDUZLUQ'' ...

    7-05-2020, 10:32

  • 
  • Rüstəm Kərimli məhkəmə hakimdir , yoxsa inzibati orqanların vəkili? - İTTİHAM

    Rüstəm Kərimli məhkəmə hakimdir yoxsa inzibati ...

    3-05-2021, 15:31

  • 
  • Bakı İnzibati Məhkəməsindən növbəti özbaşınalıq - Qarabağ qazilərinin vəsatətlərinə baxılmır

    Bakı İnzibati Məhkəməsindən növbəti özbaşınalıq - ...

    26-07-2021, 13:58

  • 
  • Bakı İnzibati Məhkəməsi 5 ildir qəbul etdiyi qərarın icrasını təmin etməkdən imtina edir

    Bakı İnzibati Məhkəməsi 5 ildir qəbul etdiyi ...

    19-08-2020, 10:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (272)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu