GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » YENƏ MURADOV, YENƏ DƏHLİZDƏ TƏXRİBAT... - “Sülhməramlı Moskva” bu dəfə nəyə nail olmağa çalışır?

YENƏ MURADOV, YENƏ DƏHLİZDƏ TƏXRİBAT... - “Sülhməramlı Moskva” bu dəfə nəyə nail olmağa çalışır?

Tarix: 10-11-2021, 09:01 Bölmə :GündəmXəbər / Manşet Baxış: 239


Neçə gündür ki, 44 günlük müharibədəki möhtəşəm zəfərimizin bir ilini qeyd edirik - Xalq, Ordu, Dövlət olaraq layiq olduğumuz zəfərin.

Lakin unutmayaq ki, bu tarix həm də rus qoşununun sülhməramlı adı altında Qarabağa ayaq basdığı gündür. Biz, Bakıda, digər şəhərlərimizdə, eləcə də Şuşada Zəfər bayramımızı atəşfəşanlıqla, böyük coşquyla qeyd edərkən, sanki Rusiyanın imperiya kabusu da Qarabağın nəzarətimizdə olmayan hissəsində altdan-altdan qımışaraq, çoxdan arzusunda olduğu torpaqlara soxulmasının ildönümünü qeyd edir – çox səs-küy salmadan, bic-bic, asta-asta, səbrlə...

Bu arada Qarabağdakı rus hərbi birləşməsinin ilk komandanı və gəldiyi gündən erməni təəssübkeşliyini gizlətməyən, erməni hərbi canilərilə öpüşüb, qucaqlaşan general Rüstəm Muradov da Qarabağa gəlir. Özü də yenə Azərbaycan yox, Ermənistan üzərindən. Ümumiyyətlə, rus hərbçiləri və digər rəsmi şəxslərinin Qarabağa gəliş-gedişinin Ermənistan vasitəsilə baş tutmasının arxasında hansı mesajların durduğunu anlamaq çətin deyil. Necə ki, sülhməramlı adı altında ermənilərin qulluğunda duran, onların az qala alt bezini belə dəyişən rus əsgər və zabitinin davranışlarının nəyə xidmət etdiyini anlamaq üçün də xüsusi istedada ehtiyac yoxdur. Onların ilk komandanı və “mənəvi atası” olan Muradovun məhz bu ərəfədə Qarbağa gəlməsi isə vahid siyasi xəttin və ssenarinin növbəti həlqəsidir. Muradov noyabrın 10-da rus sülhməramlı qüvvələrinin separatçılarla birgə Xankəndində planlaşdırdığı təntənəli tədbirdə iştirak edəcək və özü ilə gətirdiyi 200-dək medalla onları təltif edəcək. Bunun adı, sadəcə, rus hərbçilərini mükafatlandırmaq deyil, həm də Şuşadakı atəşfəşanlığı Xankəndidən içi yana-yana izləyən, əzilmiş, ləyaqətini çoxdan itirmiş, miskin separatçı ermənilərə ürək-dirək vermək, həvəsləndirməkdir. Ona görə də rus hərbi birləşmələrinin Xankəndində, xüsusilə separatçılarla birgə keçirdiyi istənilən tədbirə adekvat qiymət verilməli, bunun sülhyaratma missiyası ilə qətiyyən bir araya sığmadığı Moskvanın nəzərinə çatdırılmalıdır, eynilə də “sülhməramlılar”ın digər fəaliyyətləri – məsələn, erməni məktəblilərinə hərbi biliklərin verilməsi, rus dilinin öyrədilməsinə və s. Çünki bunlar sülhməramlı yox, işğalçı davranışlarıdır. Məlum məsələdir ki, bu gün ermənilərə rus dilini və hərbi bilikləri “yedirdənlər” sabah da Rusiya vətəndaşlığını təklif edə bilərlər – Osetiyada, Abxaziyada, Donbasda, Dnestryanıda olduğu kimi...

Ümumiyyətlə, özü yaranışından ədalətli olmayan, öz ölkəsinə, öz xalqına qarşı belə ədalət hissini çoxdan itirmiş, əsrlər boyu Qafqaz siyasəti erməni ibnəliyinə köklənən və hər zaman bu ipiqırıq və zatıqırıq xalqa stavka edən bir imperiya xislətli dövlət regionda ədalətli sülhü bərqərar edərmi? Və biz də buna inanacaq qədər sadəlövh olmalıyıqmı?...


Elə hazırda da Moskvanın oynadığı oyun göz qabağındadır. Məsələn, Paşinyan son günlər Zəngəzur dəhlizi və sərhədlərin müəyyənlənləşməsilə bağlı müzakirələrdən daha açıq şəkildə qaçır. Hansı ki, 5-10 gün əvvəl bu məsələlərlə bağlı nisbətən konstruktiv danışırdı. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov 2 gün öncə açıqlama verib ki, bu həftə 3 ölkənin lideri videokonfrans formatında müzakirə aparacaq. Bir gün sonra isə Paşinyan dedi ki, heç bir görüş gözlənilmir. Bunlar təsadüfidirmi və doğrudanmı Paşinyan Moskvaya “kəllə atacaq” qədər cəsarətli, Kreml isə Paşinyanın nazı ilə oynamaq məcburiyyətindədir? Heç cür inandırıcı gəlmir. Xüsusilə də son 30 ilin tarixi və Minsk Qrupu çərçivəsindəki mənasız fəaliyyətlər, süründürməçiliklər güman etməyə əsas verir ki, bütün bu oyunlar, sapmalar, tez-tez baş verən mövqe dəyişiklikləri Moskva ilə razılaşdırılır...

Niyabrın 8-də isə Ermənistanın müdafiə naziri Arşak Karapetyan Qarabağa səfər edib və onun nazirliyi də hələ çəkinmədən bunu rəsmən bəyan edib. Sonuncu dəfə 10 ay əvvəl Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyan Qarabağa gəlmişdi və Azərbaycan tərəfi buna qəti etirazını bildirmişdi. Ondan sonra demək olar ki, Paşinyan hökuməti hansısa yüksək rütbəli nümayəndəsini sözügedən ərazilərə göndərməyə cəsarət etmirdi. Ancaq deyəsən, yenə məlum dairələrin, havadarların, daha konkret desək, Laçın dəhlizinə nəzarət edən Moskvanın razılığı və bəlkə də istəyi, tələbi ilə belə bir səfər gerçəkləşdirilir və elan olunur. Bunun Laçın dəhlizinə nəzarət məsələsini aktuallaşdıran açıq təxribat və növbəti dəfə Azərbaycanın reaksiyasını, qətiyyətini yoxlamaq cəhdi olduğu şübhə doğurmur. Özü də bu səfərin demək olar ki, Muradovun səfərilə eyni vaxtda, Zəfər Bayramı dönəmində gerçəkləşməsi simvolik təsir bağışlayır. Sual yaranır – niyə məhz indi, erməni nazirin Qarabağda nə vacib işi varmış və orada hansı iti azıbmış?...



Bu dəfə də Azərbaycan tərəfi kəskin bəyanatla erməni hökumətinə və nazirinə xəbərdarlıq edib: “Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edirik ki, Azərbaycan ərazilərinə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda, Azərbaycanın qanunlarını rəhbər tutaraq, aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcəkdir".

Bəli, bu, birbaşa xəbərdarlıqdır və təkcə ermənilərə yox, öz vəzifəsini, üzərinə götürdüyü missiyanı kefi istədiyi kimi, öz maraqlarına uyğun şəkildə həyata keçirən “sülhməramlılar”a da siqnal sayılmalıdır. Əgər nəticə çıxarılmazsa, sözdən əmələ keçmək, çəkinmədən Laçın dəhlizinə düşmək və Müdafiə Nazirliyinin bəyanatında da deyildiyi kimi, belə səfərlərə cəsarət edənləri cəzalandırmaq lazımdır. Çünki bunlar nə başqa çıxış yolu qoyur, nə də yumruqdan başqa dil qanırlar...

Cəlal Məmmədov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Qarabağa bir şey olsa, Moskva yalnız...." - Rus politoloq

    "Qarabağa bir şey olsa, Moskva ...

    23-11-2014, 23:27

  • 
  • Rüstəm Muradov gedir, yerinə çeçenlər üzərində döyüş təcrübəsi keçmiş general gəlir

    Rüstəm Muradov gedir, yerinə çeçenlər üzərində ...

    14-05-2021, 12:07

  • 
  • Sərkisyan təcili Qarabağa gəldi - ordu komandanlığını topladı

    Sərkisyan təcili Qarabağa gəldi - ordu ...

    2-12-2017, 00:15

  • 
  • Qarabağa qaytarılan ermənilərin sayı açıqlandı

    Qarabağa qaytarılan ermənilərin sayı açıqlandı ...

    4-01-2021, 11:42

  • 
  • Putin Qarabağda sülhməramlılarla bağlı Federasiya Şurasına müraciət etdi - Bunu qoşunu Qarabağa soxmamışdan etməli idi...

    Putin Qarabağda sülhməramlılarla bağlı Federasiya ...

    18-11-2020, 11:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu